Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “GreenCity Hackaton 2026” tədbirində uğurla iştirak edərək II yeri qazanıblar.
“Tehsil365” xəbər verir ki, Bakı Avrasiya Universiteti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Abşeron Logistika Mərkəzi, CODERS Azerbaijan və Türkiyənin Nijde Ömer Halisdemir Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin məqsədi gənclərin innovativ ideyalarını təqdim etməsi, komanda ruhunun formalaşdırılması və ekoloji təşviq çərçivəsində “yaşıl şəhərlər” üçün həllərin ortaya qoyulması olub.
Ali təhsil müəssisələri tələbələrinin qatıldığı yarışın seçim mərhələsində 10 komanda finala vəsiqə qazanıb. Final mərhələsində uğurla çıxış edən BMU-nun Mühəndislik fakültəsinin “Mexanika mühəndisliyi” ixtisasının I kurs tələbəsi Nəzrin Həmidova və “Proseslərin avtomatlaşdırılması” ixtisasının I kurs tələbəsi Məmmədəli Əmənzadə II yerə layiq görülüblər.
Qalib komandalara sertifikat və pul mükafatları təqdim olunub.

