XX əsrin ortalarından etibarən memarlıq sahəsində qadınların rolu artıb və peşəkar memarlarımızın arasında çoxlu qadın var. Memarlıq sənətində yaradıcılıq çox vaxt qadın faktoru və adı ilə bağlı olub. Elə Bakının rəmzi olan Qız qalasının adını bu kontekstdə vurğulaya bilərik. Fəxr edirəm ki, illər əvvəl inşa olunmuş möhtəşəm abidəyə belə ad verilib.
“Tehsil365” xəbər verir ki, bunu Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Qadın iştirakçılığının təbliği" mövzusunda keçirilən konfransda deyib.
O, həmçinin diqqətə çatdırıb ki, hazırda Memarlıq və İnşaat Universitetində təhsil alan 2000-dən çox tələbənin 70 faizini qızlar təşkil edir.

