Təhsil 365 - Logo Mobile

Elçin Əfəndi: “Tələbələrə sərbəst seçim imkanı verilməlidir”

10122.04.2026 - 16:37
Elçin Əfəndi: “Tələbələrə sərbəst seçim imkanı verilməlidir”

Onun sözlərinə görə, tələbələrə sərbəst formada seçim imkanı tanınmalıdır “ Müəllim seçimindən tutmuş fənn seçiminə qədər bu qərarları özləri qəbul etməlidirlər.”

Təhsil eksperti Elçin Əfəndi “Tehsil365”ə açıqlamasında bildirib ki, tələbələrin özünüidarəetmə və təşəbbüskarlıq imkanlarının artırılması onların həm elmi göstəricilərinə, həm də gələcək karyera imkanlarına müsbət təsir göstərə bilər.

Əfəndi qeyd edib ki, ənənəvi metodda vahid dərslər və vaxtlar təyin olunur, tələbələr isə həmin qaydalara uyğun iştirak etməlidirlər. Bu isə müəyyən çətinliklər yaradır. “Biz Bolonya sisteminə keçid almışıq və həmin sistemin təqdim etdiyi imkanlar tələbələrə tanınmalıdır. Onlar daha vacib fənləri seçərək özlərinə lazım olan bilikləri əldə etməlidirlər. Qeyri-ixtisas fənləri tələbələr üçün əhəmiyyət daşımır və bu halda bakalavr pilləsini 4 ilə yox, 3 ilə, bəzi ixtisaslarda isə hətta 2 ilə bitirmək mümkündür.”

Ekspert əlavə edib ki, dərs müddətləri də daha çevik olmalıdır. “90 dəqiqə auditoriyada oturmaq əvəzinə 60-70 dəqiqə kifayət edə bilər. Mühazirələrə universitetə getmədən online qoşulmaq, yalnız seminarlarda iştirak etmək mümkündür. Bu yanaşma tələbələrin təcrübə keçmə imkanlarını da yaxşılaşdırar. İki il nəzəri biliklərdən sonra ən azı bir il praktiki təcrübə qazanmaq onların gələcək əmək fəaliyyətinə başlamaq üçün mühüm rol oynaya bilər.”

Elçin Əfəndi vurğulayıb ki, tələbələrin sərbəst seçim imkanına malik olması onların motivasiyasını artıracaq, tədris prosesinə marağı gücləndirəcək və daha məhsuldar nəticələr əldə etmələrinə şərait yaradacaq. Onun fikrincə, bu yanaşma həm də tələbələrin özünü daha rahat ifadə etməsinə, müstəqil qərar verməsinə və peşəkar inkişafına geniş imkanlar açacaq. “Əgər tələbələr öz maraqlarına uyğun fənləri seçə bilsələr, bu, onların gələcəkdə daha ixtisaslı mütəxəssis kimi formalaşmasına və əmək bazarında daha tez uyğunlaşmasına kömək edəcək.”

Ekspertin fikrincə, Bolonya sisteminin mahiyyəti də məhz tələbəyə sərbəst seçim imkanı verməkdir. Bu imkanlar tam şəkildə tətbiq olunduqda, təhsil keyfiyyəti yüksələcək, tələbələrin vaxt itkisi azalacaq və onların əmək bazarına daha hazırlıqlı qoşulması təmin olunacaq.

