Pəri Teymurova Tovuz Dövlət Peşə Təhsil Mərkəzində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
“Tehsil365“ xəbər verir ki,Mərkəzdən verilən məlumata görə, Pəri Teymurova 2012-ci ildə Azərbaycan Dillər Universitetində “Xarici dil (fransız dili)” ixtisası üzrə bakalavriat təhsili alıb.
Əmək fəaliyyətinə Qazax rayonu M.Həsənov adına I Şıxlı kənd tam orta məktəbində müəllim kimi başlayıb. 2024-cü il 24 sentyabr tarixindən etibarən Tovuz rayonu Bayramlı kənd Z.Yusifov adına tam orta məktəbində pedaqoji fəaliyyətini davam etdirib.
Bununla yanaşı, Tovuz Dövlət Sosial-İqtisadi Kollecində və Qazax rayonu Z.Mahmudov adına məktəbin Peşə Təmayüllü Siniflər layihəsində qrup rəhbəri vəzifəsində çalışıb.
Yeni vəzifəsində Pəri Teymurovaya uğurlar arzulayırıq.
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni rəhbər təyinatı olub
9821.04.2026 - 17:45

