Təhsil 365 - Logo Mobile

BMU-da beynəlxalq elmi konfrans keçirilir

7423.04.2026 - 19:06
BMU-da beynəlxalq elmi konfrans keçirilir

Bakı Mühəndislik Universitetində (BMU) “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans (23–25 aprel) öz işinə başlayıb.

“Tehsil365" xəbər verir ki, konfransın əsas məqsədi müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər və əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, həmçinin alimlər və gənc tədqiqatçılar arasında elmi əməkdaşlığı genişləndirməkdir.

Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Putra Malayziya Universiteti, Buxara Dövlət Universiteti, Pekin Kimya Texnologiyaları Universiteti (PKTU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun tərəfdaşlığı ilə keçirilən konfransın açılışında ali təhsil müəssisələrinin rektorları, nüfuzlu yerli və xarici alimlər, eləcə də gənc tədqiqatçılar iştirak ediblər.

BMU-nun rektoru Yaqub Piriyev tədbirdə çıxış edərək konfransı ölkələrarası elmi əməkdaşlığın möhkəmləndirilməsi və yeni elmi əlaqələrin qurulması baxımından mühüm platforma kimi dəyərləndirib. Bildirilib ki, müasir dövrdə Azərbaycan elmi və təhsilinin qarşısında duran əsas vəzifələrdən biri yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanması, elmi fəaliyyətin stimullaşdırılması və nəticələrin praktik tətbiqinin genişləndirilməsidir. Rektor qloballaşan dünyanın çağırışları fonunda yüksək biliyə əsaslanan cəmiyyətin formalaşdırılmasının elmin inkişafını zəruri etdiyini vurğulayıb. Qeyd olunub ki, alimlərin əməyinin layiqincə qiymətləndirilməsi, beynəlxalq əməkdaşlıqların genişləndirilməsi, müasir laboratoriya və texnoloji imkanların artırılması ölkədə elmi potensialın gücləndirilməsinə xidmət edən prioritet istiqamətlərdəndir.

Prezident İlham Əliyevin gənclərin xaricdə təhsili və akademik potensialının artırılması ilə bağlı imzaladığı dövlət proqramlarının əhəmiyyətini xüsusi vurğulayan Yaqub Piriyev bu proqamların milli iqtisadiyyatın və cəmiyyətin davamlı inkişafına mühüm töhfə verdiyini bildirib.

Nəzərə çatdırılıb ki, konfransa 17 xarici ölkədən, əsasən Özbəkistan, Türkiyə, Pakistan, Rusiya, Qazaxıstan, Moldova, ABŞ-dan məqalələr təqdim edilib. Ölkəmizdən isə BMU ilə yanaşı, Neft-Kimya Prosesləri İnstitutu, ADNSU, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti daha fəal olub. Ümumilikdə təqdim edilən 330 məqalədən 160-ı qəbul olunub.

Sonra Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko, ADNSU-nun rektoru Rüfət Əzizov, AMEA-nın vitse-prezidenti Dilqəm Tağıyev, akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev, Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasov, Rusiya Xalqlar Dostluğu Universitetinin dekanı Leonid Voskressenski, Türkiyənin Yıldız Texniki Universitetinin professoru Sevil Yücel və PKTU-nun professoru Jiaxu Xu çıxış ediblər.

Çıxışlarda elm, təhsil və innovasiyanın qarşılıqlı əlaqəsinə toxunulub, müasir dövrdə kimya elminin sürətli inkişafı və bu sahənin qarşısında duran yeni çağırışlar diqqətə çatdırılıb. Bildirilib ki, alternativ enerji mənbələrinin inkişafı, ekoloji problemlərin həlli, yeni nəsil funksional materialların yaradılması və sənayenin rəqəmsallaşması kimya sahəsində daha innovativ yanaşmaların tətbiqini zəruri edir. Həmçinin qeyd olunub ki, Azərbaycanın zəngin neft-qaz potensialı ilə yanaşı, kimya sənayesinin genişləndirilməsi və daha müxtəlif məhsulların istehsalı üçün böyük imkanları var. Bu imkanların reallaşdırılması üçün elmi tədqiqatların gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, müasir elmi nailiyyətlər getdikcə daha çox ortaq tədqiqatlar, əməkdaşlıq və təcrübə mübadiləsi nəticəsində əldə olunur və bu baxımdan beynəlxalq konfranslar alimlər arasında əlaqələrin möhkəmləndirilməsi üçün vacib platforma rolunu oynayır.

Plenar sessiyada REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorlarının elmi məruzələri təqdim edilib.

Ardınca məruzəçilərə sertifikatlar təqdim olunub.

İki gün davam edəcək konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Nərmin Mustafayeva

Xəbər Lenti

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08
“Qadın iştirakçılığının təbliği” - Konfrans23.04.2026 - 18:02
Paytaxt məktəblərində yaz tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 18:00
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI23.04.2026 - 17:55
MDU-nun tələbələri PUA hazırlayacaqlar23.04.2026 - 17:55
Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir23.04.2026 - 17:52
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu23.04.2026 - 17:50
Peşə məzunlarına məşğulluq dəstəyi gücləndirilir23.04.2026 - 17:45
Böyrək daşı yaradan qidalar - XƏBƏRDARLIQ23.04.2026 - 17:45
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib23.04.2026 - 17:44
Psixoloq Mələk Kərimova: “Təşviş pozuntusu gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilər”23.04.2026 - 17:40
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05