Təhsil 365 - Logo Mobile

BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

6124.04.2026 - 07:30
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“Tehsil365” xəbər verir ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıblar.

Mərasimdə çıxış edən rektor Elçin Babayev bildirib ki, Universitetdə son illərdə əmək bazarına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, məşğulluq, insan kapitalının inkişafı və peşə bacarıqlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. BDU ölkənin aparıcı ali təhsil müəssisəsi kimi tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərir. Universitetdə bu istiqamətdə müxtəlif təlim proqramları, tədqiqat layihələri və beynəlxalq tərəfdaşlıqlar həyata keçirilir.

Rektor imzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, xüsusilə mülki hüquq, əmək hüququ və sosial iş istiqamətlərində birgə əməkdaşlığın faydalı olacağını bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov çıxışında rəhbərlik etdiyi qurumun əsas missiyasının üzv ölkələrdə məşğulluq siyasətinin təkmilləşdirilməsi, dayanıqlı əmək bazarının formalaşdırılması və insan kapitalının inkişafına dəstək vermək olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Mərkəz üzv dövlətlərlə sıx əməkdaşlıq çərçivəsində əmək bazarının təhlili, peşə hazırlığı və ixtisasartırma proqramlarının təşkili, gənclərin məşğulluğunun artırılması, eləcə də innovativ məşğulluq həllərinin təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirir.

Azər Bayramov Mərkəzin regional və beynəlxalq tərəfdaşlarla birgə təşəbbüslər vasitəsilə bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini vurğulayaraq, BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə tədqiqat, təlim və inkişaf proqramlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirib.

Zeynəb Quluyeva

Xəbər Lenti

Beynəlxalq konfransda Azərbaycanda turizm sektoru üzrə kadr hazırlığından danışılıb24.04.2026 - 12:38
Sufi fenomenologiya: klassik irfanla müasir fəlsəfənin kəsişmə nöqtəsi24.04.2026 - 12:25
ADA Universitetində 14-cü Karyera Sərgisi: peşəkarlar tələbə və məzunlarla birbaşa ünsiyyət qurublar 24.04.2026 - 12:00
"Riyaziyyatdan zəif olanlar imtahanda çətinlik yaşayır" - AÇIQLAMA24.04.2026 - 09:55
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək24.04.2026 - 09:46
OYU əməkdaşları Sosial Xidmətlər Agentliyində keçirilən görüşdə iştirak edib24.04.2026 - 09:38
Hər gün limonlu isti su içməyin 7 faydası24.04.2026 - 09:30
BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti24.04.2026 - 09:19
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb24.04.2026 - 09:09
“Meta” 8 min nəfəri ixtisar edir24.04.2026 - 09:00
Odlar Yurdu Universitetinin tələbələri üçün maarifləndirici ekskursiya təşkil olunub24.04.2026 - 08:51
BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü24.04.2026 - 08:41
ADU-da torpaq ehtiyatları və ekoloji problemlər müzakirə olunub24.04.2026 - 08:30
Bu gün Gənclərin Beynəlxalq Həmrəylik Günüdür24.04.2026 - 08:20
Süni intellekt nüvə silahını əvəz edə bilər24.04.2026 - 08:11
Bu gün hava necə olacaq? - PROQNOZ24.04.2026 - 08:01
Gözlərimizi məhv edən təhlükəli vərdiş - oftalmoloqlardan XƏBƏRDARLIQ24.04.2026 - 07:50
BDU-da “Türkiyə günü”24.04.2026 - 07:42
Hacettepe Universiteti və Ege Universiteti ilə beynəlxalq akademik əməkdaşlıqlar genişlənir24.04.2026 - 07:21
ADU-da inşa müsabiqəsi keçirilib24.04.2026 - 07:12
Binə–Mahaçqala reysi üzrə İl-14P təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə24.04.2026 - 07:00
Aktrisa Məleykə Ağazadənin səhnə və ekran yaradıcılığı yaddaşlarda yaşayır24.04.2026 - 06:36
Tanınmış televiziya rejissoru Tariyel Vəliyevin yaradıcılıq və pedaqoji fəaliyyəti24.04.2026 - 06:18
Xalq şairi Balaş Azəroğlunun ədəbiyyatımıza verdiyi töhfələr24.04.2026 - 06:00
Xalq rəssamı Rasim Babayevin sənət irsi və yaradıcılıq yolu24.04.2026 - 05:42
Əməkdar artist Əli Salahlının səhnə sənətində iz qoyan fəaliyyəti24.04.2026 - 05:18
Kino rəssamı Məhəmməd Maqomayevin qısa, lakin yadda qalan yaradıcılıq yolu24.04.2026 - 05:06
Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36
Əməkdar artist Rafiq Hüseynovun sənət yolu və yadda qalan irsi24.04.2026 - 04:18
Görkəmli geoloq-alim Ələşrəf Əlizadənin elmi və ictimai fəaliyyəti24.04.2026 - 04:00
Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetinə qəbul elan edilib23.04.2026 - 19:57
Günəşdə güclü partlayışlar qeydə alınıb23.04.2026 - 19:55
Sabah 25 dərəcə isti olacaq23.04.2026 - 19:52
Azərbaycan Universitetində Əfqan Vəliyevin iştirakı ilə panel-görüş təşkil edilib23.04.2026 - 19:47
ADNSU tələbələri üçün açıq dərs23.04.2026 - 19:42
UNEC-də IV beynəlxalq konfrans öz işinə başlayıb23.04.2026 - 19:35
Bakıda külək güclənəcək23.04.2026 - 19:28
AzMİU-da Dünya Bankı layihəsi üzrə görüş keçirilib23.04.2026 - 19:24
Təhsil müəssisələrində tədris distant olacaq - TARİXLƏR23.04.2026 - 19:18
Prezident bu universitetə rektor təyin etdi23.04.2026 - 19:12
BMU-da beynəlxalq elmi konfrans keçirilir23.04.2026 - 19:06
Çox sual verən və fərqli düşünən uşaqlar dərs prosesini çətinləşdirir? – Təhsil eksperti açıqladı23.04.2026 - 19:02
Süni intellekt xərçəngi müalicə edəcək23.04.2026 - 19:00
Bu qədər abituriyent 300 bal topladı23.04.2026 - 18:56
Azərbaycanda məktəblərdə kütləvi yoxlamalar başlayıb23.04.2026 - 18:50
DİM: 10 nəfər imtahandan xaric olunub23.04.2026 - 18:49