15 mart tarixində keçirilmiş buraxılış imtahanında Qarabağ regionu üzrə 500 şagird 200 baldan yüksək nəticə göstərib.
“Tehsil365“ Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki,bu barədə Qarabağ Regional Təhsil İdarəsindən verilən məlumata görə, onlardan 3 nəfəri - Füzuli (1 nəfər) və Ağcabədi (2 nəfər) məktəbliləri yüksək nəticə göstərərək 293 bal toplayıb.
Qeyd edək ki, ötən imtahan nəticələrinə əsasən də hər iki bölgə yüksək göstəricilərinə görə fərqlənmişdi.

