Təhsil 365 - Logo Mobile

Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib

7623.04.2026 - 19:47
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib

Azərbaycan Universitetinin Tələbə Elmi Cəmiyyəti (TEC) Qərbi Azərbaycan İcması Ziyalılar Şurasının üzvü, “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz”, “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” və “Qayıdış: Qərbi Azərbaycandakı maddi- mədəni irsimiz” kitablarının müəllifi, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edib.

“Tehsil365" xəbər verir ki, tədbirdə TEC-in fəal üzvləri iştirak ediblər. “Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri” adlı tədbiri açılış nitqi ilə Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elvin Talışınski açaraq qonağı təqdim edib. Kafedra müdiri bildirib ki, Əfqan Vəliyevin müəllif olduğu tədqiqat əsərləri Qərbi Azərbaycanın tarixi-mədəni irsinin öyrənilməsi və vəziyyəti haqqında geniş məlumat təqdim edir.

Tarixi faktlara əsaslanan kitablarda Qərbi Azərbaycan irsinin tarixi, ermənilər tərəfindən dəyişdirilməsi və məhv edilməsi məsələləri araşdırılır. Bu əsərlər milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır, onların təqdimatı və bu istiqamətdə keçirilən tədbirlər isə mövzunun daha dərindən öyrənilməsinə töhfə verir. Ardınca Əfqan Vəliyev “Qərbi Azərbaycan tarixi: deportasiya və qayıdış” mövzusunda mühazirə ilə çıxış edib. Mühazirə Qərbi Azərbaycanın erməniləşdirilməsi, Qərbi Azərbaycanda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti, deportasiya proseslərinin tarixi səbəbləri, maddi-mədəni irsin məhv edilməsi, qayıdış perspektivləri kimi mövzuları əhatə edib.

Əfqan Vəliyev çıxışında müəllifi olduğu kitablar haqqında da məlumat verib. Qonaq qeyd edib ki, Qərbi Azərbaycanda azərbaycanlılar tərəfindən on minlərlə maddi-mədəni irs nümunəsi yaradılıb. Lakin bu nümunələr xüsusilə azərbaycanlıların deportasiyaya məruz qaldığı 1918- 1920-ci, 1947-1953-cü, 1987-1991-ci illər və sonrakı dövrdə ermənilər tərəfindən məhv edilib, sağ qalanlar isə mənimsənilərək hazırda “erməni abidəsi” kimi təqdim olunur. İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş azərbaycanlıların tarixi və maddi-mədəni irsinin araşdırıldığı əsərlər Türkiyə, Rusiya, Gürcüstan, İran və Avropa ölkələrindəki dövlət və şəxsi arxivlərdən toplanan mənbələr əsasında hazırlanıb. Trilogiyada Qərbi Azərbaycan maddi-mədəni irsinə aid 532 dəyərli abidə hərətərfli tədqiq olunub, onlar haqqında dolğun və ətraflı məlumat verilib.

Əfqan Vəliyev bildirib ki, Qərbi Azərbaycanın maddi-mədəni irsinin tədqiqi, əslində, Qərbi Azərbaycana qayıdışın ideoloji əsasını təşkil edir. Abidələr dağıdılsa da, onların izləri qalır. “Qərbi Azərbaycan bizim tarixi yurdumuzdur və Azərbaycan üçün yalnız coğrafi məkan deyil, eyni zamanda ideoloji məkandır. Milli kimliyimizin, yaddaşımızın, əcdadlarımızın izlərinin formalaşdığı məkan məhz buradır. Bizim qayıdışımız ideoloji deyil, tarixi və mənəvi bir borcdur, eyni zamanda milli kimliyimizin qorunması, tarixi yaddaşımızın dirçəldilməsi və beynəlxalq hüququn təmin olunması baxımından strateji əhəmiyyətə malikdir. Doğma torpaqlarımıza qayıtmaq arzusu həm xalqımızın, həm də dövlətimizin ən ali məqsədidir”, - deyə qonaq qeyd edib.

