Təhsil 365 - Logo Mobile

UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb

7423.04.2026 - 19:35
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb

Aprelin 23-də UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda IV Beynəlxalq Konfrans işinə başlayıb.

“Tehsil365" xəbər verir ki, Rəqəmsal İqtisadiyyat fakültəsinin təşkilatıçılığı ilə keçirilən konfransın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar.

Açılışda çıxış edən UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru, professor Rövnəq Rzayev konfrans iştirakçılarını salamlayaraq, mövzunun aktuallığını vurğulayıb. O, müasir dövrdə rəqəmsallaşmanın milli inkişafın strateji prioritetinə çevrildiyini diqqətə çatdıraraq, məlumat və innovativ texnologiyaların qlobal iqtisadi münasibətləri yenidən formalaşdırdığını, süni intellekt alətlərinin isə bu prosesdə həlledici rol oynadığını vurğulayıb. R.Rzayev rəqəmsallaşmanın təhsil sisteminə təsirlərindən də söz açıb. Eləcə də UNEC-in elmi nailiyyətləri və beynəlxalq reytinqlərdə qazandığı uğurları işttirakçıların diqqətinə çatdırıb.

Konfransda çıxış edən AMEA-nın həqiqi üzvü Əli Abbasov, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktorunun müavini Soltan Bayramov Azərbaycanda rəqəmsallaşma sahəsində dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətdən söz açıblar. Qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə mühüm sərəncam və strateji sənədlər qəbul edilib, rəqəmsal ekosistemin formalaşdırılması və bu sahəyə investisiyaların cəlb olunması üçün geniş imkanlar yaradılıb.

Çıxışlarda bildirilib ki, Azərbaycan rəqəmsal transformasiya baxımından ciddi rəqabət üstünlüklərinə malik ölkələrdən biridir. Xüsusilə aşağı enerji xərcləri, strateji coğrafi mövqe və inkişaf etməkdə olan rəqəmsal insan kapitalı ölkənin investisiya cəlbediciliyini artıran əsas amillər kimi qeyd olunub. Eyni zamanda vurğulanıb ki, azad iqtisadi zonaların və xüsusi sənaye parklarının yaradılması investisiya mühitini daha da gücləndirir, beynəlxalq şirkətlərin ölkəyə çıxış imkanlarını genişləndirir.

AMEA-nın müxbir üzvü, Azərbaycan Texniki Universitetinin Məlumat Elmləri və Süni İntellekt İnstitutunun direktoru, professor Ramiz Alıquliyev çıxışında məlumatın və datanın müasir dövrdə strateji resursa çevrildiyini bildirib. O, data əsaslı qərarvermənin iqtisadiyyat, elm və idarəetmədə effektivliyin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

Konfrans onlayn formada Rumıniya, Macarıstan, Türkiyədən olan professorların çıxışları ilə davam edib. Sonra “Süni intellekt və əmək bazarı: yeni peşələr, bacarıqlar və məşğulluq modelləri” mövzusunda panel müzakirəsi, həmçinin rəqəmsal iqtisadiyyatda strateji trendlər və təhsildə rəqəmsal transformasiya mövzularını əhatə edən sessiya çıxışları baş tutub.

Aprelin 24-də isə konfrans çərçivəsində “Süni intellekt katalizator kimi: sənaye cəmiyyətinin ağıllı cəmiyyətə çevrilməsi - etik və hüquqi çərçivə” mövzusunda panel müzakirəsi, eləcə də kibertəhlükəsizlik, yaşıl iqtisadiyyat, e-ticarət və rəqəmsal marketinq strategiyaları kimi mövzularda sessiya müzakirələri keçiriləcək. Konfransda Türkiyə, Rumıniya, Macarıstan, Gürcüstan, Polşa və Hindistanın, eləcə də ölkənin aparıcı universitetlərinin alimləri, dövlət və özəl qurumların nümayəndələri çıxış edəcəklər.

İki günlük müzakirələrin yekunu olaraq konfransın nəticələri haqqında yekun hesabat təqdim ediləcək.


Nərmin Mustafayeva

Xəbər Lenti

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08
“Qadın iştirakçılığının təbliği” - Konfrans23.04.2026 - 18:02
Paytaxt məktəblərində yaz tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 18:00
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI23.04.2026 - 17:55
MDU-nun tələbələri PUA hazırlayacaqlar23.04.2026 - 17:55
Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir23.04.2026 - 17:52
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu23.04.2026 - 17:50
Böyrək daşı yaradan qidalar - XƏBƏRDARLIQ23.04.2026 - 17:45
Peşə məzunlarına məşğulluq dəstəyi gücləndirilir23.04.2026 - 17:45
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib23.04.2026 - 17:44
Psixoloq Mələk Kərimova: “Təşviş pozuntusu gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilər”23.04.2026 - 17:40
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05