Təhsil 365 - Logo Mobile

“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb

7522.04.2026 - 17:14
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb

Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən “Mənim irsim danışır” respublika müsabiqəsi uğurla yekunlaşıb.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzindən “Tehsil365"ə bildirilib ki, layihənin məqsədi uşaq və gənclərin Azərbaycanın zəngin tarixi-mədəni irsi ilə daha yaxından tanışlığını təmin etmək, onların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək və milli dəyərlərə bağlılığını gücləndirməkdən ibarət olub.

18 Aprel – Beynəlxalq Abidələr Gününə həsr olunan müsabiqəyə ölkənin müxtəlif bölgələrindən 600-dən çox video təqdim edilib, seçilən ən yaxşı 60 iş final mərhələsində iştirak hüququ qazanıb. İştirakçılar göllər, qalalar, körpülər, karvansaralar, tarixi abidələr və təbiət obyektləri haqqında hazırladıqları yaradıcı videolar vasitəsilə milli irsimizi fərqli və maraqlı təqdimatla nümayiş etdiriblər.

Müsabiqə çərçivəsində iştirakçıların işləri “Sükutun dili: bölgəmin gölü”, “Keçmişə körpü: tarixi körpünün səsi”, “Əbədi növbətçi: qalanın dili”, “Karvanların yolu: karvansaranın xatirələri”, “Daşların sirri: tarixi abidənin söhbəti” və “Təbiətin nəfəsi: dağ, meşə və şəlalənin dili” nominasiyaları üzrə hazırlanaraq təqdim edilib.

Qaliblər münsiflər heyəti tərəfindən maket və orijinala bənzərlik, obyektin öz dili ilə təqdim olunması, təqdimat bacarığı və səsləndirmə, mövzuya uyğunluq və dərinlik, texniki keyfiyyət və estetik görünüş meyarları əsasında müəyyən edilib. Qaliblər diplom və mükafatlarla təltif olunublar.

Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar keçirilən bu müsabiqə ölkənin zəngin memarlıq irsinin və tarixi abidələrinin gənc nəslə tanıdılması baxımından aktuallıq kəsb edir və milli irsin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə uyğun olaraq reallaşdırılıb.

“Mənim irsim danışır” layihəsi gənc nəslin milli kimlik şüurunun formalaşmasına, onların tarixi-mədəni dəyərlərə marağının artırılmasına və yaradıcı potensialının üzə çıxarılmasına mühüm töhfə verib.

Qeyd edək ki, paytaxtla yanaşı, respublikamızın regionlarını, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrini əhatə edən bu layihə gənclərin milli-mədəni irsimizə bağlılığının və yüksək marağının əyani göstəricisidir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Şimal-qərb bölgəsində PIRLS 2026 tədqiqatının əsas mərhələsi başlayıb22.04.2026 - 19:57
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq22.04.2026 - 19:52
AzMİU-da “İnformasiya Texnologiyaları üzrə III Beynəlxalq Konfrans” başladı22.04.2026 - 19:47
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ22.04.2026 - 19:43
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLAND22.04.2026 - 19:38
UNEC-in professoru vəfat edib22.04.2026 - 19:34
RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ22.04.2026 - 19:26
Bəzi yerlərdə külək güclənəcək22.04.2026 - 19:20
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”22.04.2026 - 19:18
Yüksək qiymət həqiqətən yüksək bilik deməkdirmi? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:15
Vahid tədris proqramı yaradıcı uşaqların potensialını məhdudlaşdırır? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:12
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama22.04.2026 - 19:08
Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun psixologiyasında nə yaradır? – Psixoloq açıqladı22.04.2026 - 19:02
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ22.04.2026 - 18:54
Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?22.04.2026 - 18:46
9-cu sinif şagirdi vəfat edib22.04.2026 - 18:38
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb22.04.2026 - 18:34
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub22.04.2026 - 18:26
Azərbaycan ilk dəfə ortametrajlı filmi ilə Briv Festivalında təmsil olunub22.04.2026 - 18:18
Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”22.04.2026 - 18:14
Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub22.04.2026 - 18:08
Pedaqoji Universitetdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar22.04.2026 - 18:02
VI Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək22.04.2026 - 17:55
Britaniyalı alim Dilçilik İnstitutunun qonağı olub22.04.2026 - 17:52
ADNSU rəhbərliyi tələbələrin suallarını cavablandırıb22.04.2026 - 17:45
Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans22.04.2026 - 17:44
Mətanət Əliyeva: “Tükənmişlik sadəcə yorğunluq deyil, müasir həyatın psixoloji yükünü əks etdirir”22.04.2026 - 17:38
BDU-da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunub22.04.2026 - 17:36
Ağdamın 1 nömrəli məktəbində ilk dəfə "Zəkaların mübarizəsi" olimpiadası keçirilib22.04.2026 - 17:35
UNEC aliminin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası ABŞ-də nəşr olunub22.04.2026 - 17:28
BŞTİ-də yeni kadr təyinatı olub22.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin şagirdi 60-cı Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb22.04.2026 - 17:22
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub22.04.2026 - 17:15
ADPU və Polşanın Pedaqogika İnstitutu “Sosial problemlər” mövzusunda birgə konfrans təşkil edib22.04.2026 - 17:06
“Zəkaların mübarizəsi”ndə Naxçıvanı Ordubad komandası təmsil edəcək22.04.2026 - 17:05
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib22.04.2026 - 17:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aşıqlandı22.04.2026 - 16:55
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”22.04.2026 - 16:51
İsveçdə hücum təhdidinə görə 16-dan çox məktəb bağlanıb22.04.2026 - 16:45
Ramin Nuruəliyev: “Təhsil sahəsində qərarlar yalnız müvafiq qurumlar tərəfindən verilir”22.04.2026 - 16:44
Elçin Əfəndi: “Tələbələrə sərbəst seçim imkanı verilməlidir”22.04.2026 - 16:37
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub22.04.2026 - 16:35
Mirsadiq Muxtarov: “Şəxsin verdiyi qərarların motivlərini anlamaq psixoloji dayanıqlığı gücləndirir”22.04.2026 - 16:32
RFO-nun fizika fənni üzrə ilkin nəticələri açıqlanıb22.04.2026 - 16:25
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Strateji İnkişaf Planı müzakirə edilib22.04.2026 - 16:15
Daşkənddə “Uşaq ədəbiyyatı – Mədəni dialoqun təməli” adlı tədbir keçirilib22.04.2026 - 16:05
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı22.04.2026 - 16:00