Onun sözlərinə görə, insanlar özbaşına sistem köçürtmək, iynə vurmaq və antibiotik qəbul etmək kimi təhlükəli vərdişlərdən əl çəkməlidirlər. “Bilirsiniz, bu cür hallardan nə qədər ağırlaşmalar, hətta ölüm hadisələri yaranır. Mən hesab edirəm ki, bu işlər gec-tez qaydaya salınmalıdır.”
Tibbi ekspert Adil Qeybulla “Tehsil365”ə açıqlamasında bildirib ki, apteklərdə dərmanların reseptsiz buraxılması ciddi səhvdir və bu praktika mütləq dayandırılmalıdır.
Qeybulla vurğulayıb ki, antibiotiklərin reseptsiz satılmaması düzgün addımdır. “Antibiotik yalnız həkim tərəfindən təyin olunmalıdır. Onların vurulması da yalnız konkret göstəriş olduqda və xəstəxana şəraitində həyata keçirilməlidir.”
Ekspertin fikrincə, əvvəlki illərdə formalaşmış yanlış praktikanın korreksiyası artıq başlayıb və bu, cəmiyyətdə müəyyən narahatlıq yaratsa da, sağlamlıq üçün vacibdir. “Əvvəlki səhv yoldan dönmək bəzən çətin olur, amma bu addımlar insanların sağlamlığını qorumaq üçün zəruridir.”

