Təhsil 365 - Logo Mobile

Ötən il ADPU-da professor-müəllim heyətinin 92,2 faizi elmi-tədqiqata cəlb olunub

7324.04.2026 - 17:06
Ötən il ADPU-da professor-müəllim heyətinin 92,2 faizi elmi-tədqiqata cəlb olunub

Aprelin 24-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi şuranın növbəti iclası keçirilib.

ADPU-dan “Tehsil365"ə bildirilib ki, iclası açan rektor Cəfər Cəfərov universitetdə aparılan islahatların ardıcıl xarakter daşıdığını bildirərək elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinin, beynəlxalq elmi bazalarda təmsilçiliyin genişləndirilməsinin və nəticəyönümlü idarəetmə mexanizmlərinin tətbiqinin prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

Elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov “ADPU-nun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında” hesabatla çıxış edib. A.Zamanov çıxışında qeyd edib ki, hesabat ili ərzində universitetdə elmi fəaliyyət normativ-hüquqi baza əsasında sistemli şəkildə təşkil olunub və bu sahədə keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində məqsədyönlü addımlar atılıb. 2025-ci ildə 824 nəfərlik professor-müəllim heyətindən 760 nəfərinin (92,2 faiz) elmi-tədqiqat fəaliyyətinə cəlb olunması universitetdə elmi mühitin genişlənməsinin və akademik fəallığın artmasının göstəricisidir. Prorektor vurğulayıb ki, tədqiqatlar 59 istiqamət, 158 problem və 583 mövzu üzrə aparılıb və bu çoxşaxəli yanaşma universitetdə elmin müxtəlif sahələrinin paralel inkişafını təmin edir. Eyni zamanda, 173 elmi-tədqiqat işinin tədris prosesinə tətbiq edilməsi elmi nəticələrin praktik əhəmiyyətinin artdığını və təhsil–tədqiqat–innovasiya modelinin real nəticələr verdiyini göstərir.

Asəf Zamanov hesabatında elmi məhsuldarlıq göstəricilərinə xüsusi diqqət yetirərək bildirib ki, 2025-ci ildə universitet əməkdaşları tərəfindən 1764 elmi məqalə dərc olunub ki, onların 86-nın impakt faktorlu jurnallarda yer alması keyfiyyət baxımından mühüm nailiyyət hesab edilməlidir. Bununla yanaşı, 879 tezisin - o cümlədən 500-nün xaricdə dərc olunması, 9 monoqrafiya, 11 dərslik, 55 dərs vəsaiti, 47 kitab və 84 proqram və metodik vəsaitin nəşri universitetin elmi potensialının yüksək səviyyədə olduğunu təsdiqləyir. Həmçinin qeyd edilib ki, elmi fəaliyyətin keyfiyyət göstəricilərində də müsbət dinamika müşahidə olunur. “Scopus” bazasında h-indeksli alimlərin sayının 105-ə, “Google Scholar” üzrə 163-ə çatması, ümumi h-indeks göstəricilərinin isə müvafiq olaraq 205 və 372-dən çox olması universitet alimlərinin beynəlxalq elmi mühitdə nüfuzunun artdığını göstərir.

Beynəlxalq elmi əməkdaşlıq məsələlərinə də toxunan prorektor bildirib ki, hesabat dövründə 500 əməkdaşın beynəlxalq, 379 əməkdaşın isə respublika səviyyəli konfranslarda iştirakı təmin olunub. Eyni zamanda, elmi kadr hazırlığı sahəsində əldə olunan nəticələrə diqqət çəkilərək bildirilib ki, 2025-ci ildə 2 nəfər elmlər doktoru, 14 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, 3 nəfər professor, 10 nəfər isə dosent elmi adına layiq görülüb.

Sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov “Professor-müəllim heyətinin 2025-ci il üzrə fəaliyyətinin reytinq qiymətləndirilməsi” barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, 2025-ci il üzrə reytinq qiymətləndirməsində 1287 nəfər müəllim iştirak edib ki, bu da əvvəlki illərlə müqayisədə yüksək dinamikanın qorunması deməkdir. Onların 832-si Bakı üzrə, 256-sı filiallar, 197-si isə kollec üzrə fəaliyyət göstərən əməkdaşlardır. İştirakçılar arasında 52 elmlər doktoru, 404 fəlsəfə doktoru, 39 professor və 245 dosentin olması akademik heyətin geniş spektrini əhatə etdiyini göstərir. Təqdimatda reytinq göstəricilərinin illər üzrə dinamikası da təhlil olunub. Qeyd edilib ki, son illərdə iştirakçı sayında və orta bal göstəricilərində davamlı artım müşahidə olunur. Qiymətləndirmədə 2018-ci ildə 761 nəfər, 2019-cu ildə 744 nəfər iştirak etdiyi halda, 2025-ci ildə bu rəqəm 1287 nəfərə çatıb. Bu artım universitetdə reytinq qiymətləndirməsinə marağın yüksəldiyini və sistemin institusional səviyyədə möhkəmləndiyini göstərir.

Strateji inkişaf məsələləri üzrə prorektor Könül Pirverdiyeva isə ADPU-nun Strateji İnkişaf Mərkəzinin Əsasnaməsinə düzəlişlərin edilməsi, “ADPU 2030” Strateji İnkişaf Planının monitorinqi və qiymətləndirilməsi üzrə metodiki çərçivə sənədinin və 2026-2027-ci tədris ili üzrə açar performans göstəriciləri sənədinin təsdiqi barədə təqdimatla çıxış edib. Prorektor qeyd edib ki, bu sənədlər universitetin idarəetmə sistemində şəffaflığın artırılması, nəticələrin ölçülməsi və strateji hədəflərə nail olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Daha sonra cari məsələlər müzakirə edilib.

Nərmin Mustafayeva

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb24.04.2026 - 18:13
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14