Təhsil 365 - Logo Mobile

Beynəlxalq informasiya texnologiyaları proqramı üzrə buraxılış mərasimi olub

7321.04.2026 - 17:14
Beynəlxalq informasiya texnologiyaları proqramı üzrə buraxılış mərasimi olub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin informasiya texnologiyaları sahəsində beynəlxalq təhsil proqramları üzrə növbəti “Məzun günü” keçirilib.

Universitetdən “Tehsil365"ə bildirilib ki, tədbirdə universitet rəhbərliyi, dövlət qurumlarının nümayəndələri, tərəfdaş təşkilatların rəhbərləri, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.

Tədbirin açılışında çıxış edən təşkilatçılar bildiriblər ki, bu “Məzun günü” AzMİU-da rəqəmsal transformasiya, innovativ təhsil yanaşmaları və tələbələrin beynəlxalq sertifikasiya imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasətin növbəti uğurlu nəticəsidir. Qeyd olunub ki, universitet rəhbərliyinin dəstəyi ilə tələbələr informasiya texnologiyaları, iqtisadiyyat, memarlıq və dizayn istiqamətləri üzrə müxtəlif beynəlxalq sertifikat proqramlarında iştirak etmək imkanı qazanırlar.

Mərasimdə vurğulanıb ki, AzMİU-da tələbə və əməkdaşların rəqəmsal səriştələrinin artırılması məqsədilə “Rəqəmsal bacarıqlar” sertifikasiya proqramı, “Süni intellekt alətlərindən səmərəli istifadə” silsilə təlimləri, eləcə də xanım tələbələr üçün “AI for Her - GenAI bootcamp”ı kimi layihələr uğurla icra olunur. Hazırda müxtəlif istiqamətlər üzrə aktiv tədris proqramlarına 1200-dən artıq müraciət qeydə alınıb.

Tədbirdə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova çıxış edərək universitetdə tələbəyönümlü mühitin formalaşdırılmasının, gənclərin əmək bazarına uyğun bilik və bacarıqlarla hazırlanmasının prioritet istiqamətlərdən biri olduğunu bildirib. Rektor rəqəmsal dövrün çağırışlarına cavab verən bu cür təşəbbüslərin universitetin inkişaf strategiyasında mühüm yer tutduğunu qeyd edib.

Sonra AzMİU rektorunun müşaviri Sərxan Talıbzadə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin nümayəndəsi Vurğun Hacıyev, “Holberton School Azerbaijan”ın icraçı direktoru Şəmsi Bayramzadə və AzMİU-nun Mexanika və İnformasiya Texnologiyaları fakültəsinin dekanı Sabir Məmmədov çıxış edərək məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Mərasim çərçivəsində tələbələrin hazırladıqları final layihələri də təqdim olunub. Təqdim edilən “UniEvents” və “MedSearch” layihələri iştirakçılar tərəfindən maraqla qarşılanıb. Bildirilib ki, bu cür layihələr tələbələrin nəzəri biliklərini praktik bacarıqlara çevirdiyini, onların komanda işi, analitik düşüncə və real problem həlli vərdişlərini inkişaf etdirdiyini göstərir.

