Aprelin 20-də Azərbaycan Dillər Universitetində (ADU) Elm və təhsil işçiləri Həmkarlar Komitəsinin təşəbbüsü və maliyyə dəstəyi ilə, Filologiya fakültəsinin, həmçinin İngilis dilinin üslubiyyatı və Xarici dillərin tədrisi metodikası kafedralarının təşkilatçılığı əsasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Heydər Əliyev: Şəhərsalma və Memarlıq” mövzusunda esse müsabiqəsi keçirilib.
“Tehsil365” xəbər verir ki, müsabiqə Filologiya fakültəsinin bakalavr tələbələri arasında baş tutub. Tədbirdə İngilis dilinin üslubiyyatı kafedrasından 14 nəfər, Xarici dillərin tədrisi metodikası kafedrasından isə 4 nəfər tələbə iştirak ediblər.
Qeyd olunub ki, müsabiqənin qalibləri və iştirakçıları may ayında diplom və sertifikatlarla təltif ediləcəklər.

