Təhsil 365 - Logo Mobile

AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb

7424.04.2026 - 18:13
AzMİU tələbələrinin “Archivision Urban Camp 3” düşərgəsinə başlanılıb

Quba şəhərində Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Archivision Urban Camp 3” layihəsinin açılış mərasimi keçirilib.

Bu barədə “Tehsil365"ə AzMİU-dan məlumat verilib. Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) və “Şəhərsalma və Memarlıq İli”nə həsr olunan düşərgənin iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Quba şəhərindəki abidəsini ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

Rəsmi açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin Tələbələrlə iş sektorunun müdiri Elnur Abdullayev “Beynəlxalq təcrübələr” mövzusunda məruzə ilə çıxış edərək gənclərə beynəlxalq platformalarda iştirak imkanları, qlobal əməkdaşlıq perspektivləri və peşəkar inkişaf yolları barədə ətraflı məlumat verib. O, bu kimi təşəbbüslərin Azərbaycan gənclərinin dünya miqyasında rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynadığını vurğulayıb.

AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxışında layihənin strateji əhəmiyyətindən bəhs edərək iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, belə düşərgələr tələbələrin nəzəri biliklərinin praktik bacarıqlarla inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbirdə iştirak edən “Seranit” şirkətinin texniki təlim və tətbiqlər müdiri Faruk Ataer sahə üzrə beynəlxalq təcrübə və innovativ yanaşmalar barədə təqdimatla çıxış edib. O, müasir materialların tətbiqi, texnoloji yeniliklərin memarlıq və dizayn prosesində rolu haqqında iştirakçılara geniş məlumat verib.

Düşərgənin ilk günü çərçivəsində iştirakçılar üçün “Memarlıq və dizaynda konsepsiyanın formalaşdırılması” mövzusunda təlim təşkil olunub. Təlim AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimi Əli Əliyev tərəfindən interaktiv formatda keçirilib. Sessiyada memarlıq və dizayn prosesində ideyanın yaranması, konseptual yanaşmanın formalaşdırılması, layihələrin funksional və estetik baxımdan düzgün qurulması prinsipləri izah olunub. Praktiki tapşırıqlar vasitəsilə iştirakçılar əldə etdikləri bilikləri tətbiq etmək imkanı qazanıblar. Proqram çərçivəsində keramika üzərində rəngləmə üzrə master-klas təşkil olunub. İştirakçılar komandalara bölünərək keramika nümunələri üzərində işləyiblər.

Düşərgə çərçivəsində keçirilən növbəti maarifləndirici sessiya “Seramik və porselen: texniki xüsusiyyətlər və istifadə sahələri” mövzusuna həsr olunub. Təlimçi Faruk Ataer iştirakçılara keramika və porselen materialların istehsal prosesi, texniki göstəriciləri, davamlılıq xüsusiyyətləri və müxtəlif sahələrdə tətbiqi barədə məlumat verib. Sessiya zamanı memarlıq və dizayn layihələrində bu materialların düzgün seçimi ilə bağlı praktiki tövsiyələr səsləndirilib, iştirakçıların sualları cavablandırılıb.

Maarifləndirici sessiyalar silsiləsi çərçivəsində daha bir təlim Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Aysel Kərimli tərəfindən keçirilib. “Bakı şəhərinin inkişaf yolu: keçmişi, bu günü və gələcəyi” mövzusunda təşkil olunan sessiyada paytaxtın tarixi inkişaf mərhələləri, müasir urbanizasiya prosesi və gələcək şəhərsalma perspektivləri təqdim olunub. Eyni zamanda, şəhər mühitinin planlaşdırılması, davamlı inkişaf yanaşmaları və müasir memarlıq həlləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Archivision Urban Camp 3” düşərgəsi gənc memar və dizaynerlər üçün nəzəri biliklərin praktiki tətbiqi, yaradıcılıq potensialının üzə çıxarılması və komanda işinin inkişafı baxımından mühüm platforma rolunu oynayır. Layihə iştirakçıların peşəkar bacarıqlarının artırılmasına, beynəlxalq təcrübəyə inteqrasiyasına və müasir şəhərsalma düşüncəsinin formalaşmasına əhəmiyyətli töhfə verir. Bu cür təşəbbüslər ölkədə memarlıq və urbanistika sahəsində yeni nəsil mütəxəssislərin yetişdirilməsi baxımından xüsusi strateji əhəmiyyət daşıyır.

Nərmin Mustafayeva

Xəbər Lenti

Çin Ayda iki yeni mineral kəşf etdi24.04.2026 - 19:57
Sabah Bakıda yağış yağacağı ehtimalı var24.04.2026 - 19:53
Şəmkir məktəblisi İngiltərənin nüfuzlu universitetinə qəbul qazandı24.04.2026 - 19:49
Göydə meteor yağışı müşahidə olunacaq24.04.2026 - 19:45
Tələbələr istehsal prosesi ilə tanış olublar24.04.2026 - 19:39
Norveç yeniyetmələrə sosial medianı qadağan etməyə hazırlaşır24.04.2026 - 19:34
Azərbaycan Universiteti ilə Milli Observatoriya qarşılıqlı fəaliyyət haqqında hesabat veriblər24.04.2026 - 19:27
LDU-da Ümumdünya Şəhərsalma Forumu ilə bağlı vebinar keçirilib24.04.2026 - 19:24
MİQ-də iştirak etmək istəyənlər bu qədər ÖDƏYƏCƏK24.04.2026 - 19:18
Bağça müdirlərinin işə qəbul imtahanının nəticələri AÇIQLANDI24.04.2026 - 19:15
“Naxçıvan-diyarım mənim” adlı konsert proqramı keçirilib24.04.2026 - 19:12
MDU-da Mir Cəlal Paşayevlə bağlı konfrans keçirildi24.04.2026 - 19:09
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb24.04.2026 - 19:05
Təhsil sistemi hansı tip şagirdləri formalaşdırmağa çalışır? – Təhsil eksperti açıqladı24.04.2026 - 19:02
"Son zəng"lə bağlı TƏLİMAT: Yalnız bu şəxslər iştirak edə bilər24.04.2026 - 19:00
Rəsul Yusibov Qarabağın yaşıl inkişaf modelini təqdim edib24.04.2026 - 18:57
24 apreldə baş vermiş tarixi hadisələr24.04.2026 - 18:55
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub24.04.2026 - 18:54
MEDİA: “Gəncə İcra Hakimiyyətində araşdırılma aparılması xəbəri yanlışdır”24.04.2026 - 18:50
“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında təqdim olunacaq24.04.2026 - 18:46
Bu region üzrə ən yüksək balı o topladı 24.04.2026 - 18:45
VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçiriləcək24.04.2026 - 18:40
Canel Nəcəflinin Plzen şəhərindəki məzun konserti parlaq mədəni hadisəyə çevrildi24.04.2026 - 18:38
Dövlət orqanlarında vakant vəzifələr üzrə daxili müsahibə elan edilib24.04.2026 - 18:34
Bağça müdiri olmaq istəyənlərin DİQQƏTİNƏ!24.04.2026 - 18:30
“İnklüziv təhsildən inklüziv cəmiyyətə” layihəsi beynəlxalq platformaya çevrilib24.04.2026 - 18:28
Gündə çox qəhvə içirsiniz? - Ürəyiniz risk altında ola bilər24.04.2026 - 18:25
Daha bir ölkə uşaqlar üçün sosial şəbəkələri QADAĞAN EDİR24.04.2026 - 18:25
Müəllif, ekspert və marker hazırlığı kurslarına qeydiyyat başlanır24.04.2026 - 18:23
AMEA-nın gənc alimlərinin ənənəvi futbol turnirinə start verilib24.04.2026 - 18:17
Nəriman Həsənzadə ilə bağlı YENİ XƏBƏR24.04.2026 - 18:10
Zəkaların mübarizəsi: Sumqayıt komandası şahmat turnirinin regional mərhələsinin qalibi olub24.04.2026 - 18:08
MEK-də Sultan Məcid Qənizadənin 160 illik yubileyi münasibətilə sərgi açılıb24.04.2026 - 18:02
IV və VI siniflərdə təhsilalanların yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 18:00
İstirahət günlərinin havası ilə bağlı XƏBƏRDARLIQ24.04.2026 - 17:55
Alimlər koronavirusların hüceyrələrə yeni nüfuz etmə mexanizmini aşkar ediblər24.04.2026 - 17:55
Fizika, tarix və coğrafiya fənləri üzrə olimpiadanın final turunun yekun nəticələri açıqlanıb24.04.2026 - 17:52
Genetika ömür uzunluğuna necə təsir edir? - ARAŞDIRMA24.04.2026 - 17:50
Şagird yerdəyişməsi müvəqqəti dayandırılır24.04.2026 - 17:45
Xarici alimlər BMU-da keçirilən konfransla bağlı təəssüratlarını bölüşüblər24.04.2026 - 17:44
“Gənc istedadlar” liseyinin 3 şagirdi Respublika Fənn Olimpiadalarının qalibidir24.04.2026 - 17:36
Mayın 3-də keçiriləcək Azərbaycan dili imtahanının iştirakçılarının nəzərinə24.04.2026 - 17:35
Dağlıq Şirvan regionunda STEAM mərkəzlərinin sayının artırılması təklif olunub24.04.2026 - 17:28
Məktəblilərimiz Beynəlxalq Mendeleyev Olimpiadasında 3 medal qazanıblar24.04.2026 - 17:25
Tərtərdə tədris prosesi izlənilib, müəllimlərin təklifləri dinlənilib24.04.2026 - 17:22
Türkiyəli alim AzMİU-da idarəetmə sistemlərinin gələcəyindən danışdı24.04.2026 - 17:15
BDU ilə Rumıniyanın Petre Andrei Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb24.04.2026 - 17:14