Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu beynəlxalq jurnalda dərc olunub.
“Tehsil365” xəbər verir ki, “Comparative study of hydroxyl-functionalized cationic surfactants: synthesis, characterization, and environmental applications” adlı məqalənin nəşr olunduğu International Journal of Environmental Science and Technology jurnalı Scopus bazasında Q1 kateqoriyasında yer alır.
Tədqiqat işində hidroksil qrup saxlayan kation-aktiv səthi-aktiv maddələrin sintezi, xarakteristikası və ətraf mühitdə tətbiq imkanları müqayisəli şəkildə araşdırılıb. Məqalədə bu birləşmələrin sulu məhlullardakı kolloid xassələri, səthi gərilmə göstəriciləri, elektrik keçiriciliyi, misella əmələgəlmə xüsusiyyətləri, eləcə də antimikrob aktivliyi öyrənilib. Bununla yanaşı, həmin maddələrin su səthində neft mənşəli nazik təbəqələrin toplanmasında effektivliyi də qiymətləndirilib.
Tədqiqatın nəticələri yeni funksional səthi-aktiv maddələrin hazırlanması, onların ekoloji istiqamətdə tətbiqi və praktik istifadəsi baxımından mühüm elmi əhəmiyyət daşıyır.
Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:
Scopus: https://www.scopus.com/pages/publications/105033587023?origin=resultslist

