Təhsil 365 - Logo Mobile

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri

10323.04.2026 - 12:00
Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri

Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin iştirakı ilə panel görüş təşkil edib.

Universitetdən “Tehsil365” ə bildirilib ki, “Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri” adlı tədbiri Siyasi və ictimai elmlər kafedrasının müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açaraq Əfqan Vəliyevin elmi fəaliyyəti haqqında məlumat verib. O qeyd edib ki, Əfqan Vəliyev “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitablarının müəllifidir. Bu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və vəziyyəti haqqında geniş məlumat təqdim edir. Tarixi faktlara əsaslanan kitablarda Qərbi Azərbaycan irsinin tarixi, ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Bu əsərlər milli yaddaşın qorunması baxımından əhəmiyyət daşıyır, onların təqdimatı və bu istiqamətdə keçirilən tədbirlər isə mövzunun daha dərindən öyrənilməsinə töhfə verir.

Sonra Əfqan Vəliyev “Qərbi Azərbaycan tarixi: deportasiya və qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Qərbi Azərbaycanın erməniləşdirilməsi, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, deportasiya proseslərinin tarixi səbəbləri, maddi-mədəni irsin məhv edilməsi, qayıdış perspektivləri kimi mövzuları əhatə edib.

O, çıxışında müəllifi olduğu kitablar haqqında da məlumat verib. Qonaq qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 1918-1920-ci, 1947-1953-cü, 1987-1991-ci illər və sonrakı dövrdə ermənilər tərəfindən məhv edilib, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur. İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi və maddi-mədəni irsinin araşdırıldığı əsərlər Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb. Trilogiyada Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 dəyərli abidə hərtərəfli tədqiq olunub, onlar haqqında dolğun və ətraflı məlumat verilib.

Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Abidələr dağıdılsa da, onların izləri qalır.

“Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda, ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda, milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir”, - deyə qonaq qeyd edib.

Tədbir interaktiv panel müzakirəsi ilə davam edib. Əfqan Vəliyev paneldə tələbələrin mövzuya dair suallarını cavablandırıb.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05
Bakı məktəblərində may tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 17:00
“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib23.04.2026 - 16:55
Türkiyəli alim azərbaycanlı tarixçilərə istinad etdi23.04.2026 - 16:53
Universitet və kolleclərdə də dərslər onlayn formada keçiriləcək23.04.2026 - 16:45
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır23.04.2026 - 16:35
Buraxılış imtahanında 9 nəfər maksimum bal topladı – Siyahı23.04.2026 - 16:25
Bakıda məktəbdə şagird özünə xəsarət yetirib23.04.2026 - 16:15
Martın 15-i keçirilmiş buraxılış imtahanından 10 nəfər xaric edilib23.04.2026 - 16:05
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 16:00
UNEC-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans işə başlayıb23.04.2026 - 15:50
AMEA-da elmi konfrans: Türkoloji Qurultay – 10023.04.2026 - 15:40
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb23.04.2026 - 15:30
Valideyn konfranslarına başlanılıb23.04.2026 - 15:20
Gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır23.04.2026 - 15:10
Adil Qeybulla: “Antibiotik yalnız həkim təyinatı ilə istifadə olunmalıdır”23.04.2026 - 15:07
Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb23.04.2026 - 15:00
İnnovativ sintez və funksional materiallar - beynəlxalq elmi konfrans23.04.2026 - 15:00
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb23.04.2026 - 14:48
Zeynalabdin Tağıyev haqqında film Moskvada təqdim edilib23.04.2026 - 14:38
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə kitabxanaya maarifləndirici ekskursiya təşkil edilib23.04.2026 - 14:28
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 14:12
MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi açılıb23.04.2026 - 14:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbulu aparılır23.04.2026 - 13:47
Dillər Universitetində Çinin Kosmonavtika Günü qeyd edilib23.04.2026 - 13:37
BDU-da elmi seminar: Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması23.04.2026 - 13:27
DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib23.04.2026 - 13:12
Sosial mediada yayılan “dietlər” nə qədər doğrudur? -Məhsəti Hüseynova 23.04.2026 - 13:06
"Təhsildə zorakılığa qarşı cərimə deyil, sistemli yanaşma lazımdır" - Əli Ələkbərov23.04.2026 - 13:00
“Yeni çağırışlar” kitabının təqdimatı olub23.04.2026 - 12:48
Əməkdar jurnalist Dağbəyi İsmayılov BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsində ustad dərsi keçib23.04.2026 - 12:38
Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək23.04.2026 - 12:25
Psixoloq: Özünəinamın aşağı olması gənclər arasında geniş yayılıb23.04.2026 - 09:55
BDU-da davamlılıq BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”23.04.2026 - 09:46
"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək23.04.2026 - 09:36
BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib23.04.2026 - 09:29
NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb23.04.2026 - 09:20
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri23.04.2026 - 09:11