Təhsil 365 - Logo Mobile

Ədliyyə orqanlarında çalışmaq istəyənlər üçün müsabiqə elan olunub

11121.04.2026 - 15:40
Ədliyyə orqanlarında çalışmaq istəyənlər üçün müsabiqə elan olunub

Xüsusi İcra Məmurlarının Müsabiqə Komissiyası tərəfindən xüsusi icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün müsabiqə (sənəd qəbulu - 1 aprel – 1 may 2026-cı il), eyni zamanda, Ədliyyə Nazirliyinin ədliyyə orqanlarında qulluğa qəbul üzrə Müsabiqə Komissiyası tərəfindən dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə(sənəd qəbulu - 17 aprel – 18 may 2026-cı il) elan edilib.

“Tehsil365“ xəbər verir ki, Ədliyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hazırda hər iki müsabiqə üzrə ərizələrin qəbulu davam edir.

Dövlət icra məmuru vəzifəsi üzrə müsabiqə elanından sonra namizədlərin bəziləri dövlət icra məmuru vəzifəsi, digərləri xüsusi icra məmuru vəzifəsi, bir qismi isə hər iki vəzifə üzrə elan edilmiş müsabiqədə iştirak etmək arzusunda olduqlarını qeyd ediblər.

Bildiririk ki, elanlarda göstərilən tələblərə cavab verən hər bir şəxs istəyinə uyğun olaraq müsabiqələrin birində və ya hər ikisində iştirak edə bilər. Müsabiqələrin hər biri ayrılıqda keçiriləcək və iki mərhələdən ibarət olacaq. Hər müsabiqənin test imtahanı mərhələsi ödənişlidir.

Həmçinin qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru olmaq üçün xüsusi ixtisas tələbi yoxdur, istənilən ixtisas üzrə ali təhsilli şəxslər müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər.

Namizədlərin müsabiqələrdə iştirak etmələrini daha da asanlaşdırmaq məqsədilə müvafiq texniki imkanlar yaradılıb. Belə ki, xüsusi icra məmuru vəzifəsi üzrə elan edilmiş müsabiqədə iştirak üçün qeydiyyatdan keçmiş şəxslərə aşağıdakı imkanlar verilir:

1) Yalnız xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə əvvəlki qeydiyyatları öz qüvvəsini saxlayır;

2) Xüsusi icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirakdan imtina edib dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər;

3) Xüsusi icra məmuru üzrə müsabiqədə iştiraklarını saxlamaqla yanaşı, dövlət icra məmuru vəzifəsi üzrə müsabiqədə iştirak etmək istədikdə linkə keçid edərək, sadələşdirilmiş qaydada müraciət edə bilərlər.

Qeyd edək ki, həm dövlət, həm də xüsusi icra məmuru:

• məcburi icra orqanı statusuna malikdir;

• məhkəmə və digər orqanların müvafiq qərarlarının icrasını həyata keçirir;

• bu zaman eyni səlahiyyətləri daşıyır, eyni funksiyaları icra edir;

• hər ikisinin fəaliyyəti üzərində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati və məhkəmə nəzarəti mövcuddur.

Bununla yanaşı, dövlət və xüsusi icra məmuru arasında aşağıdakı fərqlər var:

Dövlət icra məmuru:

• ədliyyə qulluqçusudur, Ədliyyə Nazirliyinin yerli icra qurumunda fəaliyyət göstərir;

• xüsusi rütbə və xüsusi geyim forması daşıyır;

• vəzifələrinin icrası müqabilində aylıq əmək haqqı alır;

• bütün icra sənədlərini icra edir;

• həmçinin cinayət işləri üzrə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrasını, o cümlədən probasiya nəzarətini həyata keçirir.

Xüsusi icra məmuru:

• ədliyyə qulluqçusu deyil, ayrıca peşə sahibidir;

• xüsusi geyim forması və nişan daşıyır;

• Ədliyyə Nazirliyi tərəfindən verilən şəhadətnamə əsasında fəaliyyət göstərir;

• fəaliyyətini ofisində həyata keçirir, bunun üçün öz köməkçisini və digər işçilərini işə götürür;

• tariflər əsasında fəaliyyətindən gəlir götürür, bununla ofisini və özünü maliyyələşdirir, vergi və digər məcburi ödənişləri ödəyir;

• qanunda müəyyən edilmiş istisnalar nəzərə alınmaqla, bütün icra sənədlərini icra edir.

Qeyd edək ki, Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər xüsusi icra məmuru üçün müsabiqənin test mərhələsindən azad edilirlər. Test mərhələsindən azad olunmaq üçün şəxslər bununla bağlı təsdiqedici rəsmi sənədləri cari il mayın 1-dək iş saatları ərzində - saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnşaatçılar prospekti, 1 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Müsabiqələrlə bağlı əlavə məlumat üçün (012) 510-10-01 (daxili: 10705, 10713, 10409, 10416) nömrəli telefonla əlaqə saxlamaq olar.

