Təhsil 365 - Logo Mobile

Daşkənddə “Uşaq ədəbiyyatı – Mədəni dialoqun təməli” adlı tədbir keçirilib

6222.04.2026 - 16:05
Daşkənddə “Uşaq ədəbiyyatı – Mədəni dialoqun təməli” adlı tədbir keçirilib

13-14 aprel tarixlərində Özbəkistanın Daşkənd şəhərində “Uşaq ədəbiyyatı – mədəni dialoqun təməli” adlı kitabın təqdimat mərasimi keçirilib. 

“Tehsil365“
xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM)ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanası arasında uğurlu əməkdaşlığın nəticəsi kimi reallaşdırılıb.

Təqdimatdan öncə ölkəmizin nümayəndə heyəti Özbəkistan Milli Kitabxanasında olub. Qonaqlara kitabxananın tarixi və fondları haqqında ətraflı məlumat verilib. Görüş çərçivəsində Özbəkistanın Respublika Uşaq Kitabxanasına və Milli Kitabxanaya Azərbaycan uşaq ədəbiyyatı ilə bağlı 400-dən artıq nəşr hədiyyə olunub. Həmin nəşrlər arasında iki qardaş xalqın nağıllarının tərcümələri də var. 

Qeyd edək ki, layihənin əsas məqamlarından biri Azərbaycan və özbək xalq nağıllarının qarşılıqlı tərcüməsi və nəşridir. Bu təşəbbüs çərçivəsində Azərbaycan nağılları özbək dilinə, özbək nağılları isə Azərbaycan dilinə çevrilərək oxuculara təqdim olunub. Kitabda yer alan nağıllar 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində fəaliyyət göstərən rəsm dərnəyinin üzvləri və özbək məktəbliləri tərəfindən çəkilmiş rəsmlərlə daha da zənginləşdirilib.

Təqdimat mərasimində Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək bildirib ki, iki ölkə arasında münasibətlərin dərin tarixi köklərə bağlı olduğunu bildirib, əlaqələrin bu gün dinamik şəkildə inkişaf etdiyini diqqətə çatdırıb. Diplomat qeyd edib ki, bu qəbildən layihələr iki xalq arasında mədəni körpü rolunu oynayır.

AMM-in direktoru Akif Marifli vurğulayıb ki, bu cür nəşrlər uşaq ədəbiyyatının inkişafı və gənc nəslin milli-mənəvi dəyərlər əsasında formalaşması baxımından xüsusi əhəmiyyət daşıyır. Bildirilib ki, layihə iki ölkə arasında mövcud olan mədəni-humanitar əməkdaşlıq siyasətinə uyğun olaraq reallaşdırılır.

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova çıxışında bu nəşrlərin uşaqlarda oxu vərdişlərinin formalaşması və dünyagörüşünün genişlənməsi üçün böyük əhəmiyyət daşıdığını qeyd edib. Vurğulanıb ki, layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycan və özbək xalqları arasında mədəni dialoqu inkişaf etdirmək, milli nağıl irsini qoruyaraq gənc nəslə ötürmək, eləcə də tərcümə vasitəsilə Azərbaycan dilinin beynəlxalq müstəvidə təbliğinə töhfə verməkdir.

Bakıda fəaliyyət göstərən “Təhsil” nəşriyyatının rəhbəri Tural Axundov kitabların yüksək poliqrafik keyfiyyətlə hazırlanmasının vacibliyini diqqətə çatdırıb.

Tədbirdə həmçinin Lalə Qəti və rəssam Nərmin Abdullayeva uşaqların yaradıcılıq potensialının inkişafında bu kimi layihələrin rolunu xüsusi vurğulayıblar.

Mehriban İbadova

Xəbər Lenti

Şimal-qərb bölgəsində PIRLS 2026 tədqiqatının əsas mərhələsi başlayıb22.04.2026 - 19:57
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq22.04.2026 - 19:52
AzMİU-da “İnformasiya Texnologiyaları üzrə III Beynəlxalq Konfrans” başladı22.04.2026 - 19:47
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ22.04.2026 - 19:43
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLAND22.04.2026 - 19:38
UNEC-in professoru vəfat edib22.04.2026 - 19:34
RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ22.04.2026 - 19:26
Bəzi yerlərdə külək güclənəcək22.04.2026 - 19:20
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”22.04.2026 - 19:18
Yüksək qiymət həqiqətən yüksək bilik deməkdirmi? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:15
Vahid tədris proqramı yaradıcı uşaqların potensialını məhdudlaşdırır? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:12
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama22.04.2026 - 19:08
Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun psixologiyasında nə yaradır? – Psixoloq açıqladı22.04.2026 - 19:02
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ22.04.2026 - 18:54
Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?22.04.2026 - 18:46
9-cu sinif şagirdi vəfat edib22.04.2026 - 18:38
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb22.04.2026 - 18:34
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub22.04.2026 - 18:26
Azərbaycan ilk dəfə ortametrajlı filmi ilə Briv Festivalında təmsil olunub22.04.2026 - 18:18
Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”22.04.2026 - 18:14
Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub22.04.2026 - 18:08
Pedaqoji Universitetdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar22.04.2026 - 18:02
VI Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək22.04.2026 - 17:55
Britaniyalı alim Dilçilik İnstitutunun qonağı olub22.04.2026 - 17:52
ADNSU rəhbərliyi tələbələrin suallarını cavablandırıb22.04.2026 - 17:45
Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans22.04.2026 - 17:44
Mətanət Əliyeva: “Tükənmişlik sadəcə yorğunluq deyil, müasir həyatın psixoloji yükünü əks etdirir”22.04.2026 - 17:38
BDU-da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunub22.04.2026 - 17:36
Ağdamın 1 nömrəli məktəbində ilk dəfə "Zəkaların mübarizəsi" olimpiadası keçirilib22.04.2026 - 17:35
UNEC aliminin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası ABŞ-də nəşr olunub22.04.2026 - 17:28
BŞTİ-də yeni kadr təyinatı olub22.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin şagirdi 60-cı Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb22.04.2026 - 17:22
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub22.04.2026 - 17:15
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb22.04.2026 - 17:14
ADPU və Polşanın Pedaqogika İnstitutu “Sosial problemlər” mövzusunda birgə konfrans təşkil edib22.04.2026 - 17:06
“Zəkaların mübarizəsi”ndə Naxçıvanı Ordubad komandası təmsil edəcək22.04.2026 - 17:05
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib22.04.2026 - 17:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aşıqlandı22.04.2026 - 16:55
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”22.04.2026 - 16:51
İsveçdə hücum təhdidinə görə 16-dan çox məktəb bağlanıb22.04.2026 - 16:45
Ramin Nuruəliyev: “Təhsil sahəsində qərarlar yalnız müvafiq qurumlar tərəfindən verilir”22.04.2026 - 16:44
Elçin Əfəndi: “Tələbələrə sərbəst seçim imkanı verilməlidir”22.04.2026 - 16:37
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub22.04.2026 - 16:35
Mirsadiq Muxtarov: “Şəxsin verdiyi qərarların motivlərini anlamaq psixoloji dayanıqlığı gücləndirir”22.04.2026 - 16:32
RFO-nun fizika fənni üzrə ilkin nəticələri açıqlanıb22.04.2026 - 16:25
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Strateji İnkişaf Planı müzakirə edilib22.04.2026 - 16:15
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı22.04.2026 - 16:00