Təhsil 365 - Logo Mobile

AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib

7523.04.2026 - 19:24
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Yaşanılabilən Bakı” qrant layihəsi çərçivəsində Universitetin tələbələri arasında təşkil ediləcək müsabiqə ilə bağlı geniştərkibli görüş keçirilib. Hibrid formatda təşkil olunan tədbirdə dövlət qurumlarının nümayəndələri, beynəlxalq ekspertlər, şəhərsalma sahəsi üzrə mütəxəssislər, eləcə də universitet rəhbərliyi, professor-müəllim heyəti və müsabiqəyə qoşulan tələbələr iştirak edib. Dünya Bankının ekspertləri onlayn formatda tədbirə qoşularaq çıxış ediblər.

AzMİU-dan “Tehsil365"ə bildirilib ki, görüşdə Azərbaycan Memarlıq və İnşaat Universiteti rəhbərliyi ilə yanaşı, İqtisadiyyat Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Dünya Bankı, BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat), “WUF13” Əməliyyat Şirkəti və Azərbaycan Memarlar İttifaqının nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun prorektoru Orxan Nağdiyev universitetin layihə çərçivəsində müsabiqənin təşkili ilə bağlı əməkdaşlıqdan məmnun olduqlarını bildirib. O qeyd edib ki, AzMİU-nun Memarlıq, eləcə də Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrindən formalaşdırılmış 6 komanda üzrə ümumilikdə 36 tələbə müsabiqədə iştirak edəcək. Prorektor vurğulayıb ki, tələbələrin innovativ ideyalarının reallaşdırılması və peşəkar inkişafı üçün universitetin müəllim heyəti mentor qismində onlara dəstək göstərəcək.

Daha sonra çıxış edən İqtisadiyyat nazirinin müşaviri Əsgər Ələkbərov “Yaşanılabilən Bakı” layihəsinin məqsəd və prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bildirib ki, layihə Bakı şəhərinin daha dayanıqlı, ekoloji cəhətdən sağlam, rahat və insan mərkəzli şəhər məkanı kimi inkişafına xidmət edir. Təşəbbüs çərçivəsində şəhər mühitinin yaxşılaşdırılması, su hövzələrinin bərpası, ictimai məkanların yenilənməsi, ekoloji dayanıqlılığın artırılması və müasir şəhər idarəetmə yanaşmalarının tətbiqi nəzərdə tutulur. Nazirin müşaviri müsabiqə haqqında məlumat verərək, müsabiqənin əsas məqsədinin cəmiyyətdə ekoloji layihələrin əhəmiyyətini vurğulamaq, tələbələrin yaradıcılıq potensialından istifadə etmək və onların layihəyə töhfə verməsi üçün əlverişli imkan yaratmaqdan ibarət olduğunu qeyd edib. Gənclərin baxışlarının layihəyə inteqrasiyasının həm ekoloji həllərin keyfiyyətinin artırılması, həm də gələcək mütəxəssislərin bu prosesə fəal cəlb olunmasında mühüm rol oynayacağı vurğulanıb. Qeyd olunub ki, müsabiqənin təşkili təşəbbüsü Ümumdünya Şəhərsalma Forumu 13-ün dayanıqlı şəhərlər və hər kəs üçün yaşayış məkanları ideyalarına tam uyğun gəlir.

Onlayn formatda tədbirə qoşulan Dünya Bankının şəhər yerləri üzrə baş mütəxəssisi Aksel Baumler çıxışında qeyd edib ki, müasir şəhərlərin inkişafı yalnız infrastruktur layihələri ilə deyil, insan ehtiyaclarını nəzərə alan inteqrasiya olunmuş planlaşdırma ilə mümkündür. O, müsabiqə çərçivəsində seçilmiş ərazilərlə bağlı məlumat verərək, ərazilərlə yerində tanış olmaq məqsədilə Xocasən gölünə və Buzov-Maştağada yerləşən neftlə çirklənmiş ərazilərə sahə səfərlərini təşkil ediləcəyini bildirib.

AzMİU-nun Memarlıq fakültəsinin dekanı, professor Zahidə Məmmədova çıxışında bildirib ki, Ümumdünya Şəhərsalma Forumu 13 ərəfəsində icra olunan bu müsabiqə ölkədə elan edilmiş Memarlıq və Şəhərsalma İlinin məqsədlərinə mühüm töhfə verir. O qeyd edib ki, müsabiqənin tələbələrin praktik biliklərinin artırılması, urban problemlərə yaradıcı yanaşmanın formalaşması və gələcək memarların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Daha sonra çıxış edən UN-Habitat-ın Prorqam meneceri Runze Vanq qeyd edib ki, universitetlərlə əməkdaşlıq dayanıqlı şəhər inkişafı siyasətinin vacib hissəsidir. O vurğulayıb ki, gənclərin şəhər gələcəyinin formalaşdırılmasına cəlb olunması uzunmüddətli inkişaf üçün mühüm platformadır.

Görüş çərçivəsində iştirakçılar müsabiqənin şərtləri, planlaşdırılan qrafiki, tələbə komandalarının fəaliyyəti, beynəlxalq ekspert dəstəyi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Sonda bildirilib ki, “Yaşanılabilən Bakı” layihəsi və layihə çərçivəsində təşkil edilən müsabiqə yalnız paytaxtın şəhər inkişafına deyil, eyni zamanda Azərbaycanda yeni nəsil şəhərsalma düşüncəsinin formalaşmasına, gənc mütəxəssislərin yetişməsinə və beynəlxalq əməkdaşlığın genişlənməsinə mühüm töhfə verəcək.

Nərmin Mustafayeva

Xəbər Lenti

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08
“Qadın iştirakçılığının təbliği” - Konfrans23.04.2026 - 18:02
Paytaxt məktəblərində yaz tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 18:00
MDU-nun tələbələri PUA hazırlayacaqlar23.04.2026 - 17:55
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI23.04.2026 - 17:55
Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir23.04.2026 - 17:52
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu23.04.2026 - 17:50
Peşə məzunlarına məşğulluq dəstəyi gücləndirilir23.04.2026 - 17:45
Böyrək daşı yaradan qidalar - XƏBƏRDARLIQ23.04.2026 - 17:45
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib23.04.2026 - 17:44
Psixoloq Mələk Kərimova: “Təşviş pozuntusu gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilər”23.04.2026 - 17:40
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05