Azərbaycan Dillər Universiteti (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının əməkdaşları ilə Qazaxıstan Respublikasının Pavlodar şəhərində yerləşən Toraighyrov University-nin İctimai elmlər kafedrasının müəllimləri— Altıbasarova Meyramgül və Kappacova Gülsarə arasında əməkdaşlıq məqsədli görüş keçirilib.
Görüşün əsas məqsədi iki ali təhsil müəssisəsi arasında elmi və akademik əlaqələrin genişləndirilməsi, birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi olub. Tərəflər tədrisin müasir dövrdə aktual problemləri, elmi tədqiqatların inkişafı, birgə məqalələrin hazırlanması və beynəlxalq elmi konfransların təşkili məsələlərini müzakirə ediblər.
Səmərəli keçən görüş zamanı akademik əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, ortaq layihələrin icrası və qarşılıqlı elmi mübadilənin gücləndirilməsi istiqamətində razılıqlar əldə olunub.

