Təhsil 365 - Logo Mobile

Xarici alimlər BMU-dakı konfransla bağlı təəssüratlarını bölüşüblər

9824.04.2026 - 16:15
Xarici alimlər BMU-dakı konfransla bağlı təəssüratlarını bölüşüblər

Bakı Mühəndislik Universitetində (BMU) keçirilən “İnnovativ sintez və funksional materiallar” mövzusunda beynəlxalq elmi konfrans bu gün öz işini bölmə iclasları ilə davam etdirib.  

“Tehsil365“
Azərbaycan müəllimi-nə istinadən xəbər verir ki, İclaslarda üzvi kimya və incə üzvi sintez, bərpa olunan enerji və yaşıl texnologiyalar, fiziki kimya və katalitik proseslər, qeyri-üzvi materialların sintezinə müasir yanaşmalar, müasir analitik kimya metodları, nanomateriallar və nanostrukturlaşdırılmış sistemlər, biotexnologiya, qabaqcıl polimerlər və kompozit materiallar, neft-kimya sintezi istiqamətləri üzrə elmi müzakirələr aparılıb. 
Xarici ölkələrdən olan alimlər konfransla bağlı öz təəssüratlarını bölüşüblər.    
 
Rusiya Elmlər Akademiyasının (REA) müxbir üzvü Valentin Nenajdenko:
- Azərbaycanı yenidən görmək mənim üçün çox xoş oldu. Bakını ürəkdən sevirəm. Bakı Mühəndislik Universiteti də həqiqətən gözəl ali məktəbdir. Burada savadlı tələbələr təhsil alır. Universitetin təşkil etdiyi bu konfransda dünən və bu gun kimya ilə əlaqəli müxtəlif mövzularda səmərəli müzakirələr apardıq. Ümid edirəm ki, bu konfrans həm Azərbaycan təhsili, həm də kimya elmi üçün yaxşı nəticələr doğuracaq.    

Pekin Kimya Texnologiya Universitetinin professoru Jiaxu Xu:
- Bu, Azərbaycana, xüsusilə də Bakı Mühəndislik Universitetinə ilk səfərimdir. Ali məktəbi ziyarət etdim, bütün laboratoriyaları gəzdim, burada tədqiqat imkanları ilə tanış oldum, həmçinin tələbələrlə söhbətləşmək   imkanı yarandı. Düşünürəm ki, bu güclü təmələ malik gənc ali təhsil müəssisəsi gələcəkdə daha da inkişaf edəcək.

Moldova Dövlət Universitetinin professoru Fliur Zainutdin Macaev:
- Azərbaycanda, Bakıda olmaq, eləcə də belə bir universitetdə keçirilən  beynəlxalq konfransda iştirak etmək böyük məmnuniyyət hissi doğurur.  Bakı Mühəndislik Universiteti ilə yaxşı münasibətlərimiz yaranıb. Belə ki, keçən il biz yüksək impakt faktorlu jurnalda birgə iki məqalə dərc etmişik. Bu, əməkdaşlıq üçün yaxşı bir başlanğıcdır. Biz daha geniş əməkdaşlığa hər zaman hazırıq.

Pakistanın Sardoqa Universitetinin professoru Muhammad Navaz Tahir:
- Bakı Mühəndislik Universitetində keçirilən bu beynəlxalq konfrans tələbələr və alimlər üçün faydalı görüşlər, müzakirələr platforması oldu. Təşkilatçılara buna görə təşəkkür edirəm. İnanıram, gələcəkdə qarşılıqlı əməkdaşlıq daha da genişlənəcək. Bu tip görüşlər və elmi müzakirələr çox vacibdir. Çünki həm əlaqələrimiz genişlənir, həm də elmi təcrübə mübadiləsinə müsbət təsir göstərir. 

Qeyd edək ki, konfransın plenar sessiyasında və bu gün davam edən panel iclasda REA-nın kimya institutları, Moskva Dövlət Universiteti, Rusiya Xalqlar Dostluğu Universiteti, Cənubi Ural Dövlət Universiteti, Türkiyənin Yıldız Texnik və Qəbzə universitetləri, Pakistanın Sardoqa Universiteti, Moldova Dövlət Universiteti professorları elmi məruzələrlə çıxış ediblər.  
Müasir kimya, materialşünaslıq, nanotexnologiya, enerji materialları, biomateriallar, polimerlər və digər və əlaqəli sahələr üzrə son elmi nailiyyətlərin müzakirəsini təşkil etmək, elmi əməkdaşlığı genişləndirmək məqsədi daşıyan konfransa 17 xarici ölkədən ümumilkdə 360 məqalə təqdim olunub.

