Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsi nəzdində fəaliyyət göstərən Alman dilinin fonetikası və qrammatikası kafedrasının təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə şəhərsalma və arxitektura” mövzusunda inşa müsabiqəsi keçirilib. 17 aprel tarixində baş tutan müsabiqədə ADU-nun tələbələri fəal iştirak ediblər.
“Tehsil365” xəbər verir ki, müsabiqədə iştirak edən tələbələr aşağıdakılardır:
Müzəffərli Şəhla İskəndər qızı (qr. 154),
Əzizli Nicat Əziz oğlu (qr. 154),
Zeynalova Leyla qızı (qr. 155 b),
Həsənova Mənsurə Kazım qızı (qr. 154),
Qaytaranova Günel İlqar qızı (qr. 154),
Nadirli Məlahət Nadir qızı (qr. 335),
Usubova Nərmin Rəşad qızı (qr. 154).
Təqdim olunan inşalar komissiya üzvü, b/m. Babayeva Məryəm İbrahim qızı tərəfindən qiymətləndirilib.
Qiymətləndirmənin nəticələrinə əsasən, aşağıdakı tələbələr mükafata layiq görülüblər:
I yer – Həsənova Mənsurə Kazım qızı (qr. 154),
II yer – Qaytaranova Günel İlqar qızı (qr. 154),
III yer – Nadirli Məlahət Nadir qızı (qr. 335).

