Rasim Babayev Azərbaycan təsviri incəsənətində özünəməxsus üslubu ilə seçilən görkəmli rəssamlardan biri kimi tanınıb.
“Tehsil365” xəbər verir ki, 1927-ci il dekabrın 31-də Bakıda anadan olan sənətkar, uzun illər ərzində milli rəssamlıq məktəbinin inkişafına mühüm töhfələr verib.
Rasim Babayev 1959-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü olub və yaradıcılığı boyu fərqli janrlarda əsərlər yaradaraq sənətsevərlərin diqqətini cəlb edib. Onun əsərləri orijinallığı, dərin fəlsəfi məzmunu və fərqli təsvir üslubu ilə seçilib.
Sənət sahəsindəki xidmətləri yüksək qiymətləndirilən rəssama 1988-ci ildə “Azərbaycan SSR xalq rəssamı” fəxri adı verilib. 1991-ci ildə isə o, Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
2007-ci il aprelin 24-də Bakıda vəfat edən Rasim Babayev, zəngin yaradıcılıq irsi ilə Azərbaycan incəsənət tarixində silinməz iz qoyub. Onun əsərləri bu gün də sənətsevərlər və tədqiqatçılar üçün böyük maraq doğurur.

