Təhsil 365 - Logo Mobile

Təhsil eksperti Elçin Süleymanov: “Süni intellekt müəllimi əvəz etmir, onu gücləndirir”

10521.04.2026 - 18:15
Təhsil eksperti Elçin Süleymanov: “Süni intellekt müəllimi əvəz etmir, onu gücləndirir”

“Bu gün təhsildə ən vacib istiqamətlərdən biri süni intellektin inteqrasiyası və distant təhsilin inkişafıdır. Xüsusilə ali təhsildə bəzi ixtisaslar üzrə mütəxəssis çatışmazlığı olduqda, xarici ölkələrdən mütəxəssislərin onlayn şəkildə dərs prosesinə qoşulması real vaxtda keyfiyyətli təhsil imkanları yaradır.”

Təhsil eksperti Elçin Süleymanov təhsildə baş verən innovativ dəyişikliklər və müasir texnologiyaların rolu barədə “Tehsil365”ə açıqlama verib. Ekspert bildirir ki, müasir texnologiyalar təhsil prosesini daha çevik və əlçatan edir. Onun sözlərinə görə, hazırda təhsil sistemində əsas yenilik istiqamətləri süni intellektin tətbiqi və uzaqdan təhsilin inkişafı ilə bağlıdır.

Elçin Süleymanov qeyd edir ki, süni intellekt və digər innovativ texnologiyalar müəllimləri əvəz etmir, əksinə onların işini daha effektiv edir:

“Düzdür, süni intellekt müəllimi əvəz edə bilməz və bu, nə mümkün, nə də doğru bir yanaşmadır. Lakin bu texnologiyalar müəllimlərə daha yaradıcı, daha interaktiv və şagirdlərin düşüncə tərzinə uyğun materiallar hazırlamağa imkan verir.”

Onun sözlərinə görə, hazırkı Z nəsli və gələcək alfa nəsli texnologiya ilə daha sıx bağlıdır və bu da tədris metodlarının dəyişməsini zəruri edir:

“Yeni nəsil daha sürətli, daha praktik və rəqəmsal mühitə daha uyğun şəkildə formalaşıb. Ona görə də ənənəvi tədris metodları artıq tam effektiv deyil. Daha çevik, innovativ və interaktiv metodlara ehtiyac var.”

Ekspert əlavə edir ki, tədris prosesində əyləncəli və vizual üsulların artırılması vacibdir:

“Təhsil daha çox əylənərək öyrənmə prinsipinə əsaslanmalıdır. İnfoqrafikalar, interaktiv tapşırıqlar və müxtəlif rəqəmsal alətlər vasitəsilə şagirdlərin diqqətini cəlb etmək və öyrənmə prosesini daha effektiv etmək mümkündür.”

