Təhsil 365 - Logo Mobile

Azərbaycan Universiteti və Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər

10524.04.2026 - 14:11
Azərbaycan Universiteti və Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər

Azərbaycan Universitetinin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

Universitetdən “Tehsil365” ə bildirilib ki, görüşün məqsədi Azərbaycan Universiteti ilə Milli Observatoriya arasında imzalanmış əməkdaşlıq memorandumundan irəli gələn vəzifələrin icra vəziyyətini müzakirə etmək, mövcud fəaliyyətləri qiymətləndirmək olub. Görüşdə tərəflər qarşılıqlı fəaliyyət haqqında hesabat təqdim edib, həyata keçirilməsi planlaşdırılan layihələri müzakirə ediblər.

Rektor Səadət Əliyeva qeyd edib ki, görüş yalnız növbəti rəsmi addım deyil, bilik və təcrübənin inteqrasiyasına yönəlmiş strateji tərəfdaşlığın mühüm mərhələsidir. Müasir təhsil nəzəri biliklərlə məhdudlaşmamalı, real praktik mühitlə sıx inteqrasiya olunmalıdır və bu baxımdan Milli Observatoriya ilə əməkdaşlıq Azərbaycan Universiteti üçün xüsusi əhəmiyyət daşıyır. 2025-ci il üzrə birgə fəaliyyətin nəticələri göstərir ki, tərəfdaşlıq formal deyil, ölçülə bilən və real nəticələrlə müşayiət olunan uğurlu modelə çevrilib. Universitet qarşıdakı dövrdə əməkdaşlığı daha da genişləndirməyi planlaşdırır. Azərbaycan Universiteti ilə Milli Observatoriya ilə qurulmuş əməkdaşlıq ölkədə ali təhsil müəssisələri ilə dövlət qurumları arasında birgə fəaliyyətin nümunəvi modelidir.

Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verib və Azərbaycan Universitetinin məzunlarının məşğulluq göstəricilərinin təhlili ilə bağlı nəticələri təqdim edib. Elnur Səfərli qeyd edib ki, təhlilin nəticələri növbəti tədris illərində tələbə qəbulu planının və ixtisaslar üzrə kvotaların müəyyənləşdirilməsində mühüm rol oynaya bilər. O, Milli Observatoriyanın ali təhsil müəssisələrinin karyera inkişaf mərkəzlərini əhatə edən yeni layihəsi haqqında da məlumat verib. May ayında start veriləcək layihənin universitet tələbələrinin “yumşaq” bacarıqlarının formalaşmasına və inkişafına, onların əmək bazarına daha hazırlıqlı və rəqabətqabiliyyətli şəkildə inteqrasiyasına xidmət edəcəyini bildirib.

Görüş qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi ilə davam edib. Müzakirələrdə tələbələrə karyera dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, birgə elmi fəaliyyət və tədqiqatların şaxələndirilməsi, magistratura təhsil səviyyəsində dissertasiya mövzularının müəyyənləşdirilməsi kimi məsələlər diqqət mərkəzində olub.

Zəhra Əliyeva

Xəbər Lenti

Quba-Xaçmaz üzrə bu qədər şagird 200-dən yuxarı bal toplayıb25.04.2026 - 19:56
Daşkəsən və Gədəbəyə qar yağır25.04.2026 - 19:48
Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir25.04.2026 - 19:44
Qarabağ Universitetində müəllim hazırlığı vacib istiqamətdir25.04.2026 - 19:35
Qəbul imtahanlarına qeydiyyat davam edir25.04.2026 - 19:26
18 dərəcə isti...- Bazar günün HAVASI25.04.2026 - 19:18
İxtisas seçimində 100% qəbul zəmanəti verən dələduzlar - qanun nə deyir?25.04.2026 - 19:12
Məktəblərdə çox qayda və məhdudiyyətlər yaradıcılığı məhdudlaşdırır? – Təhsil eksperti açıqladı25.04.2026 - 19:06
Şəhid övladı imtahanda yüksək bal toplayıb25.04.2026 - 18:52
Yeni elmi nailiyyət: 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım25.04.2026 - 18:44
WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur25.04.2026 - 18:36
İTV-yə direktor seçkisi ilə bağlı rəsmi AÇIQLAMA25.04.2026 - 18:26
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq25.04.2026 - 18:18
Xankəndidə “Yaradan” sənədli filminin təqdimatı olub25.04.2026 - 18:14
Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans25.04.2026 - 18:06
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır25.04.2026 - 17:55
Bazar günü gözlənilən hava şəraiti açıqlanıb25.04.2026 - 17:54
YARAT tələbələrin “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşasını təqdim edib25.04.2026 - 17:46
Süni intellektlə diaqnoz qoymaq təhlükəlidir - Xəbərdarlıq25.04.2026 - 17:45
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib25.04.2026 - 17:37
Dünyanın ən güclü süni intellekt superkompüteri25.04.2026 - 17:35
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib25.04.2026 - 17:28
Almanı nə vaxt yemək faydalıdır?25.04.2026 - 17:25
AzMİU-nun İnşaat fakültəsinin tələbələri tikinti sahəsində görülən işlərlə tanış olublar25.04.2026 - 17:16
Apple Pro max-lardan da güclü yeni "iPhone" hazırlayır25.04.2026 - 17:15
“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında rolu” mövzusunda inşa müsabiqəsi elan edilib25.04.2026 - 17:06
Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb25.04.2026 - 17:05
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib25.04.2026 - 16:55
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı25.04.2026 - 16:45
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür25.04.2026 - 16:35
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar25.04.2026 - 16:25
“Valideynlərin səhvləri uşağın psixoloji inkişafına birbaşa təsir göstərir”-Açıqlama25.04.2026 - 16:19
İnfarkt və diabet riskini necə azaltmaq olar?25.04.2026 - 16:15
Şotlandiyada 280 illik partlamamış mərmi tapıblar25.04.2026 - 16:05
Xərçəng xəstəliyinə yoluxanların sayı niyə durmadan artır?25.04.2026 - 16:00
"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi25.04.2026 - 15:50
Xalq artisti Həmidə Ömərovanın doğum günüdür25.04.2026 - 15:40
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu25.04.2026 - 15:30
Kənd məktəbinin şagirdi region birincisi oldu25.04.2026 - 15:20
BSU-nun İTİC2026 IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi keçirilib25.04.2026 - 15:13
Quba-Xaçmaz bölgəsinin 505 şagirdi buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib 25.04.2026 - 15:10
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir25.04.2026 - 15:00
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir25.04.2026 - 10:00
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur25.04.2026 - 10:00
Gözlərinizi ovuşdurarkən bir daha düşünün25.04.2026 - 09:50
Rumıniyanın Azərbaycandakı səfiri və Petre Andrei Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da25.04.2026 - 09:44
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 24 % artıb25.04.2026 - 09:35
ADU-da magistrantlarla görüş keçirilib25.04.2026 - 09:30