Fizika fənni üzrə Respublika Fənn Olimpiadalarının final turunda iştirak edən aşağı və yuxarı yaş qrupu şagirdlərinin yazı işlərininin yoxlanılması prosesi yekunlaşıb.
“Tehsil365“ xəbər verir ki, şagirdlər portal.edu.az platformasında şəxsi kabinetlərinə daxil olaraq ilkin nəticələrlə tanış ola bilərlər.
Koordinasiya prosesində (yazı işlərinə baxış) iştirak etmək istəyən şagirdlər Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzinə (F.Xoyski küç., 109, “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığı) gəlməlidirlər. İştirak üçün şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.
Koordinasiya saatları barədə şagirdlərin buraxılış vərəqələrində məlumat verilib.
Fizika fənni üzrə qiymətləndirmə meyarları ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə edə bilərsiniz:

