“Yəni ki, uzun müddət, eyni vəziyyətdə, passiv vəziyyətdə oturub dərs oxumaq və yaxud hər hansı bir işlə məşğul olmaq ilk növbədə beyində qan dövranını zəiflədir, yəni durğunluq yaradır.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , nevroloq Rəna Abbasova bildirib.
“Bunu nəzərə almaq lazımdır. İkincisi, beyin yorğunluğunu azaltmaq, fiziki aktivliklə əvəz etmək lazımdır. Tez-tez durub hər neçə dəqiqədən bir, tutaq ki, 25-30 dəqiqədən bir bir az fiziki aktiv iş görmək lazımdır. Qidalanmaya fikir vermək lazımdır. Təmiz havada olmaq lazımdır , fasiləli rejimdə dərs oxumaq lazımdır. Yuxu rejiminə xüsusi diqqət vermək lazımdır. Ümumiyyətlə zehni fəaliyyət həqiqətən də beyin yorğunluğuna gətirib çıxardır və bəzən belə hal olur ki, bildikləri mövzular olur şagirdlərin, abituriyentlərin, ancaq düşünürlər ki, bilmirlər və bunu təkrar-təkrar oxuyurlar. Və bu da həqiqətən yorğunluğa gətirib çıxardır. Yəni yeni informasiyaların qavramasında bir az çətinlik yaradır. Yəni bir özgüvən zəifliyi yaranır. Buna görə də, yəni fiziki aktivlik və oxunan mövzu artıq mənimsənilibsə, bunu sadəcə olaraq bir neçə vaxtdan sonra təkrarlamaq olar. Yəni bir mövzunun üzərində saatlarla və yaxud günlərlə oturmaq düzgün deyil.”

