"WhatsApp" messeceri interfeysin fərdiləşdirilməsi üçün genişləndirilmiş imkanlar nəzərdə tutan "WhatsApp Plus" adlı ödənişli abunəliyin sınaqlarına başlayıb. Şirkət məhdud sayda sınaqların keçirildiyini təsdiqləyərək qeyd edib ki, abunəlik könüllü xarakter daşıyır və istifadəçi təcrübəsini təkmilləşdirməyə yönəlib.
“Tehsil365” "TechCrunch"a istinadən xəbər verir ki, abunəlik çərçivəsində istifadəçilərə əlavə funksiyalar, o cümlədən çatların genişləndirilmiş bərkidilməsi (pulsuz versiyadakı üç çat əvəzinə 20-yə qədər), fərdi tərtibat mövzuları, rinqtonlar və çat siyahıları təklif olunur. Bununla belə, yeniliklər əsasən kosmetik xarakter daşıyır və əhəmiyyətli funksional imkanlar əlavə etmir.
Məlumdur ki, Avropa İttifaqı ölkələrində abunəliyin qiyməti ayda təxminən 2,49 avro, məsələn, Pakistanda isə 229 rupi təşkil edəcək. Digər regionlarda qiymətin ayda 2,5 dollara yaxın olacağı gözlənilir. Həmçinin pulsuz sınaq dövrü də nəzərdə tutulub.
Meta şirkəti vurğulayıb ki, sınaqlar istifadəçi rəylərini toplamaq üçün məhdud auditoriya üzərində aparılır. Eyni zamanda, abunəlikdə "Status" bölməsindəki reklamların söndürülməsi nəzərdə tutulmayıb; hansı ki, reklamlar orada bir qədər əvvəl görünməyə başlayıb.
Daha əvvəl "WhatsApp" bəzi ölkələrdə ildə təxminən bir dollar rüsum almaqla abunəlik modelindən istifadə etmişdi, lakin 2016-cı ildə servis Facebook (sahibi olan Meta şirkəti Rusiyada ekstremist elan edilib və qadağan olunub) tərəfindən alındıqdan sonra bu modeldən imtina edilmişdi. O vaxtdan bəri əsas gəlir mənbəyi biznes alətləri və şirkətlərin messencer vasitəsilə istifadəçilərlə əlaqə saxlamasına imkan verən reklam formatları olub.