Mehriban İbadova

Xəbər Lenti

Şimal-qərb bölgəsində PIRLS 2026 tədqiqatının əsas mərhələsi başlayıb22.04.2026 - 19:57
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq22.04.2026 - 19:52
AzMİU-da “İnformasiya Texnologiyaları üzrə III Beynəlxalq Konfrans” başladı22.04.2026 - 19:47
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ22.04.2026 - 19:43
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLAND22.04.2026 - 19:38
UNEC-in professoru vəfat edib22.04.2026 - 19:34
RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ22.04.2026 - 19:26
Bəzi yerlərdə külək güclənəcək22.04.2026 - 19:20
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”22.04.2026 - 19:18
Yüksək qiymət həqiqətən yüksək bilik deməkdirmi? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:15
Vahid tədris proqramı yaradıcı uşaqların potensialını məhdudlaşdırır? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:12
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama22.04.2026 - 19:08
Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun psixologiyasında nə yaradır? – Psixoloq açıqladı22.04.2026 - 19:02
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ22.04.2026 - 18:54
Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?22.04.2026 - 18:46
9-cu sinif şagirdi vəfat edib22.04.2026 - 18:38
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb22.04.2026 - 18:34
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub22.04.2026 - 18:26
Azərbaycan ilk dəfə ortametrajlı filmi ilə Briv Festivalında təmsil olunub22.04.2026 - 18:18
Milli Kitabxanada təqdimat - “Gizli “Dədə Qorqud” yeni mənalar axtarışında”22.04.2026 - 18:14
Azərbaycanın turizm imkanları Almaniyada silsilə tədbirlər çərçivəsində təbliğ olunub22.04.2026 - 18:08
Pedaqoji Universitetdə “Şəhərsalma və Memarlıq İli”nə həsr olunmuş elmi seminar22.04.2026 - 18:02
VI Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək22.04.2026 - 17:55
Britaniyalı alim Dilçilik İnstitutunun qonağı olub22.04.2026 - 17:52
ADNSU rəhbərliyi tələbələrin suallarını cavablandırıb22.04.2026 - 17:45
Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir - konfrans22.04.2026 - 17:44
Mətanət Əliyeva: “Tükənmişlik sadəcə yorğunluq deyil, müasir həyatın psixoloji yükünü əks etdirir”22.04.2026 - 17:38
BDU-da Beynəlxalq Əqli Mülkiyyət Günü qeyd olunub22.04.2026 - 17:36
Ağdamın 1 nömrəli məktəbində ilk dəfə "Zəkaların mübarizəsi" olimpiadası keçirilib22.04.2026 - 17:35
UNEC aliminin Qarabağ iqtisadiyyatına dair monoqrafiyası ABŞ-də nəşr olunub22.04.2026 - 17:28
BŞTİ-də yeni kadr təyinatı olub22.04.2026 - 17:25
“Gənc istedadlar” liseyinin şagirdi 60-cı Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb22.04.2026 - 17:22
Şagirdlər üçün “Mənim qəhrəmanım” müsabiqəsi elan olunub22.04.2026 - 17:15
“Mənim irsim danışır” respublika müsabiqəsi başa çatıb22.04.2026 - 17:14
ADPU və Polşanın Pedaqogika İnstitutu “Sosial problemlər” mövzusunda birgə konfrans təşkil edib22.04.2026 - 17:06
“Zəkaların mübarizəsi”ndə Naxçıvanı Ordubad komandası təmsil edəcək22.04.2026 - 17:05
Xaçmaz rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsindən azad edilib22.04.2026 - 17:00
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri aşıqlandı22.04.2026 - 16:55
Günay Ağamalı: “Qanunların hazırlanmasında analitik mexanizmlər və ictimai iştirak əsas rol oynayır”22.04.2026 - 16:51
İsveçdə hücum təhdidinə görə 16-dan çox məktəb bağlanıb22.04.2026 - 16:45
Ramin Nuruəliyev: “Təhsil sahəsində qərarlar yalnız müvafiq qurumlar tərəfindən verilir”22.04.2026 - 16:44
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yeni təyinat olub22.04.2026 - 16:35
Mirsadiq Muxtarov: “Şəxsin verdiyi qərarların motivlərini anlamaq psixoloji dayanıqlığı gücləndirir”22.04.2026 - 16:32
RFO-nun fizika fənni üzrə ilkin nəticələri açıqlanıb22.04.2026 - 16:25
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində Strateji İnkişaf Planı müzakirə edilib22.04.2026 - 16:15
Daşkənddə “Uşaq ədəbiyyatı – Mədəni dialoqun təməli” adlı tədbir keçirilib22.04.2026 - 16:05
“Əlaçı” televiziya layihəsinin seçim turuna qeydiyyat başladı22.04.2026 - 16:00