15–20 aprel tarixlərində Nəsimi Rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı tərəfindən birgə təşkil olunan mini-futbol turniri keçirilib.
“Tehsil365” xəbər verir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən yarışda Nəsimi rayonu ərazisində fəaliyyət göstərən dövlət idarələrinin, təşkilatların və ali təhsil müəssisələrinin tələbə və əməkdaşlarından ibarət komandalar iştirak ediblər.
Turnirdə Azərbaycan Dillər Universitetinin futbol komandası yüksək oyun nümayiş etdirərək 9 komanda arasında bütün rəqiblərinə qalib gəlib və turnirin qalibi olaraq I yerə layiq görülüb.
Qeyd edək ki, bu uğur universitetdə idmana göstərilən diqqət və tələbələrin komanda ruhunun bariz nümunəsi kimi qiymətləndirilir.
ADU futbol komandasını bu uğur münasibətilə təbrik edir, onlara gələcək yarışlarda da yeni nailiyyətlər arzulayırıq.

