Əli Məmməd oğlu Salahlı Azərbaycan teatr sənətində özünəməxsus yeri olan aktyorlardan biri kimi tanınıb.
“Tehsil365” xəbər verir ki, 1946-cı il iyunun 26-da Masallı rayonunda anadan olan sənətkar, ömrünü səhnə fəaliyyətinə həsr edib.
Əli Salahlı uzun illər teatr səhnəsində müxtəlif obrazlar yaradaraq tamaşaçıların rəğbətini qazanıb. Onun ifaları səmimiliyi və obrazlara verdiyi dərinliklə seçilib, milli teatr sənətinin inkişafına töhfə verib.
Sənət sahəsindəki xidmətləri dövlət tərəfindən də yüksək qiymətləndirilib və 2000-ci ildə ona Azərbaycan Respublikasının “Əməkdar artist” fəxri adı verilib.
2005-ci il aprelin 24-də Lənkəranda vəfat edən aktyor, zəngin yaradıcılıq irsi ilə yadda qalıb. Onun səhnədə yaratdığı obrazlar bu gün də teatrsevərlər tərəfindən xatırlanır və qiymətləndirilir.

