“Tələbələr ixtisas seçimində nələrə diqqət eləməlidir? Bununla bağlı mən xüsusilə qeyd eləyərdim ki, abituriyentlər əvvəlcə özlərini tanımalıdırlar. Özərini tanımaq üçün mütaliələri, müzakirələri olmalıdır, valideynləri və dostları ilə.”
Bu sözləri “Tehsil365” ə açıqlamasında , təhsil eksperti Qoşqar Məhərrəmov bildirib.
“Müəyyən yerləri görməlidirlər, müəyyən bir dünya görüşləri olmalıdır ki, onlar dünyadan xəbərləri olsun, dünyadakı peşələr haqqında xəbərləri olsun. Hansı peşənin onlara uyğun olduğunu öyrənə bilmək üçün onlar müəyyən peşələrlə qarşılıqlı münasibətdə olmalıdırlar. Bu, məsələn, yay tətilərində hansı peşələr, peşələrdə çalışan insanlarla yaxın ünsiyyət ola bilər, onların yanında könüllü fəaliyyət ola bilər. Bu yolla insanlar əslində peşələrin sanki dadına baxacaq, abituriyentlər peşələrin dadına baxacaq, həmin peşənin hansı, hansı peşənin özünə uyğun olduğunu müəyyən edə biləcək. Sonra baxacaq ki, məsələn, onun təbiəti etibarilə hansı dərslərə daha yaxın, ümumiyyətlə dərs oxumağa yaxındırmı, oturub dərs oxumağa uyğundurmu, yoxsa hərəkətliliyidimi daha yaxşıdır, yoxsa musiqi tərəfi, yoxsa idman tərəfimi daha yaxşıdır. Yəni insanlar özlərini kəşf elədikdə ən böyük kəşfi eləmiş olacaq əslində. İnsan özünü aşkar elədiyi zaman ki, o hansı peşəyə uyğundur, bu onun ən böyük kəşfi olacaq. Bir insan zatən bunu kəşf elədiyi zaman artıq o həyatda uğursuz olmur adətən. Çünki o insan özünə uyğun peşə tapır, özü sevdiyi işlə məşğul olur. Ona görə də düşünürəm ki, valideynlər, müəllimlər ən çox çalışmalıdır ki, uşaqlar özlərini tapa bilsinlər, hansısa ixtisasda, hansı bir peşədə özlərini tapa bilsinlər. Bunun üçün isə bayaq qeyd elədiyim kimi müəyyən söhbətlər və qarşılıqlı münasibətlər olmalıdır. Bunun üçün uşaqları düşərgələrə göndərmək olar, müəyyən könüllü fəaliyyətlərinə yazdırmaq olar, qohumları ilə, əqrəbaları ilə, tanışları ilə danışıb, onları hansısa bir təcrübələrə yönləndirmək olar. Əlbəttə, bu onların istismarı mənasında gəlmir, sadəcə onların fərqli peşələri görməyi mənasına gəlir ki, hansı ixtisasda hansı dərslər olur, hansı ixtisasın sahibləri haralarda işləyir, hansı işlərlə məşğul olur. Yəni bunları öyrəndiyi zaman düşünürəm ki, tələbənin ixtisas seçimi daha uyğun olacaq.”

