Təhsil 365 - Logo Mobile

Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub

10221.04.2026 - 12:38
Ədəbiyyatda və qəlblərdə yaşayan şair: Səməd Vurğunun 120 illiyi qeyd olunub

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi, dramaturq Səməd Vurğunun 120 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda və qəlblərdə yaşayan şair” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Bu barədə “Tehsil365” ə institutdan bildirilib. Konfransda institutun direktoru akademik Teymur Kərimli Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq, ictimai xadim Səməd Vurğunun ədəbiyyatımızdakı müstəsna rolundan, onun zəngin yaradıcılığının milli-mənəvi dəyərlərimizin formalaşmasındakı əhəmiyyətindən bəhs edib. Səməd Vurğun yaradıcılığını renessans düşüncəsi kontekstində dəyərləndirən alim onun humanist ideyalarının və geniş dünyagörüşünün bu baxımdan səciyyəvi olduğunu vurğulayıb. Bildirib ki, Səməd Vurğun irsi bu gün də aktuallığını qoruyur və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır.

Açılış nitqindən sonra 190 nömrəli məktəbin şagirdlərinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub. Şagirdlər görkəmli şairin yaradıcılığından şeir nümunələri səsləndiriblər.

Konfransda institutun şöbə müdirləri Nailə Səmədova və Elnurə Babayeva, Folklor İnstitutunun əməkdaşı dosent İlhamə Qəsəbova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşları - Məlahət Babayeva və Leyla Həsənova, Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Aypara Abbasova, o cümlədən Aytən Quliyeva və Nərgiz Mustafazadə məruzələrində şairin ədəbi irsini müxtəlif aspektdən təhlil edib, onun poeziyasında vətənpərvərlik, humanizm və milli dəyərlərin geniş şəkildə əks olunduğunu diqqətə çatdırıblar.

Məruzələrdən sonra S.Vurğunun nəticəsi, tanınmış pianoçu, Səməd Vurğunun ev-muzeyinin direktoru Vurğun Vəkilov şairin zəngin irsinin qorunması və təbliği istiqamətində görülən işlərdən danışıb. Belə tədbirlərin milli ədəbi irsimizin təbliği və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran musiqiçi institut rəhbərliyi başda olmaqla konfransın keçirilməsində əməyi olan hər kəsə dərin minnətdarlığını bildirib.

Tədbir çərçivəsində şairin həyat və yaradıcılığını əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda konfrans iştirakçıları “Səməd Vurğun - 120” adlı sərgi ilə tanış olublar. Sərgidə şairin portreti, ailə fotoları, şəxsi arxiv materialları, “Vaqif”, “Fərhad və Şirin”, “Xanlar”, “Aygün”, “Muğan”, “Ayın əfsanəsi”, “Təzə il sovqatı”, “Sözün şöhrəti”, “Dörd söz” və bir sıra əsərlərinin avtoqraf nüsxələri, onun yaradıcılığına həsr edilmiş nəşrlər nümayiş olunub.