Mehriban İbadova

Xəbər Lenti

Quba-Xaçmaz üzrə bu qədər şagird 200-dən yuxarı bal toplayıb25.04.2026 - 19:56
Daşkəsən və Gədəbəyə qar yağır25.04.2026 - 19:48
Qarabağda güclü akademik mühitin formalaşdırılması əsas hədəflərdəndir25.04.2026 - 19:44
Qarabağ Universitetində müəllim hazırlığı vacib istiqamətdir25.04.2026 - 19:35
Qəbul imtahanlarına qeydiyyat davam edir25.04.2026 - 19:26
18 dərəcə isti...- Bazar günün HAVASI25.04.2026 - 19:18
İxtisas seçimində 100% qəbul zəmanəti verən dələduzlar - qanun nə deyir?25.04.2026 - 19:12
Məktəblərdə çox qayda və məhdudiyyətlər yaradıcılığı məhdudlaşdırır? – Təhsil eksperti açıqladı25.04.2026 - 19:06
Şəhid övladı imtahanda yüksək bal toplayıb25.04.2026 - 18:52
Yeni elmi nailiyyət: 1-ci tip diabetin müalicəsi istiqamətində mühüm addım25.04.2026 - 18:44
WUF13: Bakı BMT-nin şəhər həyatı prinsiplərinə uyğundur25.04.2026 - 18:36
İTV-yə direktor seçkisi ilə bağlı rəsmi AÇIQLAMA25.04.2026 - 18:26
WUF13 ərəfəsində Azərbaycanın bir sıra şəhərlərində silsilə tədbirlər təşkil olunacaq25.04.2026 - 18:18
Xankəndidə “Yaradan” sənədli filminin təqdimatı olub25.04.2026 - 18:14
Qusarda “Heydər Əliyev irsi və Azərbaycanın müasir şəhərsalma strategiyası” mövzusunda konfrans25.04.2026 - 18:06
Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır25.04.2026 - 17:55
Bazar günü gözlənilən hava şəraiti açıqlanıb25.04.2026 - 17:54
YARAT tələbələrin “Vineta və ya sulara qərq olmuş şəhər” tamaşasını təqdim edib25.04.2026 - 17:46
Süni intellektlə diaqnoz qoymaq təhlükəlidir - Xəbərdarlıq25.04.2026 - 17:45
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində Xalq artisti Fəxrəddin Manafovla görüş keçirilib25.04.2026 - 17:37
Dünyanın ən güclü süni intellekt superkompüteri25.04.2026 - 17:35
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib25.04.2026 - 17:28
Almanı nə vaxt yemək faydalıdır?25.04.2026 - 17:25
AzMİU-nun İnşaat fakültəsinin tələbələri tikinti sahəsində görülən işlərlə tanış olublar25.04.2026 - 17:16
Apple Pro max-lardan da güclü yeni "iPhone" hazırlayır25.04.2026 - 17:15
“Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafında rolu” mövzusunda inşa müsabiqəsi elan edilib25.04.2026 - 17:06
Pakistan elektro-optik peykini uğurla orbitə buraxıb25.04.2026 - 17:05
Nizami Gəncəvinin türk dilində nəşr olunan əsərləri Rizə kitab sərgisində təqdim edilib25.04.2026 - 16:55
Everestdə buzlaq çökdü: Yüzlərlə turist baza düşərgəsində qaldı25.04.2026 - 16:45
Milli Qəhrəman Albert Aqarunovun doğum günüdür25.04.2026 - 16:35
Çin alimləri Ay süxurunda iki yeni mineral aşkarlayıblar25.04.2026 - 16:25
“Valideynlərin səhvləri uşağın psixoloji inkişafına birbaşa təsir göstərir”-Açıqlama25.04.2026 - 16:19
İnfarkt və diabet riskini necə azaltmaq olar?25.04.2026 - 16:15
Şotlandiyada 280 illik partlamamış mərmi tapıblar25.04.2026 - 16:05
Xərçəng xəstəliyinə yoluxanların sayı niyə durmadan artır?25.04.2026 - 16:00
"X" sosial şəbəkəsi yeni mesencerini istifadəyə verdi25.04.2026 - 15:50
Xalq artisti Həmidə Ömərovanın doğum günüdür25.04.2026 - 15:40
Azərbaycanlı vokalçı Rusiyada məşhur yarışın qalibi oldu25.04.2026 - 15:30
Kənd məktəbinin şagirdi region birincisi oldu25.04.2026 - 15:20
BSU-nun İTİC2026 IV beynəlxalq elmi-praktik konfransın regional bölməsi keçirilib25.04.2026 - 15:13
Quba-Xaçmaz bölgəsinin 505 şagirdi buraxılış imtahanında 200 baldan yüksək nəticə göstərib 25.04.2026 - 15:10
TISA nümayəndəsi: “Müəllim fənnini öyrətməyi də mükəmməl bilməlidir25.04.2026 - 15:00
Beyin iltihabını azaldan burun spreyi: Yaddaşı da bərpa edir25.04.2026 - 10:00
Azərbaycan Almaniyada keçirilən beynəlxalq incəsənət sərgisində təmsil olunur25.04.2026 - 10:00
Gözlərinizi ovuşdurarkən bir daha düşünün25.04.2026 - 09:50
Rumıniyanın Azərbaycandakı səfiri və Petre Andrei Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyəti BDU-da25.04.2026 - 09:44
Azərbaycanda genişzolaqlı internetin orta sürəti 24 % artıb25.04.2026 - 09:35
ADU-da magistrantlarla görüş keçirilib25.04.2026 - 09:30