Salyan rayonunun Arbatan kəndində yerləşən Elxan Ağayev adına tam orta məktəbin 11-ci sinif şagirdi buraxılış imtahanından yüksək nəticə əld edib.
“Tehsil365" AzEdu.az-a istinadən xəbər verir ki, 9 mart tarixində keçirilmiş buraxılış imtahanında Qasımova Gülarə Hafis qızı ümumilikdə 293 bal toplayaraq uğurlu göstəriciyə imza atıb.
Belə ki, o, riyaziyyatdan 100, Azərbaycan dilindən 98, ingilis dilindən isə 95 bal toplayıb.

