Təhsil 365 - Logo Mobile

"Təhsildə zorakılığa qarşı cərimə deyil, sistemli yanaşma lazımdır" - Əli Ələkbərov

10423.04.2026 - 13:00
"Təhsildə zorakılığa qarşı cərimə deyil, sistemli yanaşma lazımdır" - Əli Ələkbərov

"Son dövrlərdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər, xüsusilə məktəblərdə şagirdlərə qarşı fiziki və psixoloji təsirə görə müəllimlərin cərimələnməsi məsələsi təhsil ictimaiyyətində ciddi narahatlıq doğurur. Hesab edilir ki, bu yanaşma problemin mahiyyətinə yox, onun zahiri tərəfinə yönəlib."

Bu fikirləri "Tehsil365" ə açıqlamasında təhsil eksperti Əli Ələkbərov deyib. O bildirib ki, "Şagirdə qarşı zorakılığın yolverilməz olduğu danılmazdır və belə halların qarşısı mütləq alınmalıdır. Lakin məsələni yalnız müəllimin 200 AZN cərimələnməsi ilə həll etmək nə effektiv, nə də ədalətli yanaşmadır. Bu, müəllimin nüfuzuna zərbə vurmaqla yanaşı, məktəbdaxili intizamın zəifləməsinə də şərait yarada bilər. Nəticədə müəllim özünü müdafiəsiz hiss edəcək, bu isə tədris prosesinə və ümumi mühitə mənfi təsir göstərəcək".

Ekspert qeyd edib ki, məktəb yalnız bilik verən məkan deyil, eyni zamanda sosial davranışların formalaşdığı bir mühitdir: "Amma bu prosesin təməli ailədə qoyulur. Son zamanlar məktəblərdə və məktəbdənkənar mühitdə baş verən ağır hadisələr – şagirdlərin aqressiv davranışları, zorakılıq halları və hətta cinayət xarakterli əməllər – göstərir ki, problem daha dərindir və onun bütün məsuliyyətini məktəbin üzərinə qoymaq doğru deyil. Bu, birbaşa valideyn məsuliyyətinin zəifləməsi ilə bağlıdır".

Onun sözlərinə görə, belə hallarda şagirdləri qanunvericiliyə uyğun olaraq ciddi hüquqi məsuliyyət gözləyir: "Əgər törədilən əməl cinayət tərkibli olarsa, məsələn qəsdən sağlamlığa ağır zərər vurma, xuliqanlıq və ya qəsdən adam öldürməyə cəhd kimi hallar baş verərsə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən həmin şəxslər azadlıqdan məhrumetmə ilə üzləşə bilər. Azyaşlılar üçün isə xüsusi tərbiyə müəssisələrinə yerləşdirilmə, şərti cəzalar və ya digər məhdudlaşdırıcı tədbirlər tətbiq olunur. Qeyd etmək vacibdir ki, 14 yaşından yuxarı şəxslər bir sıra ağır cinayətlərə görə birbaşa cinayət məsuliyyəti daşıyır və bu, məsələnin nə qədər ciddi olduğunu göstərir".

Əli Ələkbərov vurğulayıb ki, mövcud vəziyyətdə daha sağlam və davamlı nəticə əldə etmək üçün yanaşma dəyişməlidir: "Məktəb və valideyn münasibətləri formal xarakter daşımamalı, real məsuliyyət bölgüsü qurulmalıdır. Valideyn övladının davranışına görə yalnız mənəvi deyil, zəruri hallarda hüquqi məsuliyyət də daşımalıdır ki, bu sahədə nəzarət güclənsin. Eyni zamanda məktəblərdə psixoloji xidmətlər formal deyil, real işlək mexanizmə çevrilməlidir; risk qrupuna daxil olan uşaqlarla vaxtında işləmək bir çox ağır nəticələrin qarşısını ala bilər. Müəllimlərin isə həm hüquqi, həm də psixoloji baxımdan qorunması vacibdir, çünki nüfuzu zəif olan müəllim sağlam təhsil mühiti yarada bilməz".

Ekspert hesab edir ki, müəllimlərə tətbiq olunan cərimə mexanizmi daha effektiv vasitələrlə əvəz oluna bilər: "Müəllimlərin 200 AZN cərimələnməsi əvəzinə daha məqsədyönlü və tərbiyəvi təsiri olan mexanizmlər tətbiq oluna bilər. Məsələn, ilk növbədə xəbərdarlıq və rəsmi töhmət sistemi qurula, təkrar hallarda müəllimin məcburi etik və psixoloji hazırlıq proqramlarına cəlb olunması təmin edilə bilər. Daha ciddi və sistemli pozuntular zamanı isə müəllimin fəaliyyətinə müvəqqəti məhdudiyyət qoyulması və ya attestasiyadan kənar qiymətləndirilməsi kimi tədbirlər daha effektiv nəticə verə bilər. Bu cür yanaşma həm məsuliyyət yaradır, həm də cəzanı inkişaf və düzəliş mexanizmi ilə əlaqələndirir".

Sonda o əlavə edib ki, "təhsil sistemində intizamı qorumaq üçün birtərəfli və cəriməyə əsaslanan yanaşma yetərli deyil. Daha balanslı model qurulmalıdır; bu modeldə müəllim qorunmalı, valideyn prosesə aktiv cəlb olunmalı, şagird isə məsuliyyətli fərd kimi formalaşdırılmalıdır. Yalnız bu halda məktəbdə sağlam mühit və real intizam təmin oluna bilər".

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05
Bakı məktəblərində may tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 17:00
“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib23.04.2026 - 16:55
Türkiyəli alim azərbaycanlı tarixçilərə istinad etdi23.04.2026 - 16:53
Universitet və kolleclərdə də dərslər onlayn formada keçiriləcək23.04.2026 - 16:45
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır23.04.2026 - 16:35
Buraxılış imtahanında 9 nəfər maksimum bal topladı – Siyahı23.04.2026 - 16:25
Bakıda məktəbdə şagird özünə xəsarət yetirib23.04.2026 - 16:15
Martın 15-i keçirilmiş buraxılış imtahanından 10 nəfər xaric edilib23.04.2026 - 16:05
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 16:00
UNEC-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans işə başlayıb23.04.2026 - 15:50
AMEA-da elmi konfrans: Türkoloji Qurultay – 10023.04.2026 - 15:40
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb23.04.2026 - 15:30
Valideyn konfranslarına başlanılıb23.04.2026 - 15:20
Gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır23.04.2026 - 15:10
Adil Qeybulla: “Antibiotik yalnız həkim təyinatı ilə istifadə olunmalıdır”23.04.2026 - 15:07
İnnovativ sintez və funksional materiallar - beynəlxalq elmi konfrans23.04.2026 - 15:00
Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb23.04.2026 - 15:00
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb23.04.2026 - 14:48
Zeynalabdin Tağıyev haqqında film Moskvada təqdim edilib23.04.2026 - 14:38
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə kitabxanaya maarifləndirici ekskursiya təşkil edilib23.04.2026 - 14:28
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 14:12
MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi açılıb23.04.2026 - 14:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbulu aparılır23.04.2026 - 13:47
Dillər Universitetində Çinin Kosmonavtika Günü qeyd edilib23.04.2026 - 13:37
BDU-da elmi seminar: Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması23.04.2026 - 13:27
DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib23.04.2026 - 13:12
Sosial mediada yayılan “dietlər” nə qədər doğrudur? -Məhsəti Hüseynova 23.04.2026 - 13:06
“Yeni çağırışlar” kitabının təqdimatı olub23.04.2026 - 12:48
Əməkdar jurnalist Dağbəyi İsmayılov BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsində ustad dərsi keçib23.04.2026 - 12:38
Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək23.04.2026 - 12:25
Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri23.04.2026 - 12:00
Psixoloq: Özünəinamın aşağı olması gənclər arasında geniş yayılıb23.04.2026 - 09:55
BDU-da davamlılıq BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”23.04.2026 - 09:46
"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək23.04.2026 - 09:36
BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib23.04.2026 - 09:29
NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb23.04.2026 - 09:20
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri23.04.2026 - 09:11