Tədbirin sonunda proqramı uğurla başa vuran məzunlara sertifikatlar təqdim olunub. Həmçinin tədris müddətində fəallığı ilə seçilən bir qrup tələbə xüsusi təşəkkürnamələrlə təltif edilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib21.04.2026 - 19:54
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 19:44
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək21.04.2026 - 19:36
Tələbə və müəllimlər üçün yenilik21.04.2026 - 19:28
Sabah 22 dərəcə isti olacaq21.04.2026 - 19:20
Salyan məktəblisi buraxılışdan yüksək bal TOPLADI21.04.2026 - 19:14
Telefonla böyüyən uşaqlarda diqqət və emosional bağlanma necə dəyişir? – Psixoloq açıqladı21.04.2026 - 19:06
WhatsApp Plus: Mesencer üçün fərdiləşdirilmiş yeni abunəlik sistemi21.04.2026 - 19:00
Əllərdə gizlənən təhlükə: bu əlamət ağciyər xərçəngindən xəbər verə bilər21.04.2026 - 18:57
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir21.04.2026 - 18:55
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir 21.04.2026 - 18:52
Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı21.04.2026 - 18:50
Kukla Teatrına direktor müavini təyin olunub21.04.2026 - 18:45
Müəllimlər 200 manatadək cərimələnə bilər21.04.2026 - 18:44
Tənha ömür qısadır: sosial əlaqələr niyə həyati əhəmiyyət daşıyır?21.04.2026 - 18:40
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT21.04.2026 - 18:36
“Son zəng” bu tarixdə keçiriləcək21.04.2026 - 18:30
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan animasiya filmi təqdim olunub21.04.2026 - 18:30
Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlanıb21.04.2026 - 18:27
RFO-nun bəzi fənlər üzrə ilkin nəticələri açıqlanıb21.04.2026 - 18:26
İlahiyyatçı Elşad Miri: “Din tədrisi məsələsi dəqiq çərçivələndirilmədən təqdim oluna bilməz”21.04.2026 - 18:25
Bu universitetdə müxtəlif vakansiyalar üzrə İŞ VAR 21.04.2026 - 18:18
Təhsil eksperti Elçin Süleymanov: “Süni intellekt müəllimi əvəz etmir, onu gücləndirir”21.04.2026 - 18:15
Yalan məlumat yayan məktəbli saxlanıldı21.04.2026 - 18:14
Təhsil eksperti Emma İbrahimova: “Təhsil yalnız bilik deyil, şəxsiyyət formalaşdırmalıdır”21.04.2026 - 18:10
Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 21.04.2026 - 18:08
Uşaqlar üçün “Təmiz Şəhər”in təsərrüfat sahələrinə ekskursiya təşkil olunub21.04.2026 - 18:02
Əməyin mühafizəsi sahəsində təlimlər davam etdirilir21.04.2026 - 17:56
NASA Ay missiyasını təhlükə altına sala biləcək problemi açıqlayıb21.04.2026 - 17:55
Bakıda tanınmış bəstəkar Gennady Rovnerin əsərləri səsləndirilib21.04.2026 - 17:46
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni rəhbər təyinatı olub21.04.2026 - 17:45
Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur21.04.2026 - 17:39
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 17:35
Pekin Kimya Texnologiya Universitetinin rektoru BMU-nun müasir laboratoriyaları ilə tanış olub21.04.2026 - 17:31
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 17:25
Çoxqatlı təhlükəsizlik arxitekturası - ustad dərsi21.04.2026 - 17:22
Təhsil müəssisələrində vergi mədəniyyəti və maliyyə savadlılığına dair yeni addımlar21.04.2026 - 17:15
Yüksək nəticə göstərən şagirdlər Qarabağ Universitetinin ixtisasları ilə tanış olublar21.04.2026 - 17:06
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir -Yeni təkliflər21.04.2026 - 17:05
Uşaqlar arasında zorakılığın qarşısının alınmamasına görə cərimə tətbiq ediləcək21.04.2026 - 17:00
Tərtər Peşə Məktəbində yeni təyinat olub21.04.2026 - 16:55
RFO-nun bəzi fənlər üzrə ilkin nəticələri açıqlanıb21.04.2026 - 16:45
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar21.04.2026 - 16:35
Qəbələdə memarlıq ənənələrinin təbliğinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 16:25
“Rəqəmsal dünyada təhlükəsiz mühit” layihəsi çərçivəsində şagirdlər maarifləndirilib21.04.2026 - 16:15
Mətanət Əliyeva: “Uşağın psixoloji sağlamlığını qorumaq üçün erkən müdaxilə vacibdir”21.04.2026 - 16:12
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb21.04.2026 - 16:05