Serbiyanın paytaxtı Belqradda “Turizm və istirahət kompleksi regional inkişaf sistemində” mövzusunda XIV beynəlxalq konfrans keçirilib. Konfransda Azərbaycan Turizm və Menecment Universitetini (ATMU) Turizm və qonaqpərvərlik fakültəsinin dekanı dosent Bahadur Bilalov təmsil edib.
Universitetdən “Tehsil365” ə bildirilib ki, B.Bilalov “Azərbaycan Respublikasında turizm üçün kadr hazırlığı problemi: vəziyyəti və perspektivləri” mövzusunda məruzə edib. O, ölkəmizdə turizm sektoru üzrə kadr hazırlığının mövcud vəziyyəti, bu sahədə ATMU-nun rolu və fəaliyyətindən danışıb.
Beynəlxalq konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu, Belqrad Universiteti, Serbiya Coğrafiya Cəmiyyəti, Kuban Universiteti, Oş Texnologiya Universiteti və digər tərəfdaş qurumların birgə təşkilatçılığı ilə keçirilib.
Səfər çərçivəsində B.Bilalov Ümummilli Lider Heydər Əliyevin Belqrad şəhərindəki Taşmeydan parkında ucaldılan abidəsini ziyarət edib.

