Təhsil 365 - Logo Mobile

“Yeni çağırışlar” kitabının təqdimatı olub

10223.04.2026 - 12:48
“Yeni çağırışlar” kitabının təqdimatı olub

ADA Universitetində “Yeni çağırışlar” kitabının təqdimatı olub.

Bu barədə “Tehsil365” ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

“Yeni çağırışlar” kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi çıxışında bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yeni çağırışlar” kitabında təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə diqqətəlayiq təcrübələr və dünya standartları əksini tapır.

Kitabda təhsildə dünya standartları və liderlik, effektiv öyrənmə mühiti, rəqəmsal dünyada öyrənmə, yaradıcı məktəblər, qiymətləndirmə, ömürboyu öyrənmə və yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və digər mövzulara toxunulur.

Tədbirə ev sahibliyi edən ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında kitabın qlobal təhsil fəlsəfəsini özündə ehtiva etdiyini və müsahibələrin praktik baxımdan dəyərli dərslər təqdim etdiyini diqqətə çatdırıb.

Çıxış edən elm və təhsil nazirinin müavini Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları daha dərindən anlamaq üçün əhəmiyyətli platforma rolunu oynayır. Onun sözlərinə görə, kitab oxuculara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlərin təcrübəsi, qabaqcıl pedaqoji yanaşmaları və liderlik modelləri ilə tanış olmaq imkanı yaradır.

Nazir müavini vurğulayıb ki, nəşr yalnız nəzəri baxışları deyil, eyni zamanda, praktik yanaşmaları özündə birləşdirərək Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəyərli töhfə verir. “Yeni çağırışlar” təhsilin gələcəyinə dair strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə düşünən hər bir təhsil iştirakçısı üçün faydalı mənbədir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov, UNEC-in rektoru Ədalət Muradov, Əməkdar elm xadimi Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov çıxışlarında kitabın yeni səriştələr, təhsilin gələcəyi, öyrənmə mədəniyyəti və müəllim nüfuzu kimi mühüm mövzuları əhatə etdiyini qeyd edərək onu təhsil sahəsində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb.

Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, dünyanın ən yüksəkreytinqli ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutu, Harvard, Stenford, Toronto və digər universitetlərin professorları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, “Coursera”, “Khan Academy”, “edX”, Bill və Melinda Geyts Fondu, Dünya Təhsil Forumu, “Microsoft” və UNICEF kimi qurumların rəhbər şəxsləri, həmçinin UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvləri, “Google” və “Apple” kimi nüfuzlu şirkətlərin mütəxəssisləri, bestseller müəllifləri və təhsil mütəfəkkirləri yer alırlar.

“Yeni çağırışlar” kitabı Harvard Universitetinin nüfuzlu professoru, “çoxnövlü intellekt” nəzəriyyəsinin banisi Hovard Qardner və digər dünyaşöhrətli təhsil mütəfəkkirləri tərəfindən yüksək qiymətləndirilib.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05
Bakı məktəblərində may tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 17:00
“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib23.04.2026 - 16:55
Türkiyəli alim azərbaycanlı tarixçilərə istinad etdi23.04.2026 - 16:53
Universitet və kolleclərdə də dərslər onlayn formada keçiriləcək23.04.2026 - 16:45
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır23.04.2026 - 16:35
Buraxılış imtahanında 9 nəfər maksimum bal topladı – Siyahı23.04.2026 - 16:25
Bakıda məktəbdə şagird özünə xəsarət yetirib23.04.2026 - 16:15
Martın 15-i keçirilmiş buraxılış imtahanından 10 nəfər xaric edilib23.04.2026 - 16:05
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 16:00
UNEC-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans işə başlayıb23.04.2026 - 15:50
AMEA-da elmi konfrans: Türkoloji Qurultay – 10023.04.2026 - 15:40
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb23.04.2026 - 15:30
Valideyn konfranslarına başlanılıb23.04.2026 - 15:20
Gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır23.04.2026 - 15:10
Adil Qeybulla: “Antibiotik yalnız həkim təyinatı ilə istifadə olunmalıdır”23.04.2026 - 15:07
İnnovativ sintez və funksional materiallar - beynəlxalq elmi konfrans23.04.2026 - 15:00
Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb23.04.2026 - 15:00
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb23.04.2026 - 14:48
Zeynalabdin Tağıyev haqqında film Moskvada təqdim edilib23.04.2026 - 14:38
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə kitabxanaya maarifləndirici ekskursiya təşkil edilib23.04.2026 - 14:28
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 14:12
MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi açılıb23.04.2026 - 14:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbulu aparılır23.04.2026 - 13:47
Dillər Universitetində Çinin Kosmonavtika Günü qeyd edilib23.04.2026 - 13:37
BDU-da elmi seminar: Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması23.04.2026 - 13:27
DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib23.04.2026 - 13:12
Sosial mediada yayılan “dietlər” nə qədər doğrudur? -Məhsəti Hüseynova 23.04.2026 - 13:06
"Təhsildə zorakılığa qarşı cərimə deyil, sistemli yanaşma lazımdır" - Əli Ələkbərov23.04.2026 - 13:00
Əməkdar jurnalist Dağbəyi İsmayılov BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsində ustad dərsi keçib23.04.2026 - 12:38
Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək23.04.2026 - 12:25
Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri23.04.2026 - 12:00
Psixoloq: Özünəinamın aşağı olması gənclər arasında geniş yayılıb23.04.2026 - 09:55
BDU-da davamlılıq BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”23.04.2026 - 09:46
"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək23.04.2026 - 09:36
BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib23.04.2026 - 09:29
NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb23.04.2026 - 09:20
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri23.04.2026 - 09:11