Təhsil 365 - Logo Mobile

Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub

6021.04.2026 - 15:20
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan “Sirli xəritə. Şamaxı macəraları” animasiya filmi təqdim olunub

Aprelin 21-də Nizami Kino Mərkəzində “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin təqdimatı olub.

“Tehsil365“ AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Fondunun dəstəyi, “Harmony of Chaos” animasiya və vizualizasiya studiyası və “BBQ Marketing and Events” Agentliyinin əməkdaşlığı ilə hazırlanan animasiya filmi tamaşaçıları Azərbaycanın müxtəlif bölgələrinə maraqlı səyahətə aparır.

“Harmony of Chaos” animasiya və vizualizasiya studiyasının rəhbəri, “Sirli xəritə. Şamaxı macəraları” animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov çıxışında layihə barədə məlumat verib. O bildirib ki, layihə bir neçə hissədən ibarət olacaq və hər hissədə qəhrəmanlar ölkəmizin tarixini, mədəniyyətini və irsini kəşf edəcəklər.

“Hədəfimiz uşaqlara tariximizi rəngarəng macəralar və maraqlı hadisələr vasitəsilə sevdirməkdir”,- deyə A. İbrahimov söyləyib.

Sonra animasiya filminin hazırlanma prosesini və maraqlı məqamlarını əks etdirən videoçarx nümayiş olunub.

“Şamaxı macəraları” adlanan ilk hissənin süjeti bir ailənin hekayəsi üzərində qurularaq izləyiciləri qədim Şamaxının tarixi ilə yaxından tanış edir. Əsas qəhrəmanlar - nənə, baba və üç nəvə ölkəmizi kəşf edərək, Şamaxının tarixini, mədəniyyətini və sirli məqamlarını öyrənirlər. Sehrli hadisələr onları keçmişə aparır və Azərbaycanın zəngin irsini onlara canlı şəkildə göstərir.

Animasiya filminin prodüseri və rejissoru Ağarəhim İbrahimov açıqlamasında deyib ki, bu cür layihələr uşaqlarda Azərbaycana olan sevgini daha da artıracaq. "Qədim Şamaxının tarixi barədə olan bu 10 dəqiqəlik animasiya filmi üzərində 10 aydır işləyirik. Ekran işi maraqlı vizual həlli ilə uşaqların diqqətini cəlb edəcək", - deyə o əlavə edib.

Animasiya filmində 3D animator kimi çalışan Rüfət İsmayılov isə deyib ki, cizgi filminin ərsəyə gəlməsi həm maraqlı, həm də əyləncəli olub. O qeyd edib ki, “Sirli xəritə” animasiyası serialdır və davamlı olacaq.

"Filmin bu hissəsində personajlar Şamaxıya səyahət edərək, qədim adət-ənənələrimizə şahid olurlar. Növbəti hissələr isə Azərbaycanın digər mədəniyyət guşələrinə həsr olunacaq", - deyə o diqqətə çatdırıb.

Dinamik şəkildə hazırlanan filmdə personajların səsləndirilməsində, səhnələrin emosional təsirini gücləndirmək məqsədilə xüsusi musiqi və səs effektlərindən istifadə edilib.

Mehriban İbadova

Xəbər Lenti

RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ22.04.2026 - 19:26
Bəzi yerlərdə külək güclənəcək22.04.2026 - 19:20
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”22.04.2026 - 19:18
Yüksək qiymət həqiqətən yüksək bilik deməkdirmi? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:15
Vahid tədris proqramı yaradıcı uşaqların potensialını məhdudlaşdırır? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:12
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama22.04.2026 - 19:08
Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun psixologiyasında nə yaradır? – Psixoloq açıqladı22.04.2026 - 19:02
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ22.04.2026 - 18:54
Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?22.04.2026 - 18:46
9-cu sinif şagirdi vəfat edib22.04.2026 - 18:38
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb22.04.2026 - 18:34
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub22.04.2026 - 18:26
Azərbaycan ilk dəfə ortametrajlı filmi ilə Briv Festivalında təmsil olunub22.04.2026 - 18:18
Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”22.04.2026 - 18:14
Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub22.04.2026 - 18:08
Pedaqoji Universitetdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar22.04.2026 - 18:02
VI Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək22.04.2026 - 17:55
Britaniyalı alim Dilçilik İnstitutunun qonağı olub22.04.2026 - 17:52
ADNSU rəhbərliyi tələbələrin suallarını cavablandırıb22.04.2026 - 17:45
Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans22.04.2026 - 17:44
Mətanət Əliyeva: “Tükənmişlik sadəcə yorğunluq deyil, müasir həyatın psixoloji yükünü əks etdirir”22.04.2026 - 17:38
BDU-da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunub22.04.2026 - 17:36
Ağdamın 1 nömrəli məktəbində ilk dəfə "Zəkaların mübarizəsi" olimpiadası keçirilib22.04.2026 - 17:35
UNEC aliminin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası ABŞ-də nəşr olunub22.04.2026 - 17:28
BŞTİ-də yeni kadr təyinatı olub22.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin şagirdi 60-cı Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb22.04.2026 - 17:22
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub22.04.2026 - 17:15
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb22.04.2026 - 17:14
ADPU və Polşanın Pedaqogika İnstitutu “Sosial problemlər” mövzusunda birgə konfrans təşkil edib22.04.2026 - 17:06
“Zəkaların mübarizəsi”ndə Naxçıvanı Ordubad komandası təmsil edəcək22.04.2026 - 17:05
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib22.04.2026 - 17:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aşıqlandı22.04.2026 - 16:55
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”22.04.2026 - 16:51
İsveçdə hücum təhdidinə görə 16-dan çox məktəb bağlanıb22.04.2026 - 16:45
Ramin Nuruəliyev: “Təhsil sahəsində qərarlar yalnız müvafiq qurumlar tərəfindən verilir”22.04.2026 - 16:44
Elçin Əfəndi: “Tələbələrə sərbəst seçim imkanı verilməlidir”22.04.2026 - 16:37
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub22.04.2026 - 16:35
Mirsadiq Muxtarov: “Şəxsin verdiyi qərarların motivlərini anlamaq psixoloji dayanıqlığı gücləndirir”22.04.2026 - 16:32
RFO-nun fizika fənni üzrə ilkin nəticələri açıqlanıb22.04.2026 - 16:25
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Strateji İnkişaf Planı müzakirə edilib22.04.2026 - 16:15
Daşkənddə “Uşaq ədəbiyyatı – Mədəni dialoqun təməli” adlı tədbir keçirilib22.04.2026 - 16:05
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı22.04.2026 - 16:00
ADNSU tələbələri beynəlxalq hakatonda birinci yerə layiq görülüblər22.04.2026 - 15:50
Şagirdlər arasında texnoloji olimpiada keçirilib 22.04.2026 - 15:40
Mil-Muğan regionu üzrə PIRLS 2026 tədqiqatına başlanılıb22.04.2026 - 15:30
“Əmək və Məşğulluq” altsistemi “GovInsider” beynəlxalq platformasının müsabiqəsində mükafata layiq görülüb22.04.2026 - 15:20
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb22.04.2026 - 15:10
Səməd Vurğun irsi kitabxananın yeni videomaterialında geniş təqdim olunur22.04.2026 - 15:00