Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.
“Tehsil365" xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.
Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski, 109. N.Nərimanov metrosunun yaxınlığı) gəlməlidirlər. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır. Koordinasiya saatları barədə şagirdlərin buraxılış vərəqələrində məlumat verilib.
Azərbaycan dili və ədəbiyyat və tarix fənləri üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:
Azərbaycan dili və ədəbiyyatı_Aşağı yaş qrupu
Azərbaycan dili və ədəbiyyatı_Yuxarı yaş qrupu
Tarix _Yuxarı yaş qrupu