Tədbir interaktiv panel müzakirəsi ilə davam edib. Əfqan Vəliyev paneldə tələbələrin mövzuya dair suallarını cavablandırıb.

Panel görüş xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.

Nərmin Mustafayeva

Xəbər Lenti

Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49
ChatGPT vizual istehsalda daha yüksək səviyyəyə çatdı - Mətn artıq təhrif olunmur23.04.2026 - 18:45
Onlar 300 bal TOPLADI23.04.2026 - 18:44
Azərbaycanda universitet 40 vəzifəyə işçi axtarır - SİYAHI23.04.2026 - 18:40
Nəticəsindən narazı olanların diqqətinə - apellyasiyanın TARİXLƏRİ23.04.2026 - 18:36
Ağstafada xəsarət yetirilən məktəblinin vəziyyəti qənaətbəxşdir23.04.2026 - 18:35
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ23.04.2026 - 18:30
WUF13 ilə əlaqədar paytaxtdakı təhsil müəssisələrində dərslər distant qaydada keçiriləcək23.04.2026 - 18:28
Çin tərəfinin WUF13-də fəal iştirakından məmnunluq ifadə olunub23.04.2026 - 18:24
Dövlət Universitetinə rektor təyin edildi - SƏRƏNCAM23.04.2026 - 18:20
Nehrəm qəsəbəsindəki 3 nömrəli məktəb binasının yeni tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur23.04.2026 - 18:16
Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq23.04.2026 - 18:10
Elbay Qasımzadə: Memarlıq və İnşaat Universitetində təhsil alan tələbələrin 70 faizi qızlardır23.04.2026 - 18:08
“Qadın iştirakçılığının təbliği” - Konfrans23.04.2026 - 18:02
Paytaxt məktəblərində yaz tətilinin vaxtı dəyişdirildi23.04.2026 - 18:00
MDU-nun tələbələri PUA hazırlayacaqlar23.04.2026 - 17:55
Buraxılış imtahanında maksimum nəticə göstərən şagirdlərin ADLARI23.04.2026 - 17:55
Dənizçilərin sertifikatlaşdırılması qaydaları sadələşdirilir23.04.2026 - 17:52
"Son zəng" tədbirləri üçün tələblər qoyuldu23.04.2026 - 17:50
Böyrək daşı yaradan qidalar - XƏBƏRDARLIQ23.04.2026 - 17:45
Peşə məzunlarına məşğulluq dəstəyi gücləndirilir23.04.2026 - 17:45
Milli Kitabxanada Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir təşkil edilib23.04.2026 - 17:44
Psixoloq Mələk Kərimova: “Təşviş pozuntusu gündəlik həyatı ciddi şəkildə məhdudlaşdıra bilər”23.04.2026 - 17:40
Azərbaycanda sənət tənqidi: problemlər və inkişaf istiqamətləri gündəmdə23.04.2026 - 17:36
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri intellektual yarışın qalibi olublar23.04.2026 - 17:35
İntensiv yağıntılar nəticəsində baş vermiş sürüşmə və sel hadisələrinin fəsadları təhlil edilib23.04.2026 - 17:28
Məktəblərdə kütləvi yoxlamalara başlanıldı23.04.2026 - 17:25
İqtisadiyyat İnstitutunun əməkdaşları Ağdaş rayonunda elmi tədqiqatlar aparır23.04.2026 - 17:22
Xaricdə təhsil üzrə Dövlət Proqramında YENİLİK: Proses sadələşdirilib23.04.2026 - 17:15
Martın 15-də keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb: 9 nəfər 300 bal toplayıb23.04.2026 - 17:14
Mingəçevir Liseyindən zirvəyə: Burlaxatun Məcidlinin 300 bal uğuru23.04.2026 - 17:13
Kimya İnstitutunda gənc alimlərin qlobal inteqrasiyasına dair yeni strategiya təqdim olunub23.04.2026 - 17:06
Tovuzda şagirdlər valideynləri ilə yarışırlar 23.04.2026 - 17:05