“Süni intellekt şagirdlərin düşünməsinə təbii ki, təsir göstərir. Onlar daha asan biliklər əldə etməyə və yaxud da əldə etdikləri biliklərin doğru olub-olmadığını yoxlamadan sadəcə süni intellektin təqdim etdiyi imkanlardan yararlanmağa çalışırlar.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında, təhsil eksperti Elçin Əfəndi bildirib.
“Bu isə onların inkişafına ciddi mənada təsir göstərir. Hər şeyin əl altında olması bir növ belə deyim, onların tənbəlləşməsinə imkan yaradır. Bu da düşünürəm ki, doğru deyil. Ən yaxşı halda biz süni zəkanın vermiş olduğu imkanlardan daha çox öyrənmək istiqamətində, düşünmək istiqamətində istifadə etməliyik. Daha hansısa bir sualın həlli üçün tətbiq etmək, amma onu öyrənməmək bu da təbii ki, inkişafdan geri qoyacaq.”