Fatimə Cəfərzadə

Xəbər Lenti

DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib21.04.2026 - 19:54
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 19:44
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək21.04.2026 - 19:36
Tələbə və müəllimlər üçün yenilik21.04.2026 - 19:28
Sabah 22 dərəcə isti olacaq21.04.2026 - 19:20
Salyan məktəblisi buraxılışdan yüksək bal TOPLADI21.04.2026 - 19:14
Telefonla böyüyən uşaqlarda diqqət və emosional bağlanma necə dəyişir? – Psixoloq açıqladı21.04.2026 - 19:06
WhatsApp Plus: Mesencer üçün fərdiləşdirilmiş yeni abunəlik sistemi21.04.2026 - 19:00
Əllərdə gizlənən təhlükə: bu əlamət ağciyər xərçəngindən xəbər verə bilər21.04.2026 - 18:57
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir21.04.2026 - 18:55
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir 21.04.2026 - 18:52
Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı21.04.2026 - 18:50
Kukla Teatrına direktor müavini təyin olunub21.04.2026 - 18:45
Müəllimlər 200 manatadək cərimələnə bilər21.04.2026 - 18:44
Tənha ömür qısadır: sosial əlaqələr niyə həyati əhəmiyyət daşıyır?21.04.2026 - 18:40
Peşə Məktəbinə daha yeni bir TƏYİNAT21.04.2026 - 18:36
“Son zəng” bu tarixdə keçiriləcək21.04.2026 - 18:30
Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan animasiya filmi təqdim olunub21.04.2026 - 18:30
Elm və Təhsil Nazirliyində nöqsanlar aşkarlanıb21.04.2026 - 18:27
RFO-nun bəzi fənlər üzrə ilkin nəticələri açıqlanıb21.04.2026 - 18:26
İlahiyyatçı Elşad Miri: “Din tədrisi məsələsi dəqiq çərçivələndirilmədən təqdim oluna bilməz”21.04.2026 - 18:25
Bu universitetdə müxtəlif vakansiyalar üzrə İŞ VAR 21.04.2026 - 18:18
Yalan məlumat yayan məktəbli saxlanıldı21.04.2026 - 18:14
Təhsil eksperti Emma İbrahimova: “Təhsil yalnız bilik deyil, şəxsiyyət formalaşdırmalıdır”21.04.2026 - 18:10
Naxçıvanda gənclərin “Hədəf-2026” təlimi reallaşıb 21.04.2026 - 18:08
Uşaqlar üçün “Təmiz Şəhər”in təsərrüfat sahələrinə ekskursiya təşkil olunub21.04.2026 - 18:02
Əməyin mühafizəsi sahəsində təlimlər davam etdirilir21.04.2026 - 17:56
NASA Ay missiyasını təhlükə altına sala biləcək problemi açıqlayıb21.04.2026 - 17:55
Bakıda tanınmış bəstəkar Gennady Rovnerin əsərləri səsləndirilib21.04.2026 - 17:46
Tovuz Dövlət Peşə Təhsil Mərkəzinə yeni rəhbər təyinatı olub21.04.2026 - 17:45
Azərbaycan rəssamı Aida Mahmudovanın əsərləri İtaliyada nümayiş olunur21.04.2026 - 17:39
Emin Əmrullayev Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 17:35
Pekin Kimya Texnologiya Universitetinin rektoru BMU-nun müasir laboratoriyaları ilə tanış olub21.04.2026 - 17:31
Tədrisdə yeni imkanlar: “Google” alətləri artıq “Rəqəmsal məktəb”də21.04.2026 - 17:25
Çoxqatlı təhlükəsizlik arxitekturası - ustad dərsi21.04.2026 - 17:22
Təhsil müəssisələrində vergi mədəniyyəti və maliyyə savadlılığına dair yeni addımlar21.04.2026 - 17:15
Beynəlxalq informasiya texnologiyaları proqramı üzrə buraxılış mərasimi olub21.04.2026 - 17:14
Yüksək nəticə göstərən şagirdlər Qarabağ Universitetinin ixtisasları ilə tanış olublar21.04.2026 - 17:06
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir -Yeni təkliflər21.04.2026 - 17:05
Uşaqlar arasında zorakılığın qarşısının alınmamasına görə cərimə tətbiq ediləcək21.04.2026 - 17:00
Tərtər Peşə Məktəbində yeni təyinat olub21.04.2026 - 16:55
RFO-nun bəzi fənlər üzrə ilkin nəticələri açıqlanıb21.04.2026 - 16:45
Məktəblilərimiz XVII Beynəlxalq İnformatika Turnirində uğur qazanıblar21.04.2026 - 16:35
Qəbələdə memarlıq ənənələrinin təbliğinə həsr olunmuş görüş keçirilib21.04.2026 - 16:25
“Rəqəmsal dünyada təhlükəsiz mühit” layihəsi çərçivəsində şagirdlər maarifləndirilib21.04.2026 - 16:15
Mətanət Əliyeva: “Uşağın psixoloji sağlamlığını qorumaq üçün erkən müdaxilə vacibdir”21.04.2026 - 16:12
Təhdid xarakterli paylaşım edən məktəbli saxlanılıb21.04.2026 - 16:05