Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti ilə“Birgə və Sağlam” İctimai Birliyi əməkdaşlıq edəcək

7122.04.2026 - 09:23
Azərbaycan Universiteti ilə“Birgə və Sağlam” İctimai Birliyi əməkdaşlıq edəcək

Azərbaycan Universiteti “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Sənədi Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva və ictimai birliyin təsisçisi və sədri Aytən Eynalova imzalayıblar.

“Tehsil365” xəbər verir ki, imzalama mərasimindən əvvəl tərəflər arasında görüş olub. Görüşdə rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent Nüşabə Quliyeva, Sosial işin təşkili kafedrasının müdiri Nigar Şahhüseynbəyova, kafedranın müəllimi Ayxan Şahbazsoy, Sosial-psixoloji tədqiqat və məsləhət mərkəzinin direktoru Aygün Muradlı, ictimai birliyin koordinatoru Milana Həsənova da iştirak ediblər.

Görüşdə Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva qonaqlara rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib, Sosial iş sahəsində kadr hazırlığı ilə bağlı görülən işləri, o cümlədən prioritetləri diqqətə çatdırıb. Rektor qeyd edib ki, Sosial iş ixtisası bakalavriat səviyyəsi üzrə beynəlxalq akkreditasiyadan keçib və bu, tədris prosesinin beynəlxalq standartlara uyğun qurulduğunu təsdiq edən mühüm göstəricidir. Magistratura səviyyəsi üzrə beynəlxalq akkreditasiyanın isə aktiv mərhələsi yekunlaşıb. “Əminəm ki, bu əməkdaşlıq peşəkar kadr hazırlığına mühüm töhfə verəcək və cəmiyyət üçün faydalı, məsuliyyətli mütəxəssislərin yetişdirilməsinə imkan yaradacaq”, - deyə rektor qeyd edib.

“Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova birliyin ölkədə inklüziv cəmiyyətin formalaşmasına töhfə vermək məqsədilə təsis olunduğunu qeyd edib, fəaliyyət istiqamətləri və layihələri haqqında ətraflı məlumat verib. Sədr təşkilatın fəaliyyətə başladığı ilk illərdə maarifləndirici təşəbbüslərin məhz bu universitetdə həyata keçirildiyini vurğulayıb. Göstərilən institusional və təşkilati dəstəyin fəaliyyətlərinin formalaşmasında mühüm rol oynadığını bildirərək universitet rəhbərliyinə təşəkkür edib.

Görüşdə əməkdaşlıq istiqamətləri, qarşılıqlı maraq doğuran mövzular, o cümlədən memorandumun icrası ilə bağlı məsələlər də müzakirə olunub. Memoranduma əsasən tərəflər yerli və beynəlxalq ekspertlərin cəlb olunması ilə birgə təlim, seminar və vebinarların təşkili, yerli və beynəlxalq səviyyəli konfrans və maarifləndirici tədbirlərin keçirilməsi, tələbələrin birliyin Autizm Bərpa Mərkəzində istehsalat təcrübəsi keçməsi və könüllülük əsasında fəaliyyəti, yerli və xarici təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində ikili diplom proqramlarının yaradılması, dərs vəsaitlərinin hazırlanması və bu kimi istiqamətlərdə əməkdaşlıq edəcəklər.