Zəhra Əliyeva

Xəbər Lenti

Ekran vaxtı: uşaqlar üçün fayda və risklər — məktəblər və valideynlər balansı necə qoruyur?22.04.2026 - 07:00
2018 Azərbaycan Premyer Liqası çempionluğu — “Qarabağ” növbəti dəfə zirvədə22.04.2026 - 06:36
Azərbaycan–Əlcəzair diplomatik əlaqələrinin qurulması — iki ölkə arasında rəsmi münasibətlərin başlanğıcı22.04.2026 - 06:18
Allahverdi Bağırov — Vətən uğrunda canından keçən qəhrəman22.04.2026 - 06:00
Qorxmaz Sücəddinov — monumental sənətdə iz qoyan heykəltaraş22.04.2026 - 05:42
Əli Səlimi — yaddaşlarda yaşayan unudulmaz melodiyaların müəllifi22.04.2026 - 05:18
İzzət Orucova — elm və incəsənəti birləşdirən nadir şəxsiyyət22.04.2026 - 05:06
Zivər Məmmədova — Azərbaycan heykəltaraşlıq sənətində ilk qadın imza22.04.2026 - 04:54
Həsənağa Mustafayev — səhnə və təsviri sənətdə iz qoyan sənətkar22.04.2026 - 04:36
Həsən Əbluc — səhnə və söz sənətinin görkəmli nümayəndəsi22.04.2026 - 04:18
Ağahüseyn Cavadov — Azərbaycan səhnəsinin unudulmaz siması22.04.2026 - 04:00
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib21.04.2026 - 19:54
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 19:44
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək21.04.2026 - 19:36
Tələbə və müəllimlər üçün yenilik21.04.2026 - 19:28
Sabah 22 dərəcə isti olacaq21.04.2026 - 19:20
Salyan məktəblisi buraxılışdan yüksək bal TOPLADI21.04.2026 - 19:14
Telefonla böyüyən uşaqlarda diqqət və emosional bağlanma necə dəyişir? – Psixoloq açıqladı21.04.2026 - 19:06
WhatsApp Plus: Mesencer üçün fərdiləşdirilmiş yeni abunəlik sistemi21.04.2026 - 19:00
Əllərdə gizlənən təhlükə: bu əlamət ağciyər xərçəngindən xəbər verə bilər21.04.2026 - 18:57
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir21.04.2026 - 18:55
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir 21.04.2026 - 18:52
Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı21.04.2026 - 18:50
Kukla Teatrına direktor müavini təyin olunub21.04.2026 - 18:45
Müəllimlər 200 manatadək cərimələnə bilər21.04.2026 - 18:44
Tənha ömür qısadır: sosial əlaqələr niyə həyati əhəmiyyət daşıyır?21.04.2026 - 18:40
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT21.04.2026 - 18:36
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan animasiya filmi təqdim olunub21.04.2026 - 18:30
“Son zəng” bu tarixdə keçiriləcək21.04.2026 - 18:30
Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlanıb21.04.2026 - 18:27
RFO-nun bəzi fənlər üzrə ilkin nəticələri açıqlanıb21.04.2026 - 18:26
İlahiyyatçı Elşad Miri: “Din tədrisi məsələsi dəqiq çərçivələndirilmədən təqdim oluna bilməz”21.04.2026 - 18:25
Bu universitetdə müxtəlif vakansiyalar üzrə İŞ VAR 21.04.2026 - 18:18
Təhsil eksperti Elçin Süleymanov: “Süni intellekt müəllimi əvəz etmir, onu gücləndirir”21.04.2026 - 18:15
Yalan məlumat yayan məktəbli saxlanıldı21.04.2026 - 18:14
Təhsil eksperti Emma İbrahimova: “Təhsil yalnız bilik deyil, şəxsiyyət formalaşdırmalıdır”21.04.2026 - 18:10
Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 21.04.2026 - 18:08
Uşaqlar üçün “Təmiz Şəhər”in təsərrüfat sahələrinə ekskursiya təşkil olunub21.04.2026 - 18:02
Əməyin mühafizəsi sahəsində təlimlər davam etdirilir21.04.2026 - 17:56
NASA Ay missiyasını təhlükə altına sala biləcək problemi açıqlayıb21.04.2026 - 17:55
Bakıda tanınmış bəstəkar Gennady Rovnerin əsərləri səsləndirilib21.04.2026 - 17:46
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni rəhbər təyinatı olub21.04.2026 - 17:45
Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur21.04.2026 - 17:39
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 17:35
Pekin Kimya Texnologiya Universitetinin rektoru BMU-nun müasir laboratoriyaları ilə tanış olub21.04.2026 - 17:31
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 17:25
Çoxqatlı təhlükəsizlik arxitekturası - ustad dərsi21.04.2026 - 17:22
Təhsil müəssisələrində vergi mədəniyyəti və maliyyə savadlılığına dair yeni addımlar21.04.2026 - 17:15