Təhsil 365 - Logo Mobile

Zeynalabdin Tağıyev haqqında film Moskvada təqdim edilib

10323.04.2026 - 14:38
Zeynalabdin Tağıyev haqqında film Moskvada təqdim edilib

Moskvadakı “Eldar” kinoteatrında görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətindən bəhs edən “Tağıyev: Neft” bədii filminin nümayişi olub.

“Tehsil365” xəbər verir ki, filmin təqdimatı mərasimində tanınmış mədəniyyət xadimləri, ictimaiyyətin nümayəndələri və diaspor üzvləri iştirak ediblər. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyət Nazirliyinin və Kino Agentliyinin dəstəyi ilə “Baku Media Center” tərəfindən lentə alınmış ekran əsəri “Tağıyev” çoxseriyalı layihəsinin birinci hissəsidir. Filmdə XIX əsrin sonu və XX əsrin əvvəllərində Bakıda və ölkənin bölgələrində baş verən mühüm tarixi hadisələr təsvir olunub. Bədii filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru isə Zaur Qasımlıdır. Rolları Xalq artistləri Pərviz Məmmədrzayev və Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva da daxil olmaqla geniş aktyor heyəti ifa edib.

Ekran əsərinin nümayişindən sonra filmin yaradıcı heyəti tamaşaçıların suallarını cavablandırıb və çəkiliş prosesi barədə məlumat verib. Rejissor Zaur Qasımlı qeyd edib ki, filmin Moskvada nümayişi onun üçün əlamətdar hadisədir və tamaşaçıların reaksiyası gözləntiləri aşıb; ekran əsəri canlı reaksiya və aktiv müzakirələrə səbəb olub. O bildirib ki, film həm Hacı Zeynalabdin Tağıyevi tanıyanlar, həm də onu ilk dəfə kəşf edənlər üçün uyğundur və bu, Rusiyada bütün seriyaların gələcək nümayişləri istiqamətində atılan ilk addımdır. Rejissor Moskva nümayişinin təşkilində göstərdikləri köməyə görə filmin prodüseri Arzu Əliyevaya, Heydər Əliyev Fonduna və bütün çəkiliş heyətinə, eləcə də Beynəlxalq Münasibətlərin İnkişafı üzrə “Poliloq” Fonduna minnətdarlığını bildirib.

Baş rolu canlandıran Pərviz Məmmədrzayev vurğulayıb ki, Tağıyevin obrazı azərbaycanlıların şüurunda dərin kök salıb və aktyorun məqsədi bu qavrayışı qorumaqla yanaşı, öz bədii təfsirini də təqdim etmək olub. O qeyd edib ki, rolun ifasına hazırlaşmaq prosesində əhəmiyyətli dəyişiklik tələb olunurdu; obrazı canlandırmaq üçün görünüşü dəyişdirmək və təxminən 12 kiloqram çəki almaq lazım idi. Aktyorun sözlərinə görə, səkkiz ay davam edən yaradıcılıq prosesi tamamilə Tağıyevin şəxsiyyətini araşdırmağa yönəlmişdi və çəkilişlər başlamazdan əvvəl rejissorla uzunmüddətli məşqlər aparılmışdı.

Zəhra Əliyeva

Xəbər Lenti

Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05
Bakı məktəblərində may tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 17:00
“Lider məktəb: Gələcəyin təhsil rəhbərləri üçün inkişaf akademiyası”nın müsahibə mərhələsinə start verilib23.04.2026 - 16:55
Türkiyəli alim azərbaycanlı tarixçilərə istinad etdi23.04.2026 - 16:53
Universitet və kolleclərdə də dərslər onlayn formada keçiriləcək23.04.2026 - 16:45
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində təhsil almaq istəyənlər üçün sənəd qəbuluna başlanılır23.04.2026 - 16:35
Buraxılış imtahanında 9 nəfər maksimum bal topladı – Siyahı23.04.2026 - 16:25
Bakıda məktəbdə şagird özünə xəsarət yetirib23.04.2026 - 16:15
Martın 15-i keçirilmiş buraxılış imtahanından 10 nəfər xaric edilib23.04.2026 - 16:05
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 16:00
UNEC-də “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda IV beynəlxalq konfrans işə başlayıb23.04.2026 - 15:50
AMEA-da elmi konfrans: Türkoloji Qurultay – 10023.04.2026 - 15:40
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb23.04.2026 - 15:30
Valideyn konfranslarına başlanılıb23.04.2026 - 15:20
Gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır23.04.2026 - 15:10
Adil Qeybulla: “Antibiotik yalnız həkim təyinatı ilə istifadə olunmalıdır”23.04.2026 - 15:07
İnnovativ sintez və funksional materiallar - beynəlxalq elmi konfrans23.04.2026 - 15:00
Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb23.04.2026 - 15:00
Xalq artisti Nəsibə Zeynalovanın məzarı ziyarət edilib və xatirəsi ehtiramla anılıb23.04.2026 - 14:48
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə kitabxanaya maarifləndirici ekskursiya təşkil edilib23.04.2026 - 14:28
İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır23.04.2026 - 14:12
MEK-də Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi açılıb23.04.2026 - 14:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetində Azərbaycan vətəndaşlarının təhsil alması üçün sənəd qəbulu aparılır23.04.2026 - 13:47
Dillər Universitetində Çinin Kosmonavtika Günü qeyd edilib23.04.2026 - 13:37
BDU-da elmi seminar: Süni intellekt alqoritmləri vasitəsilə rəqsdə milli elementlərin aşkarlanması23.04.2026 - 13:27
DİM: 65 mindən çox abituriyent qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçib23.04.2026 - 13:12
Sosial mediada yayılan “dietlər” nə qədər doğrudur? -Məhsəti Hüseynova 23.04.2026 - 13:06
"Təhsildə zorakılığa qarşı cərimə deyil, sistemli yanaşma lazımdır" - Əli Ələkbərov23.04.2026 - 13:00
“Yeni çağırışlar” kitabının təqdimatı olub23.04.2026 - 12:48
Əməkdar jurnalist Dağbəyi İsmayılov BDU-da “Professor Nəsir İmanquliyev dərsləri” layihəsi çərçivəsində ustad dərsi keçib23.04.2026 - 12:38
Xəzər Universitetində X Beynəlxalq Psixologiya Konfransı təşkil ediləcək23.04.2026 - 12:25
Qərbi Azərbaycan: tarixi həqiqətlər və geridönüş perspektivləri23.04.2026 - 12:00
Psixoloq: Özünəinamın aşağı olması gənclər arasında geniş yayılıb23.04.2026 - 09:55
BDU-da davamlılıq BDU-da elmi seminar: “Abşeron yarımadasında geotermal enerjidən istifadə perspektivləri”23.04.2026 - 09:46
"Microsoft" Avstraliyada süni intellekt infrastrukturunun inkişafına 18 mlrd dollar yönləndirəcək23.04.2026 - 09:36
BDU tələbələri təbii fəlakətlərin qarşısının alınması barədə maarifləndirilib23.04.2026 - 09:29
NDU-nun növbəti tələbəsi beynəlxalq elmi arenada qızıl medal qazanıb23.04.2026 - 09:20
Bu simptomlar təhlükə siqnalıdır - Ürək tutmasının ilk əlamətləri23.04.2026 - 09:11