Naxçıvanda Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində ölkənin ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının bilik yarışı üzrə regional mərhələsi təşkil olunub.
“Tehsil365“ xəbər verir ki, olimpiadada muxtar respublikanın ümumtəhsil müəssisələrindən 48 məktəbli 8 komandada mübarizə aparıb.
Bilik yarışında 85 xalla Ordubad komandası qalib olaraq olimpiadanın final mərhələsində Bakıda Naxçıvanı təmsil etmək hüququ qazanıb.
Qeyd edək ki, olimpiadada iştirak edən şagirdlər riyaziyyat, rəqəmsal texnologiyalar, təbiət və humanitar elmlər, mədəniyyət və incəsənət sahələrində biliklərini nümayiş etdiriblər.
“Zəkaların mübarizəsi”ndə Naxçıvanı Ordubad komandası təmsil edəcək
6122.04.2026 - 17:05