Zeynəb Quluyeva

Xəbər Lenti

Doğru peşəni tapmağın yolu təcrübədən və özünü dərk etmədən keçir - Qoşqar Məhərrəmov 22.04.2026 - 12:50
Süni intellekt: Rahatlıq yoxsa düşüncənin zəifləməsi? - Elçin Əfəndi22.04.2026 - 12:43
Azərbaycanlı alim polşalı tələbələrə milli dramaturgiyamız haqqında mühazirələr oxuyub22.04.2026 - 12:40
Professor: Azərbaycan tarixinin mühüm istiqamətlərindən biri albanşünaslıqdır22.04.2026 - 12:26
Kimya İnstitutunun əməkdaşları nanokatalizatorların dizaynı və optimallaşdırılması üzrə tədqiqat aparıblar22.04.2026 - 12:00
Təhsil eksperti: Şagirdin formalaşması ilk növbədə ailədən başlayır22.04.2026 - 09:55
Psixoloq Mətanət Əliyeva: İmtahan stressi düzgün idarə olunmadıqda mənfi təsir göstərir22.04.2026 - 09:45
Bu gün Beynəlxalq Yer kürəsi Günüdür22.04.2026 - 09:38
İnternat məktəbinin yataqxanasında yanğın olub22.04.2026 - 09:30
BDU-da "Qarabağ bölgəsinin şəhərsalma strukturu: işğaldan əvvəl və sonra” adlı tədbir22.04.2026 - 09:11
ADU komandası mini-futbol turnirində I yerə layiq görülüb22.04.2026 - 09:03
Sağlam bildiyimiz həmin qida ürək üçün riskli ola bilər 22.04.2026 - 08:52
“Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışının region mərhələsi keçirilib22.04.2026 - 08:41
ADU-da Heydər Əliyevin 103 illiyinə həsr olunmuş esse müsabiqəsi keçirilib22.04.2026 - 08:31
BMU tələbələri “GreenCity Hackaton 2026”da II yerə layiq görülüblər22.04.2026 - 08:20
ADU və Torayğırov Universiteti əməkdaşlıq imkanlarını müzakirə edib22.04.2026 - 08:12
“Unudulmazlar” layihəsi çərçivəsində Qorxmaz Quliyevin 85 illiyi qeyd olunub22.04.2026 - 08:02
Bu günün havası - 22 dərəcə isti22.04.2026 - 07:53
BDU-da “Fərqli fərdlər” adlı inklüziv tədbir22.04.2026 - 07:42
Repetitor dərsləri niyə zərurətə çevrilib? – ARAŞDIRMA 22.04.2026 - 07:31
ADU-da “Bir gül, bir gələcək” aksiyası keçirilib22.04.2026 - 07:20
Rumıniyanın Petre Andrei Universitetinin nümayəndə heyəti ADU-nun qonağı olub22.04.2026 - 07:12
Ekran vaxtı: uşaqlar üçün fayda və risklər — məktəblər və valideynlər balansı necə qoruyur?22.04.2026 - 07:00
2018 Azərbaycan Premyer Liqası çempionluğu — “Qarabağ” növbəti dəfə zirvədə22.04.2026 - 06:36
Azərbaycan–Əlcəzair diplomatik əlaqələrinin qurulması — iki ölkə arasında rəsmi münasibətlərin başlanğıcı22.04.2026 - 06:18
Allahverdi Bağırov — Vətən uğrunda canından keçən qəhrəman22.04.2026 - 06:00
Qorxmaz Sücəddinov — monumental sənətdə iz qoyan heykəltaraş22.04.2026 - 05:42
Əli Səlimi — yaddaşlarda yaşayan unudulmaz melodiyaların müəllifi22.04.2026 - 05:18
İzzət Orucova — elm və incəsənəti birləşdirən nadir şəxsiyyət22.04.2026 - 05:06
Zivər Məmmədova — Azərbaycan heykəltaraşlıq sənətində ilk qadın imza22.04.2026 - 04:54
Həsənağa Mustafayev — səhnə və təsviri sənətdə iz qoyan sənətkar22.04.2026 - 04:36
Həsən Əbluc — səhnə və söz sənətinin görkəmli nümayəndəsi22.04.2026 - 04:18
Ağahüseyn Cavadov — Azərbaycan səhnəsinin unudulmaz siması22.04.2026 - 04:00
DİM müəllim və tələbələr üçün hazırlıq kursları təşkil edib21.04.2026 - 19:54
Nazir Pekin Kimya Texnologiya Universitetinin rektoru ilə görüşüb21.04.2026 - 19:44
Ekspert sertifikatı almaq istəyənlər üçün imtahan keçiriləcək21.04.2026 - 19:36
Tələbə və müəllimlər üçün yenilik21.04.2026 - 19:28
Sabah 22 dərəcə isti olacaq21.04.2026 - 19:20
Salyan məktəblisi buraxılışdan yüksək bal TOPLADI21.04.2026 - 19:14
Telefonla böyüyən uşaqlarda diqqət və emosional bağlanma necə dəyişir? – Psixoloq açıqladı21.04.2026 - 19:06
WhatsApp Plus: Mesencer üçün fərdiləşdirilmiş yeni abunəlik sistemi21.04.2026 - 19:00
Əllərdə gizlənən təhlükə: bu əlamət ağciyər xərçəngindən xəbər verə bilər21.04.2026 - 18:57
Səssiz təhlükə: Hər gün yediyimiz qidalar orqanizmi məhv edir21.04.2026 - 18:55
Uşaqlara energetik içkilərin satışı mexanizmi sərtləşdirilir 21.04.2026 - 18:52
Azərbaycanda yeni onlayn media platforması fəaliyyətə başladı21.04.2026 - 18:50
Kukla Teatrına direktor müavini təyin olunub21.04.2026 - 18:45
Müəllimlər 200 manatadək cərimələnə bilər21.04.2026 - 18:44