Azərbaycanın görkəmli geoloqu, alim Mirəli Seyidəli oğlu Qaşqaynin elmi fəaliyyəti ölkənin geologiya sahəsinin inkişafında mühüm rol oynayıb.
“Tehsil365” xəbər verir ki, 1907-ci ildə Yelizavetpolda anadan olan Mirəli Qaşqay geologiya-mineralogiya elmləri doktoru, professor kimi uzun illər elmi-pedaqoji fəaliyyət göstərib. O, 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının akademiki seçilib və elmi ictimaiyyətdə böyük nüfuz qazanıb.
Alim müxtəlif dövrlərdə Azərbaycan SSR Elmlər Akademiyasında akademik katib vəzifəsində çalışaraq elmin təşkilatlanması və inkişafına töhfələr verib. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar Azərbaycan ərazisinin geoloji quruluşunun öyrənilməsində mühüm əhəmiyyət kəsb edib.
Mirəli Qaşqay 1959-cu ildə “Azərbaycan SSR əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb. O, zəngin elmi irsi və yetişdirdiyi kadrlarla Azərbaycan elminin inkişafında silinməz iz qoyub.
Görkəmli alim 1977-ci il aprelin 23-də Bakıda vəfat edib. Onun xatirəsi elmi ictimaiyyət tərəfindən daim ehtiramla yad olunur.

