Azərbaycanın qəhrəmanlıq salnaməsində xüsusi yer tutan Allahverdi Teymur oğlu Bağırov 22 aprel 1946-cı ildə Ağdam şəhərində anadan olub.
“Tehsil365” xəbər verir ki, O, həyatının müxtəlif dövrlərində həm idman sahəsində, həm də Vətən müdafiəsində göstərdiyi xidmətlərlə yadda qalıb.
Allahverdi Bağırov gənclik illərində futbolçu kimi fəaliyyət göstərmiş, daha sonra Qarabağ FKnda çıxış etmiş və komandanın baş məşqçisi kimi də çalışmışdır. Onun idman sahəsindəki fəaliyyəti bölgədə futbolun inkişafına mühüm töhfə verib.
Birinci Qarabağ müharibəsi zamanı isə Allahverdi Bağırov könüllü olaraq cəbhəyə yollanaraq Ağdam batalyonunun komandirlərindən biri kimi döyüşlərdə iştirak edib. O, mülki əhalinin təhlükəsiz ərazilərə çıxarılmasında və döyüş əməliyyatlarında xüsusi igidlik göstərib.
12 iyun 1992-ci ildə Xocalı rayonunun Aranzəmin kəndi yaxınlığında gedən döyüşlər zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Allahverdi Bağırova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Allahverdi Bağırov bu gün də xalq arasında vətənpərvərlik, cəsarət və fədakarlıq nümunəsi kimi hörmətlə anılır.

