Təhsil 365 - Logo Mobile

AMEA-da görüş: Azərbaycan və Rumıniya alimləri arasında elmi əlaqələr qurulur

10324.04.2026 - 12:48
AMEA-da görüş: Azərbaycan və Rumıniya alimləri arasında elmi əlaqələr qurulur

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rumıniyanın Yassı şəhərində fəaliyyət göstərən Petre Andrei Universitetinin rektoru, Rumıniya Akademiyasının “Vasile Conta” mükafatı laureatı, dosent Sorin Bokançanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib.

AMEA-dan “Tehsil365” ə bildirilib ki, görüş zamanı akademik İsa Həbibbəyli Azərbaycan ilə Rumıniya arasında müxtəlif sahələrdə mövcud əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. O, xüsusilə elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, artıq AMEA-nın Rumıniyanın bir universiteti ilə elmi əməkdaşlıq müqaviləsinin mövcud olduğunu diqqətə çatdırıb. AMEA rəhbəri universitetlərlə yanaşı, Rumıniya Elmlər Akademiyasının elmi-tədqiqat institutları ilə də əlaqələrin qurulmasının əhəmiyyətini vurğulayıb. Birgə elmi konfransların təşkili, kitabların nəşri, elmi məqalələrin qarşılıqlı mübadiləsi kimi təşəbbüslərin perspektivli istiqamətlər olduğunu bildirib və bu görüşün gələcək əməkdaşlıq üçün stimul yaradacağını ifadə edib.

Rektor Sorin Bokança rəhbərlik etdiyi ali məktəbin tarixi və fəaliyyət istiqamətləri barədə məlumat verib. O, aprelin 22-də Qarabağ Universitetində “Polis” elmi jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimat mərasiminin keçirildiyini qeyd edib. Rektor AMEA və Azərbaycan universitetləri ilə elmi əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını vurğulayıb.

“Polis” jurnalının icraçı direktoru dosent Sabin Draqulin çıxış edərək nəşrin tarixi, elmi məqalələrin qəbul prinsipləri və beynəlxalq fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib. Bildirib ki, jurnal rumın, ingilis, alman və italyan dillərində nəşr olunur və beynəlxalq elmi ictimaiyyətdə tanınır. O, Azərbaycan alimlərini də jurnalla əməkdaşlığa dəvət edib.

Görüş çərçivəsində “Polis” jurnalının Azərbaycana həsr edilmiş xüsusi buraxılışı akademik İsa Həbibbəyliyə təqdim olunub.

Sonda nümayəndə heyəti AMEA-nın Rəyasət Heyətinin binası ilə tanış olub, onlara binanın tarixi barədə məlumat verilib.

