Azərbaycan teatr və kino sənətində özünəməxsus iz qoymuş Həsən Abbasqulu oğlu Əbluc 22 aprel 1942-ci ildə Təbriz şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, Yaradıcılığa olan marağı onu səhnəyə gətirmiş, qısa zamanda istedadlı aktyor və rejissor kimi tanınmasına səbəb olmuşdur.
Həsən Əbluc yalnız aktyor kimi deyil, həm də bədii qiraət ustası kimi geniş auditoriyanın rəğbətini qazanıb. Onun səsləndirdiyi ədəbi nümunələr dinləyicilərə dərin təsir bağışlayır, sözə verdiyi xüsusi intonasiya və emosional yanaşma ilə seçilirdi.
Sənətkar pedaqoji fəaliyyətlə də məşğul olmuş, gənc aktyorların yetişməsində mühüm rol oynamışdır. Onun tələbələri sonradan Azərbaycan səhnəsində və ekranında uğur qazanan sənətçilər sırasında yer almışdır.
Həsən Əblucun sənət sahəsindəki xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilmiş və 1979-cu ildə ona “Azərbaycan SSR əməkdar artisti” fəxri adı verilmişdir.
Uzun illər Azərbaycan mədəniyyətinə xidmət edən sənətkar 13 mart 1994-cü ildə Bakıda vəfat etmişdir. Həsən Əbluc bu gün də səhnə sənətinə verdiyi töhfələrlə xatırlanır və hörmətlə yad olunur.

