Qarabağ Universitetinin nümayəndə heyəti Qazax-Tovuz Regional Təhsil İdarəsinin inzibati binasında Regional Təhsil İdarəsinin rəhbərliyi ilə görüş keçirib.
“Tehsil365" xəbər verir ki, görüş zamanı təhsil sahəsində əməkdaşlıq imkanları və perspektivlər müzakirə olunub.
Daha sonra nümayəndə heyəti region üzrə 4 məktəbdə yüksək nəticə göstərən XI sinif şagirdləri ilə görüşərək onların uğurlarını təqdir edib, gələcək planları ilə maraqlanıb və motivasiyaedici tövsiyələr verib. Eyni zamanda, universitetin ixtisasları, qəbul qaydaları, təhsil imkanları və karyera perspektivləri barədə ətraflı məlumat təqdim olunub.
Görüşlər interaktiv şəraitdə davam edib, şagirdlərin sualları cavablandırılıb.
Qeyd edək ki, Qarabağ Universiteti 2026/2027-ci tədris ilinə hazırlıq işləri çərçivəsində abituriyentlərlə maarifləndirici və tanıtım xarakterli görüşlərə start verib.

