Təhsil 365 - Logo Mobile

ADU-da “Gələcəyin İngilis Dili (Future English)” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

7423.04.2026 - 08:50
ADU-da “Gələcəyin İngilis Dili (Future English)” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib

Aprelin 22-də Azərbaycan Dillər Universitetinin (ADU) İngilis və Fransız dilləri fakültəsi, eləcə də İngilis və Alman dilləri fakültəsinin Xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə təhsil alan tələbələri ilə British Council ilə əməkdaşlıq çərçivəsində keçirilən “Gələcəyin İngilis Dili (Future English)” layihəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib.

“Tehsil365” xəbər verir ki, ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını salamlayıb, layihənin əhəmiyyətindən söz açıb.

Bildirib ki, müasir dövrdə xarici dillərin, xüsusilə ingilis dilinin yüksək səviyyədə mənimsənilməsi gənclərin peşəkar inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsi və rəqabətqabiliyyətli mütəxəssis kimi formalaşması baxımından mühüm əhəmiyyət daşıyır.

Rektor qeyd edib ki, “Gələcəyin İngilis dili” layihəsi tələbələrin dil bacarıqlarının təkmilləşdirilməsi, innovativ tədris metodları ilə tanışlığı və gələcək pedaqoji fəaliyyətə daha hazırlıqlı yetişməsi baxımından olduqca faydalıdır.

Qeyd olunub ki, ADU-da bu kimi layihələrin keçirilməsi tələbələrin inkişafına mühüm töhfə verir.

Rektor layihə çərçivəsində uğurla iştirak edən tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

“British Council” təşkilatının Azərbaycan üzrə filialının direktoru Nərgiz Hacıyeva layihə iştirakçılarını salamlayıb, layihənin keçirilməsi üçün göstərdiyi dəstəyə görə ADU rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, “Gələcəyin İngilis Dili (Future English)” layihəsi müəllimlik ixtisası üzrə təhsil alan tələbələrin peşəkar bilik və bacarıqlarının inkişafına, müasir tədris metodları ilə yaxından tanış olmasına və gələcək fəaliyyətlərinə daha hazırlıqlı başlamalarına mühüm töhfə verəcək.

Bildirilib ki, layihə çərçivəsində iştirakçılar interaktiv təlimlərə, seminar və praktiki məşğələlərə cəlb olunaraq innovativ yanaşmalar barədə geniş məlumat əldə ediblər.

ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Jalə Əliyeva çıxışında “Gələcəyin İngilis Dili (Future English)” layihəsinin əhəmiyyətindən danışıb.

Qeyd olunub ki, layihə tələbələrin ingilis dili üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, onların müasir tədris metodları ilə tanış olması və beynəlxalq təhsil mühitinə inteqrasiyası baxımından xüsusi önəm daşıyır.

Bildirilib ki, bu təşəbbüs gələcək müəllimlərin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsinə, innovativ yanaşmaların mənimsənilməsinə və praktik təcrübələrinin zənginləşdirilməsinə geniş imkanlar yaradacaq.

Daha sonra layihədə yüz faizlik nəticə göstərən İngilis-alman fakültəsi üzrə Fatma Sadıqova, Günel Adıgözəlova, Xədicə Baxşaliyeva, İngilis-fransız fükaltəsi üzrə Məleykə İbrahimli, Nərmin Şahbazova çıxış ediblər.

Tələbələr layihə çərçivəsində qazandıqları bilik və təcrübələrdən söz açaraq, proqramın onların peşəkar inkişafına mühüm töhfə verəcəyini bildiriblər.

Qeyd olunub ki, keçirilən təlimlər, seminarlar və interaktiv məşğələlər sayəsində tələbələr müasir tədris metodları, effektiv ünsiyyət bacarıqları və innovativ yanaşmalar barədə dəyərli biliklər əldə ediblər.

Çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Dillər Universiteti rəhbərliyinə, müəllim heyətinə və British Council təşkilatına təşəkkürlərini ifadə edib, bu kimi layihələrin gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Layihənin keçirilməsi prosesi ilə bağlı hazırlanan videoçarx izlənilib.

Tədbir bədii hissə ilə davam edib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Psixoloq: Özünəinamın aşağı olması gənclər arasında geniş yayılıb23.04.2026 - 09:55
BDU-da davamlılıq BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”23.04.2026 - 09:46
"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək23.04.2026 - 09:36
BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib23.04.2026 - 09:29
NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb23.04.2026 - 09:20
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri23.04.2026 - 09:11
Məktəblilər PIRLS 2026 tədqiqatına cəlb olunub23.04.2026 - 09:00
ADU-da oxu mədəniyyətinin təşviqinə yönəlmiş kitab aksiyası keçirilir23.04.2026 - 08:42
BDU-da orta əsrlərdə Azərbaycanda şəhərsalma və memarlıq ənənələri tədqiq olunur23.04.2026 - 08:30
BMU əməkdaşının məqaləsi Q1 kateqoriyalı jurnalda dərc olunub23.04.2026 - 08:21
Alimlər: Marsda həyat üçün şərait mövcud olub23.04.2026 - 08:12
Çində 14 yaşlı şagird reaktiv mühərriki ev şəraitində yığıb23.04.2026 - 08:00
BDU-da "Tələbə həyatında dəri sağlamlığı" adlı infosessiya23.04.2026 - 07:51
Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası qəbul edilib23.04.2026 - 07:40
Rumıniyanın beynəlxalq nüfuzlu jurnalının Azərbaycana həsr olunmuş xüsusi nəşri Qarabağ Universitetində təqdim edilib23.04.2026 - 07:30
18 dərəcə isti...-GÜNÜN HAVASI23.04.2026 - 07:22
İqlim dəyişikliyinə qarşı mübarizə mövzusunda dəyirmi masa keçirilib23.04.2026 - 07:10
Bakıda kontr-admiral Eduard Hüseynov qətlə yetirilib23.04.2026 - 07:00
Bakıda Miniatür Kitab Muzeyi açılıb23.04.2026 - 06:36
“Hesabat” jurnalı ilk dəfə nəşr olunub23.04.2026 - 06:18
Əməkdar artist Bayandur Mehdiyevin xatirəsi yad olunur23.04.2026 - 06:00
Akademik Midhət Abbasovun xatirəsi ehtiramla anılır23.04.2026 - 05:42
Anar Məmmədxanovun xatirəsi ehtiramla yad olunur23.04.2026 - 05:18
Akademik Mirəli Qaşqayın elmi irsi bu gün də yüksək qiymətləndirilir23.04.2026 - 05:06
Azərbaycanın görkəmli dövlət xadimi Mirbəşir Qasımovun xatirəsi yad edilir23.04.2026 - 04:54
Deputat Jalə Əhmədovanın çoxşaxəli fəaliyyəti diqqət mərkəzində23.04.2026 - 04:36
Professor Əjdər İsmayılov vəfat edib23.04.2026 - 04:18
Görkəmli aktyor Yuri Baliyev vəfat edib23.04.2026 - 04:00
Şimal-qərb bölgəsində PIRLS 2026 tədqiqatının əsas mərhələsi başlayıb22.04.2026 - 19:57
MDU-dan daha bir uğurlu əməkdaşlıq: Tələbələr PUA hazırlayacaq22.04.2026 - 19:52
AzMİU-da “İnformasiya Texnologiyaları üzrə III Beynəlxalq Konfrans” başladı22.04.2026 - 19:47
Xaçmaz təhsil sektorunun müdiri vəzifəsindən azad EDİLDİ22.04.2026 - 19:43
Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri AÇIQLAND22.04.2026 - 19:38
UNEC-in professoru vəfat edib22.04.2026 - 19:34
RFO-nun fizika fənni üzrə ilkin NƏTİCƏLƏRİ22.04.2026 - 19:26
Bəzi yerlərdə külək güclənəcək22.04.2026 - 19:20
“Yaxşı şagird kimdir: sakit, yoxsa yaradıcı?”22.04.2026 - 19:18
Yüksək qiymət həqiqətən yüksək bilik deməkdirmi? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:15
Vahid tədris proqramı yaradıcı uşaqların potensialını məhdudlaşdırır? – Təhsil eksperti açıqladı22.04.2026 - 19:12
Uşağın fərqli düşünməsi məktəbdə niyə bəzən problem kimi qəbul olunur? – Psixoloqdan açıqlama22.04.2026 - 19:08
Uşağın şəxsiyyət kimi qəbul olunmaması onun psixologiyasında nə yaradır? – Psixoloq açıqladı22.04.2026 - 19:02
Sertifikasiya imtahanları: bu fənn müəllimləri üçün riskli OLACAQ22.04.2026 - 18:54
Yer kürəsində hansı günlər maqnit qasırğaları gözlənilir?22.04.2026 - 18:46
9-cu sinif şagirdi vəfat edib22.04.2026 - 18:38
Emin Əmrullayev Yunanıstan səfiri ilə görüşüb22.04.2026 - 18:34
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin yenilənmiş internet saytı təqdim olunub22.04.2026 - 18:26
Azərbaycan ilk dəfə ortametrajlı filmi ilə Briv Festivalında təmsil olunub22.04.2026 - 18:18