20 aprel tarixindən etibarən PIRLS (Progress in International Reading Literacy Study) 2026 tədqiqatının əsas mərhələsinə start verilib.
“Tehsil365” xəbər verir ki, Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 12 ümumtəhsil məktəbində 13 sinifdən 288 nəfər şagird beynəlxalq qiymətləndirilməyə cəlb edilib.
Qiymətləndirmə regional idarə üzrə mayın 20-dək davam edəcək.
Tədqiqat çərçivəsində ibtidai sinif şagirdlərinin oxu anlama, mətnlə işləmə və analitik düşünmə bacarıqları beynəlxalq səviyyədə qiymətləndirilir. PIRLS nəticələri təhsil sisteminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır.