Mehriban İbadova

Xəbər Lenti

Xəzər Universitetində yeni ixtisas25.07.2026 - 14:34
631,3 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 14:21
Bərdə Dövlət Peşə Təhsil Mərkəzində tələbə qəbulu ilə bağlı ödənişsiz dəstək göstərilir25.07.2026 - 14:09
630,9 balla Qarabağ Universitetini seçdi25.07.2026 - 13:59
634,3 bal toplayan abituriyent Qarabağ Universitetini seçdi25.07.2026 - 13:52
BANM tələbələri Polşada beynəlxalq Yay Məktəbində iştirak ediblər - FOTOLAR25.07.2026 - 13:41
Bu universitet bağlanır? - Tələbələr narahatdır25.07.2026 - 13:32
Mərakeşdə təqaüdlə təhsil almaq istəyənlərin nəzərinə 25.07.2026 - 13:20
UNEC məzunu Dövlət Proqramının qalibi olub25.07.2026 - 13:04
“Rəqəmsal dövrdə sosial əlaqələrin artmasına baxmayaraq, emosional yaxınlıq hissi zəifləyir." - Psixoloq Mirsadiq Muxtarov 25.07.2026 - 11:59
Azərbaycan İdman Akademiyasının futzal komandası Avropa Universitet Oyunlarında 2-ci yeri tutub25.07.2026 - 09:24
Mehmet Nuri Ersoy: Aspendosda antik dövrə aid mühüm arxeoloji tapıntılar aşkar edilib25.07.2026 - 09:21
Azərbaycan jurnalistlərinin Qırğızıstana mediaturu qala-konsertlə yekunlaşıb25.07.2026 - 09:16
Sabahın havası: Tempuratur 41 dərəcəyə çatacaq25.07.2026 - 09:08
Bakıda “Dream Fest – 2026” beynəlxalq musiqi festivalı davam edir-FOTOLAR25.07.2026 - 07:50
Mərakeşdə təhsil üçün təqaüd proqramına qəbul elan olunub25.07.2026 - 07:45
İsti hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına XƏBƏRDARLIQ25.07.2026 - 07:30
11-ci siniflərin riyaziyyat üzrə ən uğurlu məktəbləri - TAM SİYAHI25.07.2026 - 07:20
Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat alıb25.07.2026 - 07:10
11 yaşlı şahmatçı dünya rekordu qırdı25.07.2026 - 06:25
Altıncı “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb25.07.2026 - 06:20
Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda arxeoloji qazıntı işlərinə başlanılıb-FOTOLAR25.07.2026 - 06:15
TC altqrupunda keçid balları belə dəyişib - Ən çox artım bu ixtisaslardadır25.07.2026 - 06:10
Bakı Qızlar Universitetindən İDDİALARA CAVAB25.07.2026 - 06:09
Bu gün 39 dərəcə isti olacaq25.07.2026 - 06:00
Şəhid övladları Vaşinqtonda keçirilən "Zəfər" Yay Düşərgəsində iştirak ediblər25.07.2026 - 05:57
SOCAR Polymer-ə səfər25.07.2026 - 05:48
ATMU-da “Hilton Garden Inn Baku” ilə əməkdaşlıq imkanları müzakirə olunub25.07.2026 - 05:39
Diplomatik xidmətə qəbul imtahanının ikinci mərhələsinin nəticələri açıqlanıb25.07.2026 - 05:27
Dövlət dəstəyi alacaq özəl bağçalar necə seçiləcək? - DETALLAR25.07.2026 - 05:19
Süni intellekt köhnə peşələri sıradan çıxarır: Gələcəyin ixtisasları hansılardır? - VİDEO25.07.2026 - 05:11
ADU müəllimi beynəlxalq konqresdə elmi məruzə ilə çıxış edib25.07.2026 - 05:06
Poliqlot ADU müəlliminin məqaləsi nüfuzlu beynəlxalq elmi nəşrdə dərc olunub25.07.2026 - 04:58
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib25.07.2026 - 04:41
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib25.07.2026 - 04:36
Pakistanın Federal Təhsil və Peşə Hazırlığı Nazirliyinin nümayəndələri BMU-da olub25.07.2026 - 04:28
Rektor II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlərlə görüş keçirib25.07.2026 - 04:15
ADNSU-nun 4 məzunu VI “Yüksəliş” müsabiqəsinin qalibi olub25.07.2026 - 04:03
“Valideyn övladının əvəzinə qərar verməməli, ona yol göstərməlidir” - Psixoloq Orxan Şəfizadə24.07.2026 - 17:59
"Onlar xaricdə təhdil şirkətlərini dəqiq araşdırsınlar"-Təhsil eksperti Elçin Murad24.07.2026 - 16:50
UFAZ-da bakalavriat pilləsinə qəbul imtahanı üçün qeydiyyat başa çatıb24.07.2026 - 14:51
PKTU-BMU Mühəndislik fakültəsi: beynəlxalq təhsil və ikili diplom istəyənlər üçün unikal imkan24.07.2026 - 14:42
BDU-da seminar: “Süni intellekt və gələcəyin peşələri” - FOTOLAR24.07.2026 - 14:17
Qarabağ Universitetində Açıq Qapı Günləri keçiriləcək24.07.2026 - 14:07
Rektor “IT SkillSprint” təhsil proqramının qalibi olan AzTU tələbələri ilə görüşüb24.07.2026 - 13:56
XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı təşkil olunub24.07.2026 - 13:47
"SocGov 2026" beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur24.07.2026 - 13:40
DP ilə təhsil alacaq gənclərin seçdiyi TOP 5 ölkə – SİYAHI24.07.2026 - 13:32