Zəhra Əliyeva

Xəbər Lenti

RFO-nun riyaziyyat fənni üzrə ilkin nəticələri elan edilib24.04.2026 - 15:30
Mətin Kərimli Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 15:20
Təhsil işçiləri üçün antikorrupsiya ilə bağlı təlim keçirilib24.04.2026 - 15:10
Ustad aşıq Hüseyn Saraçlının 110 illiyinə həsr olunan tədbir24.04.2026 - 15:00
UNEC nümayəndəsi Macarıstanda beynəlxalq konfransda iştirak edib24.04.2026 - 15:00
Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 15:00
Gənclər Kitabxanasında Xaqani Şirvaninin 900 illiyi ilə bağlı tədbirlər davam edir24.04.2026 - 14:45
Süni intellekt tibb sahəsini necə dəyişir? - Rasif Bağırov24.04.2026 - 14:41
Budapeştdə Xalq artisti Fəxrəddin Manafovla görüş təşkil olunub24.04.2026 - 14:36
Daşkənddə “Naxışların dili – ortaq mirasın səsi” adlı silsilə tədbirlərə başlanılıb24.04.2026 - 14:30
Bullinqin təhsilə təsiri və qarşısının alınması24.04.2026 - 14:15
Azərbaycan Universiteti və Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 14:11
Tələbələr sağlam qidalanma ilə bağlı maarifləndirilib24.04.2026 - 14:00
İki mindən çox geoloji tədqiqat işi rəqəmsallaşdırılıb24.04.2026 - 13:45
Mübahisələrin alternativ həlli: harmoniya və dialoq fəlsəfəsi24.04.2026 - 13:32
BDU tələbələri “YARAT” Müasir İncəsənət Mərkəzində24.04.2026 - 13:20
Gənc tədqiqatçı beynəlxalq konfransda Qarabağın yaşıl inkişaf modelindən bəhs edib24.04.2026 - 13:00
Beynəlxalq konfransda Azərbaycanda turizm sektoru üzrə kadr hazırlığından danışılıb24.04.2026 - 12:38
Sufi fenomenologiya: klassik irfanla müasir fəlsəfənin kəsişmə nöqtəsi24.04.2026 - 12:25
ADA Universitetində 14-cü Karyera Sərgisi: peşəkarlar tələbə və məzunlarla birbaşa ünsiyyət qurublar 24.04.2026 - 12:00
"Riyaziyyatdan zəif olanlar imtahanda çətinlik yaşayır" - AÇIQLAMA24.04.2026 - 09:55
Şagirdlər və valideynlər üçün fürsət - DİM açıq görüş keçirəcək24.04.2026 - 09:46
OYU əməkdaşları Sosial Xidmətlər Agentliyində keçirilən görüşdə iştirak edib24.04.2026 - 09:38
Hər gün limonlu isti su içməyin 7 faydası24.04.2026 - 09:30
BDU-nun Mədəniyyət-yaradıcılıq Mərkəzinin xor kollektivinin konserti24.04.2026 - 09:19
BDU tələbələri müasir şəhərlərdə mobillik barədə məlumatlandırılıb24.04.2026 - 09:09
“Meta” 8 min nəfəri ixtisar edir24.04.2026 - 09:00
Odlar Yurdu Universitetinin tələbələri üçün maarifləndirici ekskursiya təşkil olunub24.04.2026 - 08:51
BDU-da “MediaPulse” təcrübə proqramının növbəti görüşü24.04.2026 - 08:41
ADU-da torpaq ehtiyatları və ekoloji problemlər müzakirə olunub24.04.2026 - 08:30
Bu gün Gənclərin Beynəlxalq Həmrəylik Günüdür24.04.2026 - 08:20
Süni intellekt nüvə silahını əvəz edə bilər24.04.2026 - 08:11
Bu gün hava necə olacaq? - PROQNOZ24.04.2026 - 08:01
Gözlərimizi məhv edən təhlükəli vərdiş - oftalmoloqlardan XƏBƏRDARLIQ24.04.2026 - 07:50
BDU-da “Türkiyə günü”24.04.2026 - 07:42
BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb24.04.2026 - 07:30
Hacettepe Universiteti və Ege Universiteti ilə beynəlxalq akademik əməkdaşlıqlar genişlənir24.04.2026 - 07:21
ADU-da inşa müsabiqəsi keçirilib24.04.2026 - 07:12
Binə–Mahaçqala reysi üzrə İl-14P təyyarəsinin qəzaya uğraması ilə bağlı hadisə24.04.2026 - 07:00
Aktrisa Məleykə Ağazadənin səhnə və ekran yaradıcılığı yaddaşlarda yaşayır24.04.2026 - 06:36
Tanınmış televiziya rejissoru Tariyel Vəliyevin yaradıcılıq və pedaqoji fəaliyyəti24.04.2026 - 06:18
Xalq şairi Balaş Azəroğlunun ədəbiyyatımıza verdiyi töhfələr24.04.2026 - 06:00
Xalq rəssamı Rasim Babayevin sənət irsi və yaradıcılıq yolu24.04.2026 - 05:42
Əməkdar artist Əli Salahlının səhnə sənətində iz qoyan fəaliyyəti24.04.2026 - 05:18
Kino rəssamı Məhəmməd Maqomayevin qısa, lakin yadda qalan yaradıcılıq yolu24.04.2026 - 05:06
Əliheydər Qarayev: Azərbaycan siyasi tarixində mühüm rol oynamış şəxsiyyət24.04.2026 - 04:54
Fərid Qayıbovun beynəlxalq və dövlət fəaliyyətində artan rolu24.04.2026 - 04